Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-549/2023 26.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçıoviçin, X1 Baqratoviçin iştirakı ilə. İddiaçıoviçin cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “buraxılmış prosesual müddətin bərpası, atası X2 və anası X3 miras qalmış Qax rayonu Əlibəyli kəndində yerləşən 64.2 kv/m fərdi yaşayış evi və 0.1999 ha həyətyanı torpaq sahəsindən və Qax rayonu Əlibəyli kəndində yerləşən 0.79 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət miras əmlakı tam mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçıoviç məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosesual müddətin bərpası, atası X2 və anası X3 miras qalmış Qax rayonu Əlibəyli kəndində yerləşən 64.2 kv/m fərdi yaşayış evi və 0.1999 ha həyətyanı torpaq sahəsindən və Qax rayonu Əlibəyli kəndində yerləşən 0.79 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət miras əmlakı tam mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdeh Qax rayon Notariat ofisinin notariusunun və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında İddiaçıoviç iddianı müdafiə etmişdir. İddiaçıoviç məhkəmə iclasında izahat verərək göstərdi ki, o Qax rayonu Əlibəyli kəndində yaşayır. Anası X10 xx.xx.2003-cü il tarixdə və atası X8 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Atası X2 və anası X3 Qax rayonu Əlibəyli kəndində yerləşən 64.2 kv/m fərdi yaşayış evi 0.1999 ha həyətyanı torpaq sahəsi və Qax rayonu Əlibəyli kəndində yerləşən 0.79 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi miras qalmışdır. Valideyinləri öldükdən sonra mirası o idarə edir. Tək vərəsə odur. O, Gürcüstan Respublikasında olduğum üçün mirası qəbul edə bilməmişdir. O, atasından qalan mirası sənədləşdirmək istəyir. Sənədləşmə üçün Qax rayon NO-ə müraciət etsə də orada ona mirası qəbul etmək üçün buraxılmış prosesual müddəti ötürdüyü üçün məhkəməyə müraciət etməsini məsləhət gördülər. O, elə hesab etmişdir ki, valideyinləri öldükdən sonra mirası qəbul etmiş sayılır. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən buraxılmış prosesual müddətin bərpası, atası X2 və anası X3 miras qalmış Qax rayonu Əlibəyli kəndində yerləşən 64.2 kv/m fərdi yaşayış evi və 0.1999 ha həyətyanı torpaq sahəsindən və Qax rayonu Əlibəyli kəndində yerləşən 0.79 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət miras əmlakı tam mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşə əlavə edilmiş JN-265, KOD 40303018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Əlibəyli kəndində yerləşən 0.79 ha torpaq sahəsi X9 və X4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********23-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Əlibəyli kəndində yerləşən fərdi yaşayış evi X5 tam, evin yerləşdiyi 0.1999 ha torpaq sahəsi və X4 tam mülkiyyətindədir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçıoviçin atası X9, anası isə X6. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, X10 xx.xx.2003-cü il tarixdə və X8 xx.xx.1997-ci il tarixdə vəfat etmişlər. İşə əlavə edilmiş Qax RİHB-nın Əlibəyli kənd İƏD-nin verdiyi xx.xx.2023cü il tarixli, 261 saylı arayışdan görünür ki, X7 arvadı X10 və oğlu İddiaçıoviçdən ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-265, KOD 40303018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Əlibəyli kəndində yerləşən 0.79 ha torpaq sahəsi X9 və X4 ümumibirgə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********23-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu Əlibəyli kəndində yerləşən fərdi yaşayış evi X5 tam, evin yerləşdiyi 0.1999 ha torpaq sahəsi və X4 tam mülkiyyətinə verilmişdir. X10 xx.xx.2003-cü il tarixdə və X8 xx.xx.1997-ci il tarixdə vəfat etmiş, onların oğlu İddiaçıoviçdən ibarət vərəsələri qalmışdır. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum atasının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, JN-265, KOD 40303018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X9 və X4 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Əlibəyli kəndində yerləşən 0.79 ha torpaq sahəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********23-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən X5 tam mülkiyyətində olan Qax rayonu Əlibəyli kəndində yerləşən fərdi yaşayış evi və X4 tam mülkiyyətinə verilmiş 0.1999 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. JN-265, KOD 40303018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X9 və X4 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Əlibəyli kəndində yerləşən 0.79 ha torpaq sahəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********23- 10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən X5 tam mülkiyyətində olan Qax rayonu Əlibəyli kəndində yerləşən fərdi yaşayış evi və X4 tam mülkiyyətinə verilmiş 0.1999 ha torpaq sahəsindən ibarət miras əmlakları qəbul etmək üçün İddiaçıoviç tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. JN-265, KOD 40303018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X9 və X4 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Əlibəyli kəndində yerləşən 0.79 ha torpaq sahəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********23- 10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən X5 tam mülkiyyətində olan Qax rayonu Əlibəyli kəndində yerləşən fərdi yaşayış evi və X4 tam mülkiyyətinə verilmiş 0.1999 ha torpaq sahəsindən ibarət miras əmlaklar üzərində İddiaçıoviçin qanun üzrə miras miras payı tam müəyyən edilsin və İddiaçı mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-549/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-549/2023
26.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver