Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-571/2024 22.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı məhkəməyə ərizə ilə müraciət edərək özünün xx.xx.1962-ci il tarixdə Kəlbəcər rayonu, Şurtan kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Kəlbəcər rayonu Şurtan kəndində anadan olmuşdur. 1983-85-ci illər ərzində ailəsi ilə birlikdə yaşamaq üçün Qax rayonuna köçmüşdür. Ailəsi ilə birlikdə Qax rayonuna köçəndə onun doğum haqqında şəhadətnaməsi olmuşdur. Ərizəçi hazırda öz torpaq sahəsi ilə bağlı sənədləşmə işləri görərkən ona doğum haqqında şəhadətnaməsi lazım olduqda şəhadətnaməni tapa bilməmişdir. Ərizəçi sənədləşmə ilə bağlı sənədlər toplayarkən doğum haqqında şəhadətnaməsinin olmadığını bilmişdir. Doğum haqqında şəhadətnamənin olmaması ona müəyyən hüquqlarını həyata keçirməyə mane olur. Ərizəçi bununla bağlı Maraqlı şəxsnə müraciət etdikdə orada doğum haqqında akt qeydinin tapılmadığı bildirilmişdir. Hazırda özünə doğum haqqında şəhadətnamə alması mümkün deyil. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İstəyir ki, məhkəmədə həqiqətən də xx.xx.1962-ci il tarixdə özünün Kəlbəcər rayonu Şurtan kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Ərizəçi məhkəmə baxışı iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 1962-ci ildə iyunun 1-də Kəlbəcər rayonu Şurtan kəndində anadan olmuşdur. 1980-ci ilin əvvəllərindən ailəsi ilə birlikdə Qax rayonu Turaclı kəndinə köçmüş və orada məskunlaşmışlar. Ailəsi 5 nəfərdən ibarətdir. Atasının adına olan əmlakı öz adına sənədləşdirmək istəyir. Buna görə də doğum haqqında şəhadətnaməyə ehtiyac vardır. Lakin onu itirmişdir. Qax rayonuna köçdükdən sonra şəxsiyyət vəsiqəsi də almışdır. Doğumun qeyd edilməsi faktının müəyyən edilməsi isə yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Şahid1 ifadə verərək göstərdi ki, o Ərizəçi dayısı oğludur. Təsdiq etmişdir ki, ərizəçi 1962-ci ildə Kəlbəcər rayonu Şurtan kəndində anadan olmuşdur. 1980-cı illərin əvvəllərində Qax rayonuna köçmüşdürlər. Daha sonra onlar da həmin ərazidə məskunlaşmışlar. Şahid2 ifadə verərək göstərdi ki, o Ərizəçi dayısı oğludur. Təsdiq etmişdir ki, ərizəçi 1962-ci ildə Kəlbəcər rayonu Şurtan kəndində anadan olmuşdur. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Qax RİHB-nın Turaclı kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli 253 nömrəli arayışdan görünür ki, ərizəçi Qax rayonu Turaclı kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə Qax RİHB-nın Turaclı kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli 252 nömrəli arayışdan müəyyən edilir ki, Ərizəçi xx.xx.1962-ci ildə Kəlbəcər rayonu, Şurtan kəndində anadan olmuş və 1980-ci ildə ailəsi ilə birlikdə Kəlbəcər rayonu, Şurtan kəndindən qeydiyyatdan çıxaraq Qax rayonu, Turaclı kəndinə daimi pasport qeydiyyatına düşmüşdür. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs verdiyi xx.xx.2024-cü il tarixli 3-16-5/8xx-xx/2024 nömrəli Arayışdan görnür ki, xx.xx.1962-ci il tarixdə Kəlbəcər rayonu, Şurtan kəndində doğulmuş Ərizəçi doğumuna dair “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə və Maraqlı şəxs sorğusuna əsasən Kəlbəcər rayon Qeydiyyat şöbəsinin arxivində yoxlama aparılmış və Ərizəçi doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il təvəllüdlüdür. İş materiallarında olan AZ-İ № 029761 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası X3 xx.xx.2002-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ № 398765 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin anası X4 xx.xx.2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan JN-151 KOD 40317018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qax rayonu, Turaclı kəndində kənd təsərrüfatı təyinatlı 1.16 ha torpaq sahəsi X3 və X1 ümumbirgə mülkiyyətindədir. İş materiallarında olan İİ-ЖГ № 301587 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X2 nikahları xx.xx.1979-cu il tarixdə Kəlbəcər rayon VVAQŞ-də 54 nömrə ilə qeydə alınmışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi xx.xx.1962-ci ildə Kəlbəcər rayonu, Şurtan kəndində anadan olmuşdur. Ərizəçi 1980-ci ilin əvvəllərindən ailəsi ilə birlikdə Qax rayonu Turaclı kəndinə köçmüş və orada məskunlaşmışlar. Ərizəçi adına doğum haqqında şəhadətnamə mövcud deyildir və bu şəhadətnamənin verilməsi üçün əsas olmuş doğum haqqında akt qeydi də arxivdə aşkar edilməmişdir. Ərizəçi doğum haqqında şəhadətnaməsi olmadığına görə ərizəçi mərhum atasının vərəsəsi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edə bilmir. Ərizəçi özünün doğum haqqında şəhadətnaməsini əldə etmək və ya doğum haqqında akt qeydinin bərpası üçün müvafiq orqanlara müraciət etmiş, lakin həmin orqanlarda bu mümkün olmamış və qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Ərizəçinin doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Nəzərə almaq lazımdır ki, Аilə Məcəlləsinin 158.1-ci mаddəsinə əsаsən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci mаddəsinə əsаsən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını - maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, hazırda Ərizəçi doğum haqqında şəhadətnaməsi mövcud olmasa da, onun xx.xx.1962-ci il tarixdə Kəlbəcər rayonu Şurtan kəndində anadan olması faktı, özü və valideynlərinin kimliyi haqda müvafiq məlumatlar, ərizəçinin özünün izahatı və şahidlərin ifadəsi ilə təsdiq olunduğundan, habelə ərizəçinin doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizəçinin xx.xx.1962-ci il tarixdə Kəlbəcər rayonu, Şurtan kəndində doğulması, valideynlərinin isə X3 və X4 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1962-ci il tarixdə Kəlbəcər rayonu Şurtan kəndində doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə Ərizəçi atası X3, anası X4 qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-571/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-571/2024
22.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver