Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-55/2024 02.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsü tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayon X2 10 sentyabr 1997-ci il tarixli 13 nömrəli qərara əsasən ailə üzvlərinə məxsus Qax rayonu Ləkit-Kötüklü kəndində yerləşən 1.44 ha torpaq sahəsindən onların mülkiyyətlərinə verilmiş 1.1520 ha hissə paylarını naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və cavabdeh ƏMDX-nin DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, İddiaçı2 isə əvvəlki məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə işə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh ƏMDX-nin DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki işin məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməmişdir. İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia ərizəsində göstərmişlər ki, Qax rayonu Ləkit-Kötüklü kəndində yaşayırlar. Onlara məxsus olan 1.44 ha torpaq sahəsinin 1.1520 hissəsi bizə məxsusdur. Onlara çıxarışa əsasən verilmiş torpaq sahəsini naturada əldə edə bilmirlər. Onlar bununla bağlı DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə rəsmi qaydada müraciət etmiş, lakin orada onlara yazılı surətdə imtina etmişər. Ona görə də Qax rayon X2 10 sentyabr 1997-ci il tarixli 13 nömrəli qərara əsasən ailə üzvlərinə məxsus Qax rayonu Ləkit-Kötüklü kəndində yerləşən 1.44 ha torpaq sahəsindən onların mülkiyyətlərinə verilmiş 1.1520 ha hissə paylarını naturada verilməsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayon X2 10 sentyabr 1997-ci il tarixli 13 nömrəli qərara əsasən ailə üzvlərinə məxsus Qax rayonu Ləkit-Kötüklü kəndində yerləşən 1.44 ha torpaq sahəsindən onların mülkiyyətlərinə verilmiş 1.1520 ha hissə paylarını naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 etibarnamə üzrə nümayəndəsi İddiaçı3 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçılar ona məxsus torpaq sahəsini zəbt etmişlər. Əgər iddiaçılar əvvəlcə ona desəydilər mübahisə barədə razılaşmaq olardı. Onlar isə bunu etməmişlər. Ona görə də məhkəmədən mülki işə haxıb iddianın rədd edilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, iddiaçı və iddiaçıların etibarnamə üzrə nümayəndəsi İddiaçı3 işdə iştirak edən iddiaçıların izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan JN-0015, KOD 40314048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qax rayonu Ləkit- Kötüklü kəndində yerləşən 1.44 ha torpaq sahəsi X3, Cavabdeh, İddiaçı3 Əsdullah oğlu, İddiaçı1, İddiaçı4 və İddiaçı2 ümumibirgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2024-cü il tarixli, 3-16- 16/2-10/2048 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Hümmət Aydəmirovun tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-19/2-1039/2024 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: İddiaçıların faktiki istifadəsində olan torpaq sahələri naturada 2(iki) hissəli olub, faktiki olaraq cəmi 13260 kv.m olduğu müəyyən edilmişdir. Tərtib edilmiş yerquruluşu planından 7230 kv.m torpaq sahəsinin 1/5 paya uyğun hissələri və 6030 kv.m torpaq sahəsinin 1/5 paya uyğun hissələri, ümumi istifadə 7230 kv.m və 6030 kv.m torpaq sahələrinin döngə nöqtələrinin koordinatları göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün banka 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-0015, KOD 40314048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Ləkit-Kötüklü kəndində yerləşən 1.44 ha torpaq sahəsi X3, Cavabdeh, İddiaçı3 Əsdullah oğlu, İddiaçı1, İddiaçı4 və İddiaçı2 ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçılar hazırda Qax rayon X2 10 sentyabr 1997-ci il tarixli 13 nömrəli qərara əsasən ailə üzvlərinə məxsus Qax rayonu Ləkit-Kötüklü kəndində yerləşən 1.44 ha torpaq sahəsindən onların mülkiyyətlərinə verilmiş 1.1520 ha hissə paylarını naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 05 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2048 saylı rəy verilmiş, həmin rəylə iddiaçıların faktiki istifadəsində olan torpaq sahələri naturada 2(iki) hissəli olub, faktiki olaraq cəmi 13260 kv.m olduğu müəyyən edildiyi, tərtib edilmiş yerquruluşu planından 7230 kv.m torpaq sahəsinin 1/5 paya uyğun hissələri və 6030 kv.m torpaq sahəsinin 1/5 paya uyğun hissələri, ümumi istifadə 7230 kv.m və 6030 kv.m torpaq sahələrinin döngə nöqtələrinin koordinatları göstərildiyi qeyd olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi ekspert rəyində göstərilən qaydada, tərtib edilmiş yerquruluşu planında göstərilən qaydada təmin edilməlidir. Eyni zamanda da Cavabdeh 50(əlli) manat ekspertiza xərci alınaraq müvafiq hesaba köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndində göstərilmişdir ki, dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur." Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə obyektiv qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN-0015, KOD 40314048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X3, Cavabdeh, İddiaçı3 Əsdullah oğlu, İddiaçı1, İddiaçı4 və İddiaçı2 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Ləkit- Kötüklü kəndində yerləşən 1.44 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 payları naturada (tərtib edilmiş yerquruluşu planında göstərilən qaydada) ayrılıb verilməli, iş üzrə 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq müvafiq hesaba ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. JN-0015, KOD 40314048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X3, Cavabdeh, İddiaçı3 Əsdullah oğlu, İddiaçı1, İddiaçı4 və İddiaçı2 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Ləkit-Kötüklü kəndində yerləşən 1.44 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 payları naturada (tərtib edilmiş yerquruluşu planında göstərilən qaydada) ayrılıb iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 verilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq aşağıdakı hesaba köçürülsün. (Büdcə təsnifatının kod-142595, SAP(XİİS) hesabı, adı-X1, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab- AZ34CTRE********************) Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-55/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-55/2024
02.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver