Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-662/2025 04.12.2025 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək 01 yanvar 2022-ci il tarixdə doğulmuş Mirzəyeva Təranə və 01 yanvar 2023-cü il tarixdə Mirzəyev Oqtay adlı uşalqların doğum faktlarının müəyyən edilməklə, müvafiq doğum haqqında şəhadətnamələrin verilməsi barədə qətnamə çıxılmasını xahiş etmişdir. Ərizəçilər tələbini onunla əsaslandırmışlar ki, Ərizəçi2 2021-ci ildə faktiki olaraq nikaha daxil olmuşdur. Həmin nikahdan iki uşaq 01 yanvar 2022-ci il tarixdə Təranə və 01 yanvar 2023-cü il tarixdə Oqtay adlı övladları doğulmuşdur. Həmin uşaqlar onların adətlərinə görə ev şəraitində dünyaya gəlmişlər. Şahid1 və Şahid2 bu hala şahiddirlər. Uşaqların biri xəstədir onun tibbi sığortadan istifadə etmək hüququ çətin olduğundan onu doğum haqqında şəhadətnaməsini almaq istəyirlər. Məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi1 məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onun 8 övladı vardır. Qızı Ərizəçi2 bir-neçə il əvvəl ərə getmiş və övladları dünyaya gəlmişdir. Nəvələrinə tibbi sənədin alınması üçün doğum haqqında şəhadətnamənin alınmasına ehtiyac vardır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi2 məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onun 16 yaş vardır və 17 yaşın içərisindədir. 13 yaşında ərə getmişdir. Uşaqların atasının soyadını bilmir, adı Ümiddir. Ərindən ayrılmışdır, o da çıxıb gedib, hara getdiyini də bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ərizəçi2 qonşusudur. Onun uşaqları evdə doğulub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ərizəçi2 onun iş yoldaşıdır. Onun uşaqları evdə doğulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş Maraqlı şəxs 06 avqust 2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi2 2022-ci il tarixdə doğulmuş övladının doğum haqqında akt qeydi Azərbaycan Respublikası «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Arxiv məlumatları 01 yanvar 2022-06 avqust 2025-ci illər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlanılmışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs 06 avqust 2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi2 2023-cü il tarixdə doğulmuş övladının doğum haqqında akt qeydi Azərbaycan Respublikası «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Arxiv məlumatları 01 yanvar 2022-06 avqust 2025-ci illər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlanılmışdır. Məhkəmə ərizəçilərin izahatını və şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi2 övladları Mirzəyeva Təranə 01 yanvar 2022-ci il tarixdə və tarixdə Mirzəyev Oqtay 01 yanvar 2023-cü il tarixdə doğulmuşdur. Oqtayla Təranə ev şəraitində doğulduğundan və doğumla bağlı tibbi sənədi verilmədiyindən adına doğum haqqında şəhadətnamə mövcud deyildir və bu şəhadətnamənin verilməsi üçün əsas olmuş doğum haqqında akt qeydi də arxivdə aşkar edilməmişdir. Mirzəyeva Təranə və Mirzəyev Oqtayın doğum haqqında şəhadətnaməsi olmadığına görə ərizəçi müvafiq sənədləşmə işlərini həyata keçirə bilmir. Ərizəçi övladlarının doğum haqqında şəhadətnamələrini əldə etmək və ya doğum haqqında akt qeydinin bərpası üçün müvafiq orqanlara müraciət etmiş, lakin həmin orqanlarda bu mümkün olmamış və qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Ərizəçinin övladlarının doğum haqqında şəhadətnamələrini başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Nəzərə almaq lazımdır ki, Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını-maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 №li Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, hazırda ərizəçinin övladları Mirzəyeva Təranə və Mirzəyev Oqtayın doğum haqqında şəhadətnamələri mövcud olmasa da, onların 01 yanvar 2022-ci il və 01 yanvar 2023-cü il tarixlərdə Qax rayonu, Güllük kəndində anadan olmaları faktı, özlərinin kimliyi haqda müvafiq məlumatlar ərizəçinin özünün izahatı və şahidlərin ifadəsi ilə təsdiq olunduğundan, habelə ərizəçinin övladlarına doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizəçinin övladları 01 yanvar 2022-ci il tarixdə doğulmuş Mirzəyeva Təranə və 01 yanvar 2023-cü il tarixdə Mirzəyev Oqtay adlı nəvələrinin doğumunun qeyd edilməsi barədə hüquqi əhəmiyyəti faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. Ata qrafasında Mirzəyev Ümid, ana qrafasında Ərizəçi2 qeyd olunmaqla, 01 yanvar 2022ci il tarixdə Qax rayonu, Güllük kəndində doğulmuş Mirzəyeva Təranə və 01 yanvar 2023cü il tarixdə Qax rayonu, Güllük kəndində doğulmuş Mirzəyev Oqtayın doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizəçinin ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-662/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-662/2025
04.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver