Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-553/2023 27.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “buraxılmış prosessual müddətin bərpası, X1 miras qalmış Qax şəhəri, Azərbaycan prospekti yerləşən 0.0239 ha torpaq sahəsindən və Qax şəhəri Azərbaycan küçəsi döngə 9 yerləşən 0.0361 ha torpaq sahəsindən ibarət miras əmlaklardan onlara düşən payın mülkiyyətlərinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası, X1 miras qalmış Qax şəhəri, Azərbaycan prospekti yerləşən 0.0239 ha torpaq sahəsindən və Qax şəhəri Azərbaycan küçəsi döngə 9 yerləşən 0.0361 ha torpaq sahəsindən ibarət miras əmlaklardan onlara düşən payın mülkiyyətlərinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, cavabeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərmişlər ki, ataları X5 xx.xx.2014-ci il tarixdə vəfat etmişdir. X1 Qax şəhəri Azərbaycan prospekti yerləşən 0.0239 ha torpaq sahəsi və Qax şəhəri Azərbaycan küçəsi döngə 9 yerləşən 0.0361 ha torpaq sahəsindən ibarət miras qalmışdır. Ataları öldükdən sonra mirası onlar idarə edir. O, atasından qalan mirası sənədləşdirmək istəyir. Atasının sağlığında həmin torpaq sahəsində ev olmuş, lakin ev qəzalı vəzəiyyətdə olmuşdur. Onlar həmin evi İcra hakimiyyətinin razılığı ilə akt tərtib edərək sökmüşlər. Hal-hazııda ev mövcud deyildir. Sənədləşmə üçün Qax rayon DƏDRX-ə müraciət etsə də orada onlara mirası qəbul etmək üçün buraxılmış prosesual müddəti ötürdüyü üçün məhkəməyə müraciət etmələrini məsləhət görmüşlər. Onlar elə hesab etmişlər ki, atası öldükdən sonra mirası qəbul etmiş sayılırlar. Göstərdiklərini nəzərə alaraq məhkəmədən buraxılmış prosessual müddətin bərpası, X1 miras qalmış Qax şəhəri, Azərbaycan prospekti yerləşən 0.0239 ha torpaq sahəsindən və Qax şəhəri Azərbaycan küçəsi döngə 9 yerləşən 0.0361 ha torpaq sahəsindən ibarət miras əmlaklardan onlara düşən payın mülkiyyətlərinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddia ərizəsi lə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. İş materiallarını nəzərdən keçirib, iddiaçıların izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********54-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, Azərbaycan küçəsi, döngə 9da mülkiyyətində olan 0.0361 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 27.48 kv.m yaşayış sahədən ibarət 6 a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 133 nömrəli vərəqində qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********49 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, Azərbaycan prospektində yerləşən 0.0239 ha torpaq sahəsi X3 mülkiyyətindədir. İşə əlavə edilmiş AZ-№ 334516 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2014-cü ildə ölmüşdür. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 atası X5 və anası X4r. İşə əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-nin verdiyi xx.xx.2023cü il tarixli, 1245 saylı arayışdan görünür ki, X3 İddiaçı1 və İddiaçı2 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı1 Qax şəhəri, İmam Mustafayev küçəsi, döngə 9, ev 6-da yaşayır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı1 Qax şəhəri, İmam Mustafayev küçəsi, döngə 9, ev 6-da yaşayır. İşə əlavə edilmiş Qax rayon notariat ofisinin 08 avqust 2023-cü il tarixli № 601 saylı məktubundan görünür ki, iddiaçıya hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********54-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli Çıxarışa əsasən Qax şəhəri, Azərbaycan küçəsi, döngə 9-da mülkiyyətində olan 0.0361 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 27.48 kv.m yaşayış sahədən ibarət 6 a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 133 nömrəli vərəqində qeydə alınmış, qeyd olunan fərdi yaşayış evi iddiaçılar tərəfindən sökülmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********49 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax şəhəri, Azərbaycan prospektində yerləşən 0.0239 ha torpaq sahəsi X3 mülkiyyətindədir. X6 xx.xx.2014-cü ildə ölmüş, onun İddiaçı1 və İddiaçı2 ibarət vərəsələri qalmışdır. İddiaçılar mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişlər ki, mərhum atalarının vərəsələri olduqları üçün istədikləri vaxt mirası qəbul edə bilərlər. Məhkəmə hesab edir ki, iddiaçıların mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********54-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli Çıxarışa əsasən X3 mülkiyyətində olan Qax şəhəri, Azərbaycan küçəsi, döngə 9-da yerləşən 0.0361 ha torpaq sahəsindən və X3 mülkiyyətində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********49 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax şəhəri, Azərbaycan prospektində yerləşən 0.0239 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçıların mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********54-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli Çıxarışa əsasən X3 mülkiyyətində olan Qax şəhəri, Azərbaycan küçəsi, döngə 9-da yerləşən 0.0361 ha torpaq sahəsindən və X3 mülkiyyətində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********49 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax şəhəri, Azərbaycan prospektində yerləşən 0.0239 ha torpaq sahəsindən ibarət miras əmlakları qəbul etmək üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********54-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli Çıxarışa əsasən X3 mülkiyyətində olan Qax şəhəri, Azərbaycan küçəsi, döngə 9-da yerləşən 0.0361 ha torpaq sahəsindən və X3 mülkiyyətində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********49 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax şəhəri, Azərbaycan prospektində yerləşən 0.0239 ha torpaq sahəsindən ibarət miras əmlakların üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 qanun üzrə miras miras payı tam müəyyən edilsin və iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-553/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-553/2023
27.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver