Məhkəmə qərarları › İş №2(024)-568/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-568/2024

22.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-568/2024 22.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə. İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə qarşı «X1 miras qalan Bakı şəhəri Nizami rayonu İsmayıl Məmmədov küçəsində istifadədə olan 0.134 ha torpaq sahəsində yerləşən 15 nömrəli, 9 mərtəbəli binada 46.2 kv/m ümumi 30.2 kv/m yaşayış sahəsindən ibarət 2 otaqlı 138 nömrəli mənzilə vərəsəlik haqqında şəhadətnamə almaq üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilməklə uzadılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Qax rayon məhkəməsinə müraciət edərək X1 miras qalan Bakı şəhəri Nizami rayonu İsmayıl Məmmədov küçəsində istifadədə olan 0.134 ha torpaq sahəsində yerləşən 15 nömrəli, 9 mərtəbəli binada 46.2 kv/m ümumi, 30.2 kv/m yaşayış sahəsindən ibarət 2 otaqlı 138 nömrəli mənzilə vərəsəlik haqqında şəhadətnamə almaq üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilməklə uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qax rayonu İbaxlı kəndində yaşayır. X5 xx.xx.2022-ci il tarixdə, anası X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. X1 Bakı şəhəri Nizami rayonu İsmayıl Məmmədov küçəsində istifadədə olan 0.134 ha torpaq sahəsində yerləşən 15 nömrəli, 9 mərtəbəli binada 46.2 kv/m ümumi, 30.2 kv/m yaşayış sahəsindən ibarət 2 otaqlı 138 nömrəli mənzil miras qalmışdır. Atası rəhmətə getdikdən mirası vərəsələr idarə edir. O, atasından qalan miras əmlakı sənədləşdirmək üçün Qax rayon Notariat Ofisinə müraciət etmişdir. Orada ona buraxılmış prosessual müddəti keçirdiyini və prosesual müddətin bərpası üçün məhkəməyə müraciət etməsini məsləhət gördülər. O, elə hesab etmişdir ki, atası öldükdən sonra mirası öz adına keçirə bilər. Prosessual müddəti keçirdiyini bilməmişdir. Vərəsə olaraq daima atasının qulluğunda durmuşdur. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hal-hazırda İbaxlı kəndində yaşayır və kənd təsərrüfatı işlərinə başı qarışdığı üçün müddətlə bağlı məlumatı olmayıb. X2 onun xeyrinə mirasdan imtina etmişdir. Mülklə bağlı bacısı ilə arasında hər hansı bir mübahisə yoxdur. Atasından miras qalmış Bakı şəhəri Nizami rayonu İsmayıl Məmmədov küçəsində yerləşən 2 otaqlı mənzili hal-hazırda özü idarə edir. Mənzildə yaşayış vardır. Buraxılmış prosessual müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xİ-ЖГ № 464667 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 14,10,1986-cı ildə doğulmuş İddiaçı X5, anası isə X7r. İİİ-ЖГ № 396875 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X3 nikahları 23 noyabr 1985-ci ildə 160 nömrəli akt qeydi ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə Muradov, arvada Muradova soyadı verilmişdir. AZ-İİ № 427524 nömrəli ölüm haqqında şəhadətnamənin təkrar surətindən görünür ki, X10 xx.xx.2022-ci ildə ölmüşdür. AZ-İİ № 334544 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2022-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 05/09İS/086390-24 nömrəli arayışdan görünür ki, X12 xx.xx.2022-ci il tarixdə, arvadı X11 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, onun İddiaçı və X4 ibarət vərəsələri qalmışdır. Qax rayon İcra Hakimiyyəti Başçısının Əlibəyli kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 358 nömrəli arayışından görünür ki, İddiaçı Qax rayonu İbaxlı kəndində qeydiyyatda olmaqla, İbaxlı kəndində yaşayır. Qax rayon Notariat Ofisinin verdiyi 05 avqust 2024-cü il tarixli 539 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciətindən mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyü üçün imtina olunmuş və mirasın qəbulu üzrə buraxılmış müddətin uzadılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********92-05101-093022 reyestr nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu İsmayıl Məmmədov küçəsində istifadədə olan 0.1394 ha torpaq sahəsində yerləşən 15 nömrəli, 9 mərtəbəli binada 46.2 kv.m ümumi, 30.2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 138 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 755 nömrəli reyestr kitabının 70605 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli 31394 nömrəli qəbzdən görünür ki, qiymətləndirilməyən iddialar üzrə iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan X12 xx.xx.2022-ci ildə vəfat etdiyindən ona münasibətdə vərəsəlik hüquq münasibəti hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1145 və 1146cı maddələri). Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər (Mülki Məcəllənin 1243.3 və 1245-ci maddələri). Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. İş materiallarından görünür ki, miras əmlakın kütləsinə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********92-05101- 093022 reyestr nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Çıxarışa əsasən, X9 mülkiyyətində olan, Bakı şəhəri Nizami rayonu İsmayıl Məmmədov küçəsində istifadədə olan 0.1394 ha torpaq sahəsində yerləşən 15 nömrəli, 9 mərtəbəli binada 46.2 kv.m ümumi, 30.2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 138 nömrəli mənzildən ibarət əmlak daxildir. Birinci növbə vərəsə kimi iddiaçı mərhum atasından qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat kontoruna müraciət etsə də, mirasın qəbulu müddətinin onun tərəfindən ötürülməsi əsasına görə ərizəsinin icrası mümkün olmamışdır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Həmçinin müraciətdə qeyd olunduğu kimi, bu müddət iddia müddətlərinə də aid edilə bilməz. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Yəni iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla tələb hüquqlarına xarakterikdir və hüququn məhkəmə qaydasında realizəsi imkanı üçün nəzərdə tutulmuş müddətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı). Məhkəmə hesab edir ki, qanun üzrə vərəsələr arasında mirasa dair hər hansı mübahisə olmadığından və mübahisənin müsbət mənada həlli iddiaçıların qanunla qorunan vərəsəlik hüquqlarının real olaraq həyata keçirilməsinə zəmin yaradacağından iddianın təmin edilməsi qanunamüvafiq olar. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Qeyd olunanlara məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********92-05101-093022 reyestr nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Çıxarışa əsasən, X9 mülkiyyətində olan, Bakı şəhəri Nizami rayonu İsmayıl Məmmədov küçəsində istifadədə olan 0.1394 ha torpaq sahəsində yerləşən 15 nömrəli, 9 mərtəbəli binada 46.2 kv.m ümumi, 30.2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 138 nömrəli mənzildən ibarət miras əmlaka dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət İddiaçı münasibətdə uzaldılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********92-05101-093022 reyestr nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Çıxarışa əsasən, X9 mülkiyyətində olan, Bakı şəhəri Nizami rayonu İsmayıl Məmmədov küçəsində istifadədə olan 0.1394 ha torpaq sahəsində yerləşən 15 nömrəli, 9 mərtəbəli binada 46.2 kv.m ümumi, 30.2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 138 nömrəli mənzildən ibarət miras əmlaka dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət İddiaçı münasibətdə uzaldılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar