Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-60/2024 17.01.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəflər Qax rayon Notariat Ofisinə və Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ- TB şöbəsinə qarşı “buraxılmış prosessual müddətin bərpası, X1 “VAZ 21093” markalı **-BD-*** qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlakdan ona düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası, X1 “VAZ 21093” markalı **-BD-*** qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlakdan ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəflər Qax rayon Notariat Ofisinin notariusu və Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ-TB şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdehlər notariat ofisinə ərizə təqdim edərək ataları X2 miras qalmış əmlakı faktiki qəbul etmədiklərini və qəbul etmək niyyətində olmadıqlarını göstərmiş, maraqlı tərəflər Qax rayon Notariat Ofisinin notariusu və Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ-TB şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəflər Qax rayon Notariat Ofisinin notariusu və Azərbaycan Respublikası DİN BDYPİnin Şəki Regional Qİ-TB şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o Qax şəhəri, Qaxmuğal küçəsi döngə 1, ev 2-də yaşayır. X3 xx.xx.2023-cı il tarixdə vəfat etmişdir. X1 onlara “VAZ 21093” markalı **-BD-*** qeydiyyat nişanlı avtomaşın miras qalmışdır. Bildirir ki, əri öldükdən sonra onlar mirası idarə edir. O, ərindən qalan mirası sənədləşdirmək istəyir. Sənədləşmə üçün Qax rayon Qax rayon Notariat Ofisinə müraciət etsə də orada mirası qəbul etmək üçün buraxılmış prosessual müddəti ötürdüyü üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. O, mirasın qəbul edilməsi ilə bağlı hər hansı müddətin olmasını bilməmiş, elə hesab etmişdir ki, ərinin vərəsəsi olduğu üçün mirası istədiyi vaxt qəbul edə bilər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən buraxılmış prosessual müddətin bərpası, X1 “VAZ 21093” markalı **-BD-*** qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlakdan ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AC № 185154 saylı qeydiyyat şəhadətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, “VAZ 21093” markalı **-BD-*** qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. İşə əlavə edilmiş AZ-İİ № ******* saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2023-cü ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-İ № 898523 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 ilə İddiaçı nikahları 14 yanvar 2014-cü ildə 04 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Qax RİHB-nın Qum kənd İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli, 525 saylı arayışdan görünür ki, X4 arvadı İddiaçı, oğlu Cavabdeh1 və qızı Cavabdeh2 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax şəhəri, Qaxmuğal küçəsi, döngə 1, ev 2-də qeydiyyatdadır. İşə əlavə edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 imzalarının həqiqiliyi notariat qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlar ataları X2 miras qalmış əmlakı faktiki qəbul etmədiklərini və qəbul etmək niyyətində olmadıqlarını göstərmişlər. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AC № 185154 saylı qeydiyyat şəhadətnaməsinə əsasən “VAZ 21093” markalı **-BD-*** qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. X5 xx.xx.2023-cü ildə ölmüş, onun arvadı İddiaçı, oğlu Cavabdeh1 və qızı Cavabdeh2 ibarət vərəsələri qalmışdır. Həmin vərəsələrdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ataları X2 miras qalmış əmlakı faktiki qəbul etməmişlər. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum ərinin vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilərl. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, AC № 185154 saylı qeydiyyat şəhadətnaməsinə əsasən X4 mülkiyyətində olan və ondan miras qalmış “VAZ 21093” markalı **- BD-*** qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlakın İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. AC № 185154 saylı qeydiyyat şəhadətnaməsinə əsasən X4 mülkiyyətində olan və ondan miras qalmış “VAZ 21093” markalı **-BD-*** qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. AC № 185154 saylı qeydiyyat şəhadətnaməsinə əsasən X4 mülkiyyətində olan və ondan miras qalmış “VAZ 21093” markalı **-BD-*** qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlak üzərində İddiaçı qanun üzrə miras miras payı tam müəyyən edilsin və İddiaçı mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-60/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-60/2024
17.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver