Məhkəmə qərarları › İş №2(024)-615/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-615/2025

06.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-615/2025 06.11.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı, X1 iştirakı ilə, İddiaçı cavabdehlər Kuzibabaşvili Levan Rolandoviç, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və Qax rayon Notariat Kontoruna qarşı «ümumi birgə mülkiyyətdəki payların alqı-satqısına dair sadə yazılı əqdin etibarlı sayılması, pay hüquqlarına xitam verilməsi, paylara mülkiyyət hüququnun tanınması, əqddən əmələ gələn hüququn əsasında torpaq və bağ sahələrindən çıxarılmanın müəyyən edilməsi» barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı cavabdehlər Kuzibabaşvili Levan Rolandoviç, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və Qax rayon Notariat Kontoruna qarşı «ümumi birgə mülkiyyətdəki payların alqı-satqısına dair sadə yazılı əqdin etibarlı sayılması, pay hüquqlarına xitam verilməsi, paylara mülkiyyət hüququnun tanınması, əqddən əmələ gələn hüququn əsasında torpaq və bağ sahələrindən çıxarılmanın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayonu, Meşəbaş kəndinin ərazisinin «Molla Həsən» adlı hissəsində Qax rayonu, Aqrar İslahat Komissiyasının 19 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə əvəzsiz ayrılmış 0,83 ha torpaq sahəsinin 1307 saylı, 0,53 ha əkinə yararlı hissəsinin, Qax rayonu, Meşəbaş kəndində yerləşən, Qax rayon AİK-nın 19 fevral 2003-cü il tarixli 01 saylı qərarı ilə əvəzsiz ayrılmış 0,83 ha torpaq sahəsinin tərkibinə aid, Qax rayonu, Meşəbaş kəndində yaşayan İddiaçı məxsus fərdi evinin həyətyanı sahəsi ilə həmsərhəddə yerləşmiş 1307 C saylı 0,30 ha torpaq sahəsindəki 11 top fındıq bağından ibarət vahid daşınmaz əmlak kimi, ümümi birgə mülkiyyət paylarının mülkiyyətçiləri Kuzibabaşvili Roland İloyeviç, Cavabdeh3, Cavabdeh1, Küzibabaşvili Mzia Rolandovna və Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış umumi birgə mülkiyyətdəki payların alqısatqısına dair 10 mart 2005-ci il tarixli sadə yazılı əqdin etibarlı sayılması, Kuzibabaşvili Roland İloyeviçin, Cavabdeh3 Baqratonovnanın, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 pay hüquqlarına xitam verilməsi, həmin şəxslərin ümumi birgə mülkiyyətdəki paylarına İddiaçı mülkiyyət hüququnun tanınması, İddiaçı Qax rayonu, Meşəbaş kəndində yerləşən, dövlət aktında qeydiyyatı aparılmış 0,83 ha torpaq sahəsinin 1307 saylı 0,53 ha torpaq sahəsi hissəsinin və eyni dövlət aktında qeydiyyatı aparılmış, 11 top findıq bağının yerləşdiyi 0,30 ha torpaq sahəsi hissəsinin vahid daşınmaz əmlaka dair tərəflər arasında bağlanmış 10 mart 2005-ci il tarixli sadə yazılı əqddən əmələ gəlmiş mülkiyyət hüquqularının müdafıəsinin təminatı məqsədi ilə həmin torpaq və bağ sahələrindən cavabdehlər Cavabdeh1, Cavabdeh3nm, Cavabdeh4 və Cavabdeh2 çıxarılmasının müəyyən edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin ailə başçısı, hazırda mərhum Kuzibabaşvili Roland İloyeviç, 2005-ci ilin mart ayının əvvəlində qeydiyyatda olmaqla daimi yaşadığı Qax rayonu Meşəbaş kəndinindəki fərdi yaşayış evinə gəlib, sözügedən kəndin “Molla Həsən“ adlı əkinə yararlı hissəsində, Qax rayon X6 19 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə onlara əvəzsiz ayrılmış 0,83 hektar torpaq sahəsinin 1307 nömrəli 0, 53 hektar çoxillik əkin torpaq sahəsini və eyni torpaq sahəsinin tərkib hissəsi olan, Meşəbaş kəndindəki fərdi evinin həyətyanıya bitişik,11 top fındıq kolunun altındakı 1307 C nömrəli 0,30 hektar bağın təcili olaraq ona nağd pulun lazım olduğu səbəbindən satdığını bildirdi. Cavabında ona bildirdi ki, özünün kifayət qədər torpağı olduğuna görə həmin torpaq sahəsinə və fındıq bağına ehtiyacı yoxdur. Kuzibabaşvili Roland qardaşı Zeynalaşvili Yura ilə yaxın dost olduğunu, onun fındıq bağının onun həyətyanıya bitişik olmasını və digər torpaq sahəsinin kəndin əksər sakininə təklif etdiyini və heç kimin almağa imkanlarının olmadıqlaını acizanə şəkildə bildirərək israrla xahiş etdiyinə hümanist yanaşıb, məcburən satdığını almağa razılıq vermişdir. Torpaq sahəsinin hamısının qiymətinin Roland özü təklif etdi və dediyi qiymətə təxirə alınmaz ehtiyacı olduğuna görə mübahisələndirmədi. Həmin dövrdə tədavüldəki məbləğlə 1.000.000 (bir milyon manat, 2005-ci ildə tədavüldəki pul məbləği) manatı ona alqı-satqı müqaviləsinin rəsmiləşdiriləcəyi notariat kontorunda verəcəyini bildirdi. Cavabında o, alqı-satqı müqaviləsini rəsmiləşdirilməsi üçün pulunun olmadığı səbəbdən də müqaviləni notariatda deyil, alqı-satqı əqdini sadə yazılı formada Meşəbaş Bələdiyyəsinin üzvlərinin və ailəinin digər üzvlərinin iştirakı ilə rəsmiləşdirməyi təklif etdi. Məcbur qalıb təklifi qəbul etdi və Qax rayonu, Meşəbaş Bələdiyyəsinin üzvləri və şahidlərin iştirakı ilə sadə yazılı əqdi 10 mart 2005-ci ildə ailə üzvləri ilə bağlayıb, 1.000.000 manat pulu şəxsən Roland Kuzibabaşviliyə onların iştirakı ilə verdi. {Əqdin sürəti əlavə olunur). Həmin vaxtdan hazıradək torpaq və bağ sahəsini davamlı olaraq öz mülahizəmə uyğun idarə edib becərir. Aralarına bağlanmış həmin sadə yazılı əqdi notarial formaya riayət etməklə müqavilə bağlayıb rəsmiləşdirməyi sonrakı illərdə dəfələrlə cavabdehlərə təklif etməsin baxmayaraq, onlar müxtəlif bəhanələrlə sözügedən əqdi notarial qaydada təsdiqlənməsindən yayınıblar. Sonuncu dəfə 2023-cü ilin may ayının əvvələrində cavabdehlərdən Kuzibabaşvili Roland İloyeviçin vəfat etməsindən sonra, digər cavabdehlərdən biri Küzibabaşvili Levoniyə müraciət edib alqı-satqını notariusda təsdiqləməyi təkli etdikdə o, etiraz edib bildirdi ki, atası öləndən sonra torpağı satmaq fikrini dəyişiblər, onu satmırlar. Bu səbəblərdən cavabdehlərlə aralarında yaranmış mülki hüquq münasibətini tənzimləyən maddi hüquq normasını tətbiq edilməsi üçün 25 may 2023-cü il tarixdə məhkəmədə hazırkı cavabdehlərə qarşı “ümumi mülkiyyətdəki payların alqı-satqısına dair sadə yazılı əqdin etibarlı sayılması, pay hüquqlama xitam verilməsi və pay hüquqlarına mülkiyyət hüququnun tanınması“-na dair iddia qaldırdı. Məhkəmənin icraatında olan sözügedən mülki iş üzrə 3 hazırlıq iclası keçirildi və 14 sentyabr 2023-cü il tarixdəki baxış iclası ərəfəsində hazırkı cavabdehlərlə məhkəmədən kənar sülh sazişi baxlayacağın dair ümumi razılıq olması səbəbindən mülki işin baxılmamış saxlanılması barədə ərizə verdi. (Qax rayon məhkəməsinin iş 2(024)-469/2023 saylı 14.09 2023-cü il tarixli qəradadı əlavə olunur. Zəruri olaraq bildirir ki, hazırkı iddia tələbinin hüquqi əsası, həmin dövrdə, yəni 2000-ci ilin sentyabr ayından sonra yaranmış mülki hüquq münasibətlərini tənzimləyən və 24 iyun 2005-ci ilədək qüvvədə olmuş AR Mülki Məcəlləsinin 335.2-ci maddəsində müəyyən edilib. Maddədə göstərilib: Əgər tərəflərdən biri, notarial qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariat qaydasında təsdiqlənməkdən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Maddənin məzmunu ilə onun iddia tələblərinin arasındakı formal məntiq də belə hüquqi nəticəyə gəlməyə imkan verir ki, tərəflər olmaqla onların aralarındakı hüquq münasibəti sözügedən norma qüvvədə olduğu zaman yaranmışdır və eyni maddədə mülki mübahisənin qanuni və ədalətli həlli ehtiva edilir. Həmin Məcəlləninin 336.1-ci maddəsinin mənasına görə, əgər tərəflərdən biri əqddən əmələ hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Məlumat üçün bildirir ki, iddia üzrə hazırkı tələbini eyni tərəf, eyni əsas üzrə olsa da mübahisə predmeti isə başqa, yəni əmələ gələn hüququn dövlət qeydiyyatının alınmasının müəyyən edilməsini özündə ehtiva edir. Başqa sözlə bu xususat ona dəlalət edir ki, Qax rayon məhkəməsinin icraatında baxılmamış saxlanılmış 2(024)-469/2023 saylı,xx.xx.2023-cü il tarixli qəradadı ilə iddia məhkəmə tərəfindən baxılmamış saxlanılmışdırsa, sözügedən Məcəllənin 381.1-ci maddəsinin tələbi qaydasında iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümümi qaydada davam edir. Eyni Məcəllənin 384.0.4-cü maddəsində isə qeyd olunur ki, mülkiyyətçinin və digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyi tələblər hesab edilir. Məhkəmədən Qax rayonu Meşəbaş kəndinin ərazisinin “Molla Həsən” adlı hissəsində Qax rayon Aqrar İslahat Komissiyasının 19 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə əvəzsiz ayrılmış 0,83 ha torpaq sahəsinin 1307 saylı, 0.53 ha əkinə yararlı hissəsinin, Qax rayonunun Meşəbaş kəndində yerləşən Qax rayon AİK-nın 19 fevral 2003-cü il tarixli 01 saylı qərarı ilə əvəzsiz ayrılmış 0,83 ha torpaq sahəsinin tərkibinə aid, Qax rayonu, Meşəbaş kəndində yaşayan İddiaçı məxsus fərdi evinin həyətyanı sahəsi ilə həmsərhəddə yerləşmiş 1307 C saylı 0,30 ha torpaq sahəsindəki 11 top fındıq bağından ibarət vahid daşınmaz əmlak kimi, ümümi birgə mülkiyyət paylarının mülkiyyətçiləri Kuzibabaşvili Roland İloyeviç, Cavabdeh3, Cavabdeh1, Küzibabaşvili Mzia Rolandovna və Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış umumi birgə mülkiyyətdəki payların alqı-satqısına dair 10 mart 2005-ci il tarixli sadə yazılı əqdin etibarlı sayılması, Kuzibabaşvili Roland İloyeviçin, Cavabdeh3 Baqratonovnanın, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 pay hüquqlarına xitam verilməsi, həmin şəxslərin ümumi birgə mülkiyyətdəki paylarına İddiaçı mülkiyyət hüququnun tanınması, İddiaçı Qax rayonu, Meşəbaş kəndində yerləşən, dövlət aktında qeydiyyatı aparılmış 0,83 ha torpaq sahəsinin 1307 saylı 0,53 ha torpaq sahəsi hissəsinin və eyni dövlət aktında qeydiyyatı aparılmıış, 11 top findıq bağının yeləşdiyi 0,30 ha torpaq sahəsi hissəsinin vahid daşınmaz əmlaka dair tərəflər arasında bağlanmış 10 mart 2005-ci il tarixli sadə yazılı əqddən əmələ gəlmiş mülkiyyət hüquqularının müdafıəsinin təminatı məqsədi ilə həmin torpaq və bağ sahələrindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 çıxarılmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə dair etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə iclasında iddiasını müdafiə etdi və əlavə olaraq onu da göstərdi ki, cavabdehlər ona torpağı vermir və torpağın olmadığını deyirlər. O vaxtı cavabdehlərdən torpaq almışdır. İndi isə deyirlər ki, torpaq onlarındır, torpaqdan çıxsın. Cavabdehlərin atası rəhmətə getmişdir. Ona görə də, cavabdehlər bildirir ki, torpaq onlarındır. Torpaq sahəsini rəsmiləşdirməmişlər. O vaxtı Bələdiyyədə qol çəkmişlər. Çöldə fındıq və 53 faiz torpaq vardır. O vaxtı iddiaçının atası gəlib ondan torpaq sahəsini almasını xahiş etmişdir, çünki kiməsə borcu olmuşdur. Onun qızlarından biri Gürcüstanda olmuş, pasportu olmadığı üçün gələ bilməmiş. ona görə də, alqı-satqını notariusda təsdiq etdirmək mümkün olmamışdır. Cavabdehlər onu dava dalaşnan torpaq sahəsindən çıxartmışlar. İş üzrə cavabdehlər Kuzibabaşvili Levan Rolandoviç, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və Qax rayon Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Kuzibabaşvili Levan Rolandoviç, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İşin halları Belə ki, iş materiallarına əlavə edilmiş sənədlər: JN-1307 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən müəyyən edilir ki, Qax rayonu Meşəbaş kəndi ərazisində yerləşən, 0,83 hektar torpaq sahəsi Qax rayon Aqrar İslahat Komissiyasının 19 fevral 2003-cü il tarixli 01 nömrəli qərarı ilə Kuzibabaşvili Rodand İliaeviç və ailə üzvləri Kuzibabaşvili Qiuli Baqratovna, Cavabdeh4, Kuzibabaşvili Nana Rolandovna, Kuzibabaşvili Nukri Rolandoviç, Kuzibabaşvili Levan Rolandoviç və Cavabdeh2 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Qax rayon Meşəbaş Bələdiyyə sədri V.Şıxamiraşvilinin təsdiq etdiyi 10 mart 2005-ci il tarixli İ tərəf bələdiyyə üzvləri X4, X3 və X7, İİ tərəf Qax rayon Meşəbaş kənd sakinləri Kuzibabaşvili Rolan İloyeviçin, Cavabdeh3, Kuzibabaşvili Nukri Rolandoviçin, Kuzibabaşvili Levan Rolandoviçin, Cavabdeh2, İİİ tərəf İddiaçı imzayalaraq tərtib etdikləri Akt-ın surətindən görünür ki, Qax rayon Meşəbaş kənd sakinləri Kuzibabaşvili Roland İliayeviç və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-1037 torpaq Aktı, fındıq 11 dibi zəbt torpağından ailə üzvləri razılığa Qax rayon Meşəabş kənd sakini İddiaçı 1.000.000 (bir milyon) manata satmışlar. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, Qax rayonu Meşəbaş kəndi ərazisində yerləşən, 0.83 hektar torpaq sahəsi Qax rayon Aqrar İslahat Komissiyasının 19 fevral 2003-cü il tarixli 01 nömrəli qərarı ilə Kuzibabaşvili Rodand İliaeviç və ailə üzvləri Kuzibabaşvili Qiuli Baqratovna, Cavabdeh4, Kuzibabaşvili Nana Rolandovna, Kuzibabaşvili Nukri Rolandoviç, Kuzibabaşvili Levan Rolandoviç və Cavabdeh2 mülkiyyətinə verilmiş və bu barədə JN 1307 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Qax rayon Meşəbaş Bələdiyyə sədri V.Şıxamiraşvilinin təsdiq etdiyi 10 mart 2005-ci il tarixli İ tərəf bələdiyyə üzvləri X4, X3 və X7, İİ tərəf Qax rayon Meşəbaş kənd sakinləri Kuzibabaşvili Roland İloyeviçin, Cavabdeh3, Kuzibabaşvili Nukri Rolandoviçin, Kuzibabaşvili Levan Rolandoviçin, Cavabdeh2, İİİ tərəf İddiaçı imzayalaraq tərtib etdikləri Akt-ın surəti ilə müəyyən edilmişdir ki, Qax rayon Meşəbaş kənd sakinləri Kuzibabaşvili Roland İliayeviç və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-1037 torpaq Aktı, fındıq 11 dibi zəbt torpağından ailə üzvləri razılığa Qax rayon Meşəbaş kənd sakini İddiaçı 1.000.000 (bir milyon) manata satmışlar. İddiaçı Qax rayonu Meşəbaş kəndinin ərazisinin “Molla Həsən“ adlı hissəsində Qax rayon Aqrar İslahat Komissiyasının 19 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə əvəzsiz ayrılmış 0,83 ha torpaq sahəsinin 1307 saylı, 0,53 ha əkinə yararlı hissəsinin, Qax rayonunun Meşəbaş kəndində yerləşən. Qax rayon AİK-nın 19 fevral 2003-cü il tarixli 01 saylı qərarı ilə əvəzsiz ayrılmış 0.83 ha torpaq sahəsinin tərkibinə aid, Qax rayonu, Meşəbaş kəndində yaşayan İddiaçı məxsus fərdi evinin həyətyanı sahəsi ilə həmsərhəddə yerləşmiş 1307 C saylı 0.30 ha torpaq sahəsindəki 11 top fındıq bağından ibarət vahid daşınmaz əmlak kimi, ümümi birgə mülkiyyət paylarının mülkiyyətçiləri Kuzibabaşvili Roland İloyeviç, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış umumi birgə mülkiyyətdəki payların alqı-satqısına dair 10 mart 2005-ci il tarixli sadə yazılı əqdin etibarlı sayılması, Kuzibabaşvili Roland İloyeviçin, Cavabdeh3 Baqratonovnanın, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 pay hüquqlarına xitam verilməsi, həmin şəxslərin ümumi birgə mülkiyyətdəki paylarına İddiaçı mülkiyyət hüququnun tanınması, İddiaçı Qax rayonu, Meşəbaş kəndində yerləşən, dövlət aktında qeydiyyatı aparılmış 0,83 ha torpaq sahəsinin 1307 saylı 0,53 ha torpaq sahəsi hissəsinin və eyni dövlət aktında qeydiyyatı aparılmıış, 11 top findıq bağının yerləşdiyi 0,30 ha torpaq sahəsi hissəsinin vahid daşınmaz əmlaka dair tərəflər arasında bağlanmış 10 mart 2005-ci il tarixli sadə yazılı əqddən əmələ gəlmiş mülkiyyət hüquqularının müdafiəsinin təminatı məqsədi ilə həmin torpaq və bağ sahələrindən cavabdehlər Cavabdeh1, Cavabdeh3nm, Cavabdeh4 və Cavabdeh2 çıxarılmasının müəyyən edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, JN 1307 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən müəyyən edilir ki, Qax rayonu Meşəbaş kəndi ərazisində yerləşən, 0,83 hektar torpaq sahəsi Qax rayon Aqrar İslahat Komissiyasının 19 fevral 2003-cü il tarixli 01 nömrəli qərarı ilə Kuzibabaşvili Rodand İliaeviç və ailə üzvləri Kuzibabaşvili Qiuli Baqratovna, Cavabdeh4, Kuzibabaşvili Nana Rolandovna, Kuzibabaşvili Nukri Rolandoviç, Kuzibabaşvili Levan Rolandoviç və Cavabdeh2 mülkiyyətinə verilməsi qeyd olunmuş, lakin Qax rayon Meşəbaş Bələdiyyə sədri V.Şıxamiraşvilinin təsdiq etdiyi 10 mart 2005-ci il tarixli İ tərəf bələdiyyə üzvləri X2, X3 və X7, İİ tərəf Qax rayon Meşəbaş kənd sakinləri Kuzibabaşvili Roland İloyeviçin, Cavabdeh3, Kuzibabaşvili Nukri Rolandoviçin, Kuzibabaşvili Levan Rolandoviçin, Cavabdeh2, İİİ tərəf İddiaçı imzayalaraq tərtib etdikləri Aktda Qax rayon Meşəbaş kənd sakinləri Kuzibabaşvili Roland İliayeviç və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-1037 torpaq Aktı, 11 fındıq dibi zəbt torpağından ailə üzvləri razılığa Qax rayon Meşəbaş kənd sakini İddiaçı 1.000.000 (bir milyon) manata satması qeyd olunmuşdur. Meşəbaş Bələdiyyəsini sədri tərəfindən təsdiq olunması qeyd olunan 10 mart 2005-ci il tarixli Aktda torpaq sahəsinin ölçüsü, yəni neçə hektar olması və nə qədər hissəsinin satılması qeyd olunmamış, 11 fındıq dibi torpağın satılması qeyd olunmuşdur. Beləliklə iddiaçı Qax rayon Aqrar İslahat Komissiyasının 19 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə əvəzsiz ayrılmış 0.83 ha torpaq sahəsinin 1307 saylı, 0,53 ha əkinə yararlı hissəsinin, Qax rayonunun Meşəbaş kəndində yerləşən, Qax rayon AİK-nın 19 fevral 2003-cü il tarixli 01 saylı qərarı ilə əvəzsiz ayrılmış 0,83 ha torpaq sahəsinin tərkibinə aid, Qax rayonu, Meşəbaş kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı sahəsi ilə həmsərhəddə yerləşmiş 1307 C saylı 0,30 ha torpaq sahəsindəki 11 top fındıq bağından ibarət torpaq sahəsinin cavabdehlər tərəfindən satılmasını qeyd etsə də, müqavilədə 11 sot fındıq dibi torpağın neçə hektar olması, harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, JN1307 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktda qeyd olunan torpaq mülkiyyətçiləri ilə Bələdiyyə tərəfindən təsdiqləndiyi qeyd olunan aktdakı subyektlərin adlarında fərqliliklər müşahidə olunur və onların eyni şəxs olmaları müəyyən edilməmiş, bu barədə məhkəməyə sübut təqdim olunmamışdır. Meşəbaş Bələdiyyəsini sədri tərəfindən təsdiq olunması qeyd olunan 10 mart 2005-ci il tarixli Aktın əsl və yaxud surət olmasının müəyyən edilməsi mümkün olmamış, həmin aktda bələdiyyə sədri tərəfindən təsdiqlənməsi qeyd olunsa da, Bələdiyyə möhürünün olması müəyyən olunmamışdır. Həmçinin həmin Aktdakı Cavabdeh2 JN 1307 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd olunan torpaq sahəsinin mülkiyyətçilərinin sırasında yoxdur. İddia tələbinin istinad etdiyi dəlillərin tamamilə əsassız olması iş materialları ilə sübuta yetdiyindən məhkəmə tələbin digər hissələri, yəni Kuzibabaşvili Roland İloyeviçin, Cavabdeh3 Baqratonovnanın, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 pay hüquqlarına xitam verilməsi, həmin şəxslərin ümumi birgə mülkiyyətdəki paylarına İddiaçı mülkiyyət hüququnun tanınması, İddiaçı Qax rayonu, Meşəbaş kəndində yerləşən, dövlət aktında qeydiyyatı aparılmış 0.83 ha torpaq sahəsinin 1307 saylı 0.53 ha torpaq sahəsi hissəsinin və eyni dövlət aktında qeydiyyatı aparılmıış, 11 top findıq bağının yeləşdiyi 0.30 ha torpaq sahəsi hissəsinin vahid daşınmaz əmlaka dair tərəflər arasında bağlanmış 10 mart 2005-ci il tarixli sadə yazılı əqddən əmələ gəlmiş mülkiyyət hüquqularının müdafısənin təminatı məqsədi ilə həmin torpaq və bağ sahələrindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 çıxarılmasının müəyyən edilməsi hissəsində də iddianın rədd edilməli olduğu qənaətinə gəlir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmə qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İ.K.Rəcəbovun şikayəti üzrə» 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti üzrə» 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, Mülki Məcəllənin 152.4-cü maddəsində qeyd etmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Kuzibabaşvili Levan Rolandoviç, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və Qax rayon Notariat Kontoruna qarşı Qax rayonu Meşəbaş kəndinin ərazisinin «Molla Həsən» adlı hissəsində Qax rayon Aqrar İslahat Komissiyasının 19 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə əvəzsiz ayrılmış 0.83 ha torpaq sahəsinin 1307 saylı, 0.53 ha əkinə yararlı hissəsinin, Qax rayonunun Meşəbaş kəndində yerləşən, Qax rayon AİK-nm 19 fevral 2003-cü il tarixli 01 saylı qərarı ilə əvəzsiz ayrılmış 0.83 ha torpaq sahəsinin tərkibinə aid, Qax rayonu, Meşəbaş kəndində yaşayan İddiaçı məxsus fərdi evinin həyətyanı sahəsi ilə həmsərhəddə yerləşmiş 1307 C saylı 0.30 ha torpaq sahəsindəki 11 top fındıq bağından ibarət vahid daşınmaz əmlak kimi, ümumi birgə mülkiyyət paylarının mülkiyyətçiləri Kuzibabaşvili Roland İloyeviç, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış umumi birgə mülkiyyətdəki payların alqı-satqısına dair 10 mart 2005-ci il tarixli sadə yazılı əqdin etibarlı sayılması, Kuzibabaşvili Roland İloyeviçin, Cavabdeh3 Baqratonovnanın, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 pay hüquqlarına xitam verilməsi, həmin şəxslərin ümumi birgə mülkiyyətdəki paylarına İddiaçı mülkiyyət hüququnun tanınması, İddiaçı Qax rayonu, Meşəbaş kəndində yerləşən, dövlət aktında qeydiyyatı aparılmış 0.83 ha torpaq sahəsinin 1307 saylı 0.53 ha torpaq sahəsi hissəsinin və eyni dövlət aktında qeydiyyatı aparılmıış, 11 top findıq bağının yeləşdiyi 0.30 ha torpaq sahəsi hissəsinin vahid daşınmaz əmlaka dair tərəflər arasında bağlanmış 10 mart 2005-ci il tarixli sadə yazılı əqddən əmələ gəlmiş mülkiyyət hüquqularının müdafiəsinin təminatı məqsədi ilə həmin torpaq və bağ sahələrindən cavabdehlər Cavabdeh1, Cavabdeh3nm, Cavabdeh4 və Cavabdeh2 çıxarılmasının müəyyən edilməsi barədə iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar