Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-551/2023 03.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, X2 Baqratoviçin iştirakı ilə. İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə və maraqlı tərəf DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi və Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinə qarşı “buraxılmış prosessual müddətin bərpası və seriya RX № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X4 mülkiyyətinə verilmiş və ondan miras qalmış Qax rayonu, Meşəbaş kəndində yerləşən 0.3879 kv.m torpaq sahəsindən, seriya MH № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X4 mülkiyyətinə verilmiş və ondan miras qalmış Qax rayonu Qax İngiloy kəndində yerləşən 0.13 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 3 otaqlı, 69.6 kv.m yaşayış sahəsi və 13 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən və AB № 424320 saylı qeydiyyat şəhadətnaməsinə əsasən X4 mülkiyyətinə verilmiş və ondan miras qalmış **-BC-*** qeydiyyat nişanlı, Honda CRV 2.0 16V 4WD minik markalı, 1998-ci il istehsallı, mühərrik nömrəsi 3093200, ban nömrəsi JHLRD1863WC093956 olan tünd yaşıl meta rəngli avtomobildən özünə düşən miras payın müəyyən edilərək mülkiyyətinə verilməsi tələbinə dair” iddia ərizəsinə Qax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası və seriya RX № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X4 mülkiyyətinə verilmiş və ondan miras qalmış Qax rayonu, Meşəbaş kəndində yerləşən 0.3879 kv.m torpaq sahəsindən, seriya MH № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X4 mülkiyyətinə verilmiş və ondan miras qalmış Qax rayonu Qax İngiloy kəndində yerləşən 0.13 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 3 otaqlı, 69.6 kv.m yaşayış sahəsi və 13 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən və AB № 424320 saylı qeydiyyat şəhadətnaməsinə əsasən X4 mülkiyyətinə verilmiş və ondan miras qalmış **- BC-*** qeydiyyat nişanlı, Honda CRV 2.0 16V 4WD minik markalı, 1998-ci il istehsallı, mühərrik nömrəsi 3093200, ban nömrəsi JHLRD1863WC093956 olan tünd yaşıl meta rəngli avtomobildən özünə düşən miras payın müəyyən edilərək mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinin və Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Həmçinin maraqlı tərəf Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinin rəisi məhkəməyə ərizə göndərərək işə şöbənin əməkdaşının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respubliaskının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinin və Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Qax rayonu, Qax İngiloy kəndində yaşayır. Əri X7 xx.xx.2023-cü il tarixdə Gürcüstan Respublikası, Tbilisi şəhərində ölmüşdür. X3 Qax rayonu, Meşəbaş kəndində yerləşən 0.3879 kv.m torpaq sahəsi, Qax rayonu, Qax İngiloy kəndində yerləşən 0.13 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 3 otaqlı, 69.6 kv.m yaşayış sahəsi və 13 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və **-BC-*** qeydiyyat nişanlı, Honda CRV 2.0 16V 4WD minik markalı, 1998-ci il istehsallı mühərrik nömrəsi 3093200, ban nömrəsi JHLRD1863WC093956 olan tünd yaşıl meta rəngli avtomobil miras qalmışdır. X4 o və iki övladından ibarət vərəsələri qalmışdır. O X3 miras qalmış əmlakdan özünə düşən payın müəyyən edilərək verilməsini istəyir. Lakin hazırda sənədləşmə işləri ilə bağlı əməliyyat etmək üçün Qax rayon Notariat Ofisinə müraciət etdikdə ona mirasın qəbulu müddətini keçirdiyini bildirmişlər. O mirasın qəbulu üçün hər hansı bir müddətin olmasını bilməmiş, elə bilmişdir ki, ərindən miras qalan əmlakları istədiyi vaxt öz adına rəsmiləşdirə bilər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən buraxılmış prosessual müddətin bərpası və seriya RX № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X4 mülkiyyətinə verilmiş və ondan miras qalmış Qax rayonu, Meşəbaş kəndində yerləşən 0.3879 kv.m torpaq sahəsindən, seriya MH № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X4 mülkiyyətinə verilmiş və ondan miras qalmış Qax rayonu Qax İngiloy kəndində yerləşən 0.13 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 3 otaqlı, 69.6 kv.m yaşayış sahəsi və 13 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən və AB № 424320 saylı qeydiyyat şəhadətnaməsinə əsasən X4 mülkiyyətinə verilmiş və ondan miras qalmış **-BC-*** qeydiyyat nişanlı, Honda CRV 2.0 16V 4WD minik markalı, 1998-ci il istehsallı, mühərrik nömrəsi 3093200, ban nömrəsi JHLRD1863WC093956 olan tünd yaşıl meta rəngli avtomobildən özünə düşən miras payın müəyyən edilərək mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında seriya RX № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Qax rayonu, Meşəbaş kəndində yerləşən 0.3879 ha torpaq sahəsi X4 mülkiyyətindədir. İş materiallarında seriya MH № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Qax rayonu, Qax İngiloy kəndində yerləşən 0.13 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 3 otaqlı, 69.6 kv.m yaşayış sahəsi və 13 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi X4 mülkiyyətindədir. İş materiallarında AB № 424320 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-BC-*** qeydiyyat nişanlı, Honda CRV 2.0 16V 4WD minik markalı, 1998-ci il istehsallı, mühərrik nömrəsi 3093200, ban nömrəsi JHLRD1863WC093956 olan tünd yaşıl meta rəngli avtomobil X4 mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Qax RİHB-nın Qax rayon Qax İngiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi arayışdan görünür ki, mərhum X7 öldükdən sonra onun arvadı İddiaçı, oğlu X5 və qızı X1 ibarət vərəsəsi qalmışdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Qax rayonu, Qax İngiloy kəndində yaşayır. İddiaçının əri Azərbaycan Respublikası vətəndaşı X7 xx.xx.2023-cü il tarixdə Gürcüstan Respublikası Tiblis şəhərində vəfat etmişdir. X3 Qax rayonu, Meşəbaş kəndində yerləşən 0.3879 kv.m torpaq sahəsi, Qax rayonu, Qax İngiloy kəndində yerləşən 0.13 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 3 otaqlı, 69.6 kv.m yaşayış sahəsi və 13 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və **-BC-*** qeydiyyat nişanlı, Honda CRV 2.0 16V 4WD minik markalı, 1998-ci il istehsallı mühərrik nömrəsi 3093200, ban nömrəsi JHLRD1863WC093956 olan tünd yaşıl meta rəngli avtomobil miras qalmışdır. X4 arvadı İddiaçı, oğlu X5 və qızı X1 ibarət vərəsələri qalmışdır. İddiaçı X3 miras qalmış əmlakdan özünə düşən payın müəyyən edilərək verilməsini istəyir. Həmçinin digər vərəsələr X5 və X6 miras qalmış əmlaklrdan özlərinə düşən payın digər ailə üzvlərinin adına qeydiyyata alınmasına etiraz etmirlər. Lakin hazırda sənədləşmə işləri ilə bağlı əməliyyat etmək üçün Qax rayon Notariat Ofisinə müraciət etdikdə iddiaçıya mirasın qəbulu müddətini keçirdiyini bildirmişlər. İddiaçı mirasın qəbulu üçün hər hansı bir müddətin olmasını bilməmiş, elə bilmişdir ki, miras qalan əmlakları istədiyi vaxt öz adına rəsmiləşdirə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır, o mirasqoyanların vərəsəsidir və miras əmlakda onun qanun üzrə payı vardır. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasınını Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki,vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1148-ci maddəsində göstərilir ki, Müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sırasına daxildir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, seriya RX № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X4 mülkiyyətinə verilmiş və ondan miras qalmış Qax rayonu, Meşəbaş kəndində yerləşən 0.3879 kv.m torpaq sahəsindən, seriya MH № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X4 mülkiyyətinə verilmiş və ondan miras qalmış Qax rayonu Qax İngiloy kəndində yerləşən 0.13 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 3 otaqlı, 69.6 kv.m yaşayış sahəsi və 13 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən və AB № 424320 saylı qeydiyyat şəhadətnaməsinə əsasən X4 mülkiyyətinə verilmiş və ondan miras qalmış **- BC-*** qeydiyyat nişanlı, Honda CRV 2.0 16V 4WD minik markalı, 1998-ci il istehsallı, mühərrik nömrəsi 3093200, ban nömrəsi JHLRD1863WC093956 olan tünd yaşıl meta rəngli avtomobildən ibarət miras əmlaka dair mirası qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə həmin müddət uzadılmalı və miras əmlaklar üzərində İddiaçı payı tam olaraq müəyyən edilməklə onun mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Seriya RX № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X4 mülkiyyətinə verilmiş və ondan miras qalmış Qax rayonu, Meşəbaş kəndində yerləşən 0.3879 kv.m torpaq sahəsindən, seriya MH № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X4 mülkiyyətinə verilmiş və ondan miras qalmış Qax rayonu Qax İngiloy kəndində yerləşən 0.13 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 3 otaqlı, 69.6 kv.m yaşayış sahəsi və 13 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən və AB № 424320 saylı qeydiyyat şəhadətnaməsinə əsasən X4 mülkiyyətinə verilmiş və ondan miras qalmış **-BC-*** qeydiyyat nişanlı, Honda CRV 2.0 16V 4WD minik markalı, 1998-ci il istehsallı, mühərrik nömrəsi 3093200, ban nömrəsi JHLRD1863WC093956 olan tünd yaşıl meta rəngli avtomobildən ibarət miras əmlaka dair mirası qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə həmin müddət uzadılsın. Seriya RX № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X4 mülkiyyətinə verilmiş və ondan miras qalmış Qax rayonu, Meşəbaş kəndində yerləşən 0.3879 kv.m torpaq sahəsi, seriya MH № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X4 mülkiyyətinə verilmiş və ondan miras qalmış Qax rayonu Qax İngiloy kəndində yerləşən 0.13 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 3 otaqlı, 69.6 kv.m yaşayış sahəsi və 13 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və AB № 424320 saylı qeydiyyat şəhadətnaməsinə əsasən X4 mülkiyyətinə verilmiş və ondan miras qalmış **-BC-*** qeydiyyat nişanlı, Honda CRV 2.0 16V 4WD minik markalı, 1998-ci il istehsallı, mühərrik nömrəsi 3093200, ban nömrəsi JHLRD1863WC093956 olan tünd yaşıl meta rəngli avtomobil üzərində İddiaçı payı tam olaraq müəyyən edilməklə İddiaçı mülkiyyətinə verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-551/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-551/2023
03.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver