Məhkəmə qərarları › İş №2(024)-589/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-589/2024

10.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-589/2024 10.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh və cavabdehlər Cavabdeh2, Cavabdeh4, X8 və Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X6 iştirakı ilə. İddiaçı cavabehlər Nümayəndə, Cavabdeh2, X19, Cavabdeh4 və Cavabdeh5 və üçüncü şəxs X9 qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürməsinin üzürlü sayılması və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair ilkin, cavabdehlər Nümayəndə, Cavabdeh2, X19, Cavabdeh4 və Cavabdeh5 İddiaçı qarşı cavabdehin ilkin iddiasının qismən təmin edilməsi və nənəsi X2 Cəlayir kəndində yerləşən Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024, reyestr nömrəsi **********17-10301 olan Çıxarışla 0,0959 ha torpaq sahəsi, onun yerləşən 121.2 kv olan yaşayış evi və JN:109 kod 40315018 nömrəli X40 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tərəfindən faktiki qəbul edilməsi və miras əmlakdan onlara düşən payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Nümayəndə, Cavabdeh2, X19, Cavabdeh4, Cavabdeh5 və üçüncü şəxs X10 qarşı «mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsinin üzürlü sayılması və miras əmlakdan payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Cəlayir kəndində yerləşən Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024, reyestr nömrəsi **********17-10301 olan çıxarışla 0,0959 ha torpaq sahəsi, onun yerləşən 121.2 kv olan yaşayış evi və JN:109 kod 40315018 nömrəli X40 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tərəfindən faktiki qəbul edilməsi və miras əmlakdan onlara düşən payın müəyyən edilməsi barədə, cavabdehlər Nümayəndə, Cavabdeh2, X19, Cavabdeh4 və Cavabdeh5 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ilkin iddiasının qismən təmin edilməsi və nənəsi X2 Cəlayir kəndində yerləşən Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024, reyestr nömrəsi **********17-10301 olan çıxarışla 0,0959 ha torpaq sahəsi, onun yerləşən 121.2 kv olan yaşayış evi və JN:109 kod 40315018 nömrəli X40 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tərəfindən faktiki qəbul edilməsi və miras əmlakdan özlərinə düşən payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək mübahisə üzrə razılığa gəldiklərini bildirmiş və barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehlər Cavabdeh2, X19, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, cavabdehləri məhkəmə iclasında etibarnamə üzrə səlahiyyətli nümayəndələri Nümayəndə təmsil etmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh2, X19, Cavabdeh4 və Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizələrini, habelə digər iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, tərəflər arasında olan mübahisə barışıq yolu ilə həll edildiyindən, onlar arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən olunmuşdur:

1. JN-109, KOD 40315018 nömrəli X40 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı,

2. Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024, reyestr nömrəsi **********17-10301 olan çıxarışla 0,0959 ha torpaq sahəsi, onun yerləşən 121.2 kv.m olan yaşayış evi Nümayəndə, Cavabdeh2, X19, Cavabdeh4 və Cavabdeh5 verilsin.

3. Cavabdehlər Nümayəndə, Cavabdeh2, X19, Cavabdeh4 və Cavabdeh5 İddiaçı 3000 manat ödəsin.

İddiaçı məhkəmə iclası zamanı barışıq sazişinin məzmununa uyğun izahat verərək barışıq sazişinin təsdiq edilməsini, habelə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi və göstərdiklərini əks etdirən ərizəni məhkəməyə təqdim etdi. Cavabdeh və cavabdehlər Cavabdeh2, Cavabdeh4, X8 və Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı izahatında İddiaçı ilə barışıq sazişi üzrə razılığa gəldiklərini göstərərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi və göstərdiklərini əks etdirən ərizəni məhkəməyə təqdim etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 iddia ərizəsində qeyd edilən və barışıq sazişinin predmeti olan daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024, reyestr nömrəsi **********17-10301 olan çıxarışla 0,0959 ha torpaq sahəsi, onun yerləşən 121.2 kv.m olan yaşayış evində hazırda ailəsi ilə birlikdə yaşadığını, barışıq sazişinin onun və ailə üzvlərinin hüquq və mənafeyinə toxunmadığını bildirmiş, sazişin təsdiq olunması və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək göstərdiklərini əks etdirən müvafiq ərizəni məhkəməyə təqdim etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ № 363207 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2010-cu ildə ölmüşdür. AZ-İ № 623727 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2013-cü ildə ölmüşdür. AZ-İ № 231914 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2007-ci ildə ölmüşdür. AZ-İ № 780259 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X22 xx.xx.1980-cı ildə nikahlarını 11 nömrə ilə qeydə aldırmış, nikahdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. Qax rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 881 nömrəli məktubundan görünür ki, İddiaçı mərhum anası X2 qalmış mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə etdiyi müraciətinə cavab olaraq vərəsələrin MM-nin 1246-cı maddəsinə əsasən mirası 6 ay ərzində və yaxud həmin məcəllənin 1243-cü maddəsinə uyğun olaraq mirası faktiki qəbul etməli olması, odur ki, mirasın qəbulu üzrə buraxılmış müddətin uzadılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməli olması göstərilmişdir. JN-109, KOD 40315018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, X3 mülkiyyətində 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024, reyestr nömrəsi **********17-10301 olan çıxarışla Qax rayonu, Cəlayir kəndində, Yeni qaydalarla: AZ 3413, Qax rayonu, Cəlayir kəndi, Gənclik küçəsi, giriş 19-da 0,0959 ha torpaq sahəsi və üzərində yerləşən 121.2 kv.m olan yaşayış evi X3 mülkiyyətindədir. Qax rayon Qeydiyyat Şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli 05/09lS/108184-24 nömrəli arayışdan görünür ki, X3 X27, X16, X15, İddiaçı, X28, X29, X23 və X13 ibarət ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Qax RİHB-nın Sarıbaş kənd İƏDÜN-nin verdiyi 285 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X7 arvadı X11, oğulları X14 və X4 və qızı X5 ibarət varisləri qalmışdır. Qax RİHB-nın Sarıbaş kənd İƏDÜN-nin verdiyi 284 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X6 özü, anası X21, arvadı X20, qardaşı X17, uşaqları – X24 və X25 mərhum X3 adında olan Qax rayonu, Cəlayir kəndində 1982-ci ildə tikilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024, reyestr nömrəsi **********17-10301 olan 121.2 kv.m və həyatyanı sahəsi 0.0959 ha olan yaşayış evində qeydiyyatdadır. X1 miras qalmış əmlakın bölüşdürülməsi barədə xx.xx.2024-cü il tarixli barəşıq sazişindən görünür ki, İddiaçı, Nümayəndə, Cavabdeh2, X19, Cavabdeh4, X14, Cavabdeh5, X20, X21 və X17 razılığa gəlmiş və sazişi imzalamışlar. Cavabdeh5 tərəfindən verilmiş ərizədən görünür ki, miras əmlakın barışıq sazişinə uyğun bölüşdürülməsini və işə xitam verilməsini xahiş etmişdir. Cavabdeh4 tərəfindən verilmiş ərizədən görünür ki, miras əmlakın barışıq sazişinə uyğun bölüşdürülməsini və işə xitam verilməsini xahiş etmişdir. X19 tərəfindən verilmiş ərizədən görünür ki, miras əmlakın barışıq sazişinə uyğun bölüşdürülməsini və işə xitam verilməsini xahiş etmişdir. Cavabdeh2 tərəfindən verilmiş ərizədən görünür ki, miras əmlakın barışıq sazişinə uyğun bölüşdürülməsini və işə xitam verilməsini xahiş etmişdir. Nümayəndə tərəfindən verilmiş ərizədən görünür ki, miras əmlakın barışıq sazişinə uyğun bölüşdürülməsini və işə xitam verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, miras əmlakın barışıq sazişinə uyğun bölüşdürülməsini və işə xitam verilməsini xahiş etmişdir. X18 tərəfindən verilmiş ərizədən görünür ki, miras əmlakın barışıq sazişinə uyğun bölüşdürülməsini və işə xitam verilməsini xahiş etmişdir. X20 tərəfindən verilmiş ərizədən görünür ki, miras əmlakın barışıq sazişinə uyğun bölüşdürülməsini və işə xitam verilməsini xahiş etmişdir. X21 tərəfindən verilmiş ərizədən görünür ki, miras əmlakın barışıq sazişinə uyğun bölüşdürülməsini və işə xitam verilməsini xahiş etmişdir. X14 tərəfindən verilmiş ərizədən görünür ki, miras əmlakın barışıq sazişinə uyğun bölüşdürülməsini və işə xitam verilməsini xahiş etmişdir. X17 tərəfindən verilmiş ərizədən görünür ki, miras əmlakın barışıq sazişinə uyğun bölüşdürülməsini və işə xitam verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, iddiaçı barışıq sazişinin şərtlərinə uyğun olaraq 3000 (üç min) manat pulu qəbul etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, tərəflərin təqdim etdikləri barışıq sazişini və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM–in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2–ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflər barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 52.5–ci maddəsində göstərilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, tərəflərin imzaladıqları barışıq sazişi tərəflərin real və həqiqi vəziyyətlərinə uyğundur. Həmin saziş başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə, həmçinin hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tərəflərə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 261, 262, 263, 264, 268 və 269–cu maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

İddiaçı cavabehlər Nümayəndə, Cavabdeh2, X19, Cavabdeh4 və Cavabdeh5 və üçüncü şəxs X9 qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürməsinin üzürlü sayılması və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair ilkin, cavabdehlər Nümayəndə, Cavabdeh2, X19, Cavabdeh4 və Cavabdeh5 İddiaçı qarşı cavabdehin ilkin iddiasının qismən təmin edilməsi və nənəsi X2 Cəlayir kəndində yerləşən Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024, reyestr nömrəsi **********17-10301 olan Çıxarışla 0,0959 ha torpaq sahəsi, onun yerləşən 121.2 kv olan yaşayış evi və JN:109 kod 40315018 nömrəli X40 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tərəfindən faktiki qəbul edilməsi və miras əmlakdan onlara düşən payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2024–cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:

1. JN-109, KOD 40315018 nömrəli torpağa mülkiyyət hüququna dair X40 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı,

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024, reyestr nömrəsi **********17-10301 olan Çıxarışla 0,0959 ha torpaq sahəsi, onun üzərində yerləşən 121.2 kv.m olan yaşayış evi Nümayəndə, Cavabdeh2, X19, Cavabdeh4, Cavabdeh5 verilsin.

3. Cavabdehlər Nümayəndə, Cavabdeh2, X19, Cavabdeh4 və Cavabdeh5 İddiaçı 3000 manat ödəsin.

Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı cavabehlər Nümayəndə, Cavabdeh2, X19, Cavabdeh4 və Cavabdeh5 və üçüncü şəxs X9 qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürməsinin üzürlü sayılması və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair ilkin, cavabdehlər Nümayəndə, Cavabdeh2, X19, Cavabdeh4 və Cavabdeh5 İddiaçı qarşı cavabdehin ilkin iddiasının qismən təmin edilməsi və nənəsi X2 Cəlayir kəndində yerləşən Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024, reyestr nömrəsi **********17-10301 olan Çıxarışla 0,0959 ha torpaq sahəsi, onun yerləşən 121.2 kv olan yaşayış evi və JN:109 kod 40315018 nömrəli X40 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tərəfindən faktiki qəbul edilməsi və miras əmlakdan onlara düşən payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə üzrə mülki işin icraatına xitam verilsin. Qərardadın qüvvədə olduğu müddətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə müraciət edilməsinə yol verilmir. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin 11544 nömrəli qəbz əsasında Dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul İddiaçı, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin ********** nömrəli qəbz əsasında dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul qarşılıqlı iddia üzrə iddiaçı Nümayəndə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar