Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-575/2023 05.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə. İddiaçı Cavabdeh2 qarşı “vərəsəliyin açılması mirasıın qəbul edilməsi müddətinin bərpası, miras əmlakda olan payın müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum anası X2 və mərhum bacısı X1 miras qalmış Qax rayonu Ləkit kəndində yerləşən 0.1128 ha sahəsinin onların hər birinə aid 1/3 payından qanun üzrə özünə çatacaq payın müəyyən edilərək öz mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş, İddiaçı məhkəməyə ərizə göndərərək iddiadan imtina etmiş və işin icraatına xitam verilməsini, həmçinin ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmiş və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim işin icraatına xitam verir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı vərəsəliyin açılması mirasıın qəbul edilməsi müddətinin bərpası, miras əmlakda olan payın müəyyən edilməsi tələbinə dair mülki işin icraatına iddiaçı Babayeva İddiaçı barışıq sazişi barədə ərizəsi qəbul edilməli və işin icraatına xitam verilməli və iddiaçının AsanPay vasitəsi ilə xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu məbləği ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : İddiaçı Cavabdeh2 qarşı vərəsəliyin açılması mirasıın qəbul edilməsi müddətinin bərpası, miras əmlakda olan payın müəyyən edilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı Babayeva İddiaçı Cavabdeh2 qarşı vərəsəliyin açılması mirasıın qəbul edilməsi müddətinin bərpası, miras əmlakda olan payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə məhkəməyə müraciət etmək üçün iddiaçının AsanPay vasitəsi ilə xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan elan edildiyi gündən 10(on) gün müddətinə Qax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-575/2023
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-575/2023
05.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver