Məhkəmə qərarları › İş №2(024)-59/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-59/2024

04.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-59/2024 04.06.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı, X3 Qudratovna iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh İlarionovnaya və ƏMDX-nin DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “Qax rayonu Qaxbaş kəndində yerləşən ona məxsus olan 48.60 kv.m fərdi yaşayış evini və 0.0733 ha həyətyanı torpaq sahəsinin naturada ayrılıb ona verilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh İlarionovna və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ƏMDK Yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Qaxbaş kəndində yerləşən ona məxsus olan 48.60 kv fərdi yaşayış evini və 0.0733 ha həyətyanı sahəsinin naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdehlər Cavabdeh İlarionovna və ƏMDX-nin DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh İlarionovna və ƏMDX-nin DƏDRXnin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki işin məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o Qax rayonu Qaxbaş kəndində yaşayır. Ona məxsus Qax rayonu Qaxbaş kəndində nənəsi X1 Qax rayonu Qaxbaş kəndində yerləşən ona məxsus olan 48.60 kv.m fərdi yaşayış evi və 0.0733 ha həyətyanı torpaq sahəsi vardır. O Çıxarışa əsasən ona verilmiş torpaq sahəsini naturada əldə edə bilmir. Ona məxsus olan əmlakın 0.01 ha hissəsi Cavabdeh İlarionovnaya məxsusdur. Xalası ilə aralarında mübahisə vardır. O bununla bağlı DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmiş, lakin orada imtina etmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ƏMDK Yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Qaxbaş kəndində yerləşən ona məxsus olan 48.60 kv fərdi yaşayış evinin və 0.0733 ha həyətyanı sahənin naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarını nəzərdən keçirib, işdə iştirak edən iddiaçıların izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin verdiyi **********51- 10301 reyestr, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Qax rayonu Qaxbaş kəndində yerləşən 0.0733 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi İddiaçı tam, həmin evin yerləşdiyi 0.0733 ha torpaq sahəsinin 0.01 ha hissəsi Cavabdeh İlarionovnanın, 0.0633 ha hissəsi isə İddiaçı paylı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1857 saylı rəyindən görünür ki, Məhkəmə Ekspetizası Mərkəzinin ekspertizanın təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardad ilə birlikdə daxil olmuş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Reyestr nömrəsi **********1-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu Qaxbaş kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.0733 ha həyətyanı torpaq sahəsinin İddiaçı payına düşən 0.0633 ha hissəsinin fərdi yaşayış evi nəzərə alınmaqla naturada ayrılıb iddiaçıya verilməsi mütəxəssis rəyinə əlavə edilmiş sxem əsasında mümkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün banka 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ƏMDK yanında DƏDRX-nin verdiyi **********51-10301 reyestr, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Qax rayonu Qaxbaş kəndində yerləşən sahəsi 0.0733 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi İddiaçı tam, həmin evin yerləşdiyi 0.0733 ha torpaq sahəsinin 0.01 ha hissəsi Cavabdeh İlarionovna, 0.0633 ha hissəsi isə İddiaçı paylı mülkiyyətindədir. İddiaçı hazırda yuxarıda qeyd olunan fərdi yaşayış evinin və torpaq sahəsindən onun payının naturada ayrılıb verilməsini xahiş edir. Məhkəmə, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 02 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1857 saylı rəy verilmiş, həmin rəylə Reyestr nömrəsi **********1-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu Qaxbaş kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.0733 ha həyətyanı torpaq sahəsinin İddiaçı payına düşən 0.0633 ha hissəsinin fərdi yaşayış evi nəzərə alınmaqla naturada ayrılıb iddiaçıya verilməsi mütəxəssis rəyinə əlavə edilmiş sxem əsasında mümkün olması göstərilmişdir. (sxem-mütəxəssis rəyinə əlavə edilib). Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi ekspert rəyində göstərilən qaydada, mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun qaydada təmin edilməlidir. Eyni zamanda da Cavabdeh İlarionovnadan 50(əlli) manat ekspertiza xərci alınaraq müvafiq hesaba köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndində göstərilmişdir ki, dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur." Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə obyektiv qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Reyestr nömrəsi **********1-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu Qaxbaş kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.0733 ha həyətyanı torpaq sahəsinin İddiaçı payına düşən 0.0633 ha hissəsinin fərdi yaşayış evi nəzərə alınmaqla tərtib edilmiş yerquruluşu planında göstərilən qaydada naturada ayrılıb İddiaçı verilməli, iş üzrə 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq müvafiq hesaba ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Reyestr nömrəsi **********1-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu Qaxbaş kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.0733 ha həyətyanı torpaq sahəsinin İddiaçı payına düşən 0.0633 ha hissəsinin fərdi yaşayış evi nəzərə alınmaqla tərtib edilmiş yerquruluşu planında göstərilən qaydada naturada ayrılıb İddiaçı verilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Cavabdeh İlarionovnadan alınaraq aşağıdakı hesaba köçürülsün. (Büdcə təsnifatının kod-142595, SAP(XİİS) hesabı, adı-X2, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab- AZ34CTRE********************) Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar