Məhkəmə qərarları › İş №2(024)-557/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-557/2023

24.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-557/2023 24.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı Abulla oğlunun etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Abulla oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və maraqlı tərəf Qax rayon Polis şöbəsinə qarşı “özünə məxsus olan Qax şəhəri N.Nərimanov küçəsi, bina 1, mənzil 2-də yerləşən mənzildən cavabdehlərin istifadə hüququna xitam verilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək özünə məxsus olan Qax şəhəri N.Nərimanov küçəsi, bina 1, mənzil 2-də yerləşən mənzildən cavabdehlərin istifadə hüququna xitam verilməsi cavabdehin istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı Abulla oğlu və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və maraqlı tərəf Qax rayon Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi Rəqsanə Məmmədova gəlmiş, cavabdehlər və maraqlı tərəfin nümayəndəsi isə məhkəməyə gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin və maraqlı tərəf Qax rayon Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı Abulla oğlunun etibarnamə üzrə nümayəndəsi X3 iddianı müdafiə etmişdir. İddiaçı Abulla oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, Qax şəhəri N.Nərimanov küçəsi, bina 1,mənzil 2 ümumi sahəsi 62.5 kv.m 0.0464 olan fərdi yaşayış ev var. Həmin ev tam mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evdə onun keçmiş həyat yoldaşı Cavabdeh2 və qızları Cavabdeh3, Cavabdeh4 həmin evdə qeydiyyatdadır. Onların formal olaraq ona məxsus evdə qeydiyyatdadır və onun evi ilə heç bir əlaqələri yoxdur. Ona görə də o məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən özünə məxsus olan Qax şəhəri N.Nərimanov küçəsi, bina 1, mənzil 2-də yerləşən mənzildən cavabdehlərin istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Abulla oğlunun etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İş materiallarında olan reyestr nömrəsi **********43-05101-093003, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax şəhəri, Nəriman Nərimanov küçəsi, bina 1, mənzil 2-də yerləşən mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 1191 saylı arayışdan görünür ki, İddiaçı ailə tərkib onun özündən, keçmiş həyat yoldaşı Cavabdeh2, qızları Cavabdeh3, Cavabdeh4, həyat yoldaşı X3 və övladı X2 ibarətdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, **********43-05101-093003, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax şəhəri, Nəriman Nərimanov küçəsi, bina 1, mənzil 2-də yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Cavabdehlər uzun müddətdir ki, həmin evdə yaşamırlar və evlə heç bir əlaqələri olmamışdır. Cavabdehlər həmin mənzildə qeydiyyatda olmasının iddiaçının evə dair hüquqlarını həyata keçirməsinə mane olduğunu bildirmişdir. Məhkəmə iclasında tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin iş materialları və iddiaçının izahatı əsasında araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, cavabdehlər mübahisəli mənzili xeyli müddətdir ki, tərk etmişlər. Yaranmış vəziyyətdə məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin könüllü olaraq mənzili tərk edərək uzun müddət orada deyil, məhz başqa yerdə yaşadıqlarından sözügedən mənzilə münasibətdə hüququnu itirmişdir. Məhkəmə, cavabdehlərin mübahisəli mənzili tərk etmələrinin səbəbləri ilə bağlı onu da xatırlatmaq istəyir ki, onun başqa bir yerdə daimi yaşayış yeri olmasa idi onlar, ən azından müəyyən bir müddətdən sonra əvvəlki yaşayış yerinə qayıtmalı, yaxud da buna hər hansı maneə olardısa bununla bağlı evə köçürülmə tələbi barədə iddia qaldıraraq, məhkəmə müdafiəsindən istifadə edə bilərdilər. Lakin onlar, bu hüququndan istifadə etməməklə əslində mövcud vəziyyətlə barışdıqlarını nümayiş etdirmişlər. Bu baxımdan da cavabdehlərin həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları namınə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. 01 yanvar 1997-ci il tarixdən qüvvəyə minmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndnə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən Sahiblik hüququ— əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Şərh edilən sübutları araşdırıb qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı məxsus olan Qax şəhəri N.Nərimanov küçəsi, bina 1, mənzil 2-də yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı məxsus olan Qax şəhəri N.Nərimanov küçəsi, bina 1, mənzil 2-də yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar