Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-609/2023 03.11.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı Abış oğlunun Cavabdeh və maraqlı tərəflər Qax rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “buraxılmış prosessual müddətin bərpası, X1 və X2 miras qalmış Qax rayonu Baydarlı kəndində yerləşən 2.34 ha torpaq sahəsindən 2/4 hissəsindən ibarət əmlakdan ona düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Abış oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası, X1 və X2 miras qalmış Qax rayonu Baydarlı kəndində yerləşən 2.34 ha torpaq sahəsindən 2/4 hissəsindən ibarət əmlakdan ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, İddiaçı Abış oğlu, Cavabdeh və maraqlı tərəflər Qax rayon Notariat Ofisinin notariusu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə teleqram göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, Cavabdeh və maraqlı tərəflər Qax rayon Notariat Ofisinin notariusu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəməyə gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Abış oğlu iddia ərizəsində göstərmişdir ki, o Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 31, mənzil 176-da yaşayır. X5 xx.xx.2004-cü il tarixdə və anası X9 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. X1 və X2 Qax rayonu Baydarlı kəndində yerləşən Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə verilmiş 2.34 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət miras qalmışdır. Valideyinləri vəfat etdikdən sonra biz mirası onlar idarə edir. O, atasından atasından və anasından qalan mirası sənədləşdirmək istəyir. Sənədləşmə üçün Qax rayon Qax rayon Notariat Ofisinə müraciət etsə də orada mirası qəbul etmək üçün buraxılmış prosessual müddəti ötürdüyü üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. O, mirasın qəbulu üçün müddətin olmasını bilməmiş, elə hesab etmişdir ki, valideyinləri öldükdən sonra mirası qəbul etmiş sayılır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən buraxılmış prosessual müddətin bərpası, X1 və X2 miras qalmış Qax rayonu Baydarlı kəndində yerləşən 2.34 ha torpaq sahəsindən 2/4 hissəsindən ibarət əmlakdan ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş JN:0046, KOD 40313058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Baydarlı kəndində yerləşən 2.34 ha torpaq sahəsi X16, X9, X17 və X14 ümumibirgə mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş AZ- № 077804 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2004-ci ildə ölmüşdür. İşə əlavə edilmiş AZ- № 150651 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2002-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Qax RİHB-nın Qıpçaq kənd İƏD-nin verdiyi xx.xx.2023cü il tarixli, 383 saylı arayışdan görünür ki, X13 qızları X6, X10, X11 və oğulları X18 və İddiaçı ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, X12, X10, X11, X18 və İddiaçı atası X19, anası isə X4r. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Qədirov X7 şəhəri, Naxçıvan küçəsi, ev 31, mənzil 176-da yaşayır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Baydarlı kəndində yaşayır. İşə əlavə edilmiş Qax rayon notariat ofisinin 15 fevral 2023-cü il tarixli № 108 və 12 sentyabr 2023-cü il tarixli 692 saylı məktublarından görünür ki, iddiaçıya hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş X12, X10, X11, X18 və İddiaçı imzalarının həqiqiliyi notariat qaydada təsdiqlənmiş ərizələrindən görünür ki, onlar mərhum valideyinlərindəın miras qalmış əmlaklardan özlərinə düşən payı qəbul etməmiş və gələcəkdə də heç bir iddia qaldırmayacaqlar. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN:0046, KOD 40313058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Baydarlı kəndində yerləşən 2.34 ha torpaq sahəsi X16, X9, X17 və X14 ümumibirgə mülkiyyətinə verilmişdir. X16 xx.xx.2004-cü, X9 xx.xx.2002-ci ildə ölmüşdür. X13 qızları X6, X10, X11 və oğulları X18 və İddiaçı ibarət vərəsələri qalmışdır. Həmin vərəsələrdən X12, X10, X11, X18 və İddiaçı mərhum valideyinlərindəın miras qalmış əmlaklardan özlərinə düşən payı qəbul etməmiş və gələcəkdə də heç bir iddia qaldırmayacaqlar. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum valideyinlərinin vərəsəsi olduğu üçün istədikyi vaxt mirası qəbul edə bilərl. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, JN:0046, KOD 40313058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X16, X9, X17 və X14 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Baydarlı kəndində yerləşən 2.34 ha torpaq sahəsi sahəsinin X16 və X3 hər birinin payına düşən ¼ hissəsindən ibarət ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. JN:0046, KOD 40313058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X16, X9, X17 və X14 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Baydarlı kəndində yerləşən 2.34 ha torpaq sahəsi sahəsinin X16 və X3 hər birinin payına düşən ¼ hissəsindən ibarət ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. JN:0046, KOD 40313058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X16, X9, X17 və X14 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Baydarlı kəndində yerləşən 2.34 ha torpaq sahəsi sahəsinin X16 və X3 hər birinin payına düşən ¼ hissəsindən ibarət ibarət miras əmlak üzərində İddiaçı qanun üzrə miras miras payı tam müəyyən edilsin və İddiaçı mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-609/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-609/2023
03.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver