Məhkəmə qərarları › İş №2(024)-67/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-67/2023

10.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-67/2023 10.01.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5, Cavabdeh2 iştirakı ilə. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “zəbt olunmuş ərazidən cavabdehlərin məcburi qaydada çıxarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “JN-0037, KOD 40305028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara məxsus olan Qax rayonu Şotavar kəndində yerləşən 2.49 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı1 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə İddiaçı1 və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq oğunun və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 iddia tələbini onunla əsaslandırmışlar ki, onlar Qax rayonu Şotavar kəndində yaşayırlar. Həmin kənddə Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 20 nömrəli qərarına əsasən onlara verilmiş ümumi sahəsi 2.49 ha torpaq sahəsi vardır. Həmin torpağın bir hissəsini Cavabdeh2 Əhmədiyyə oğlu, bir hissəsini isə Cavabdeh1 zəbt etmişdir. Onlar öz torpaqlarının sərhədlərini cavabdehlərə göstərsələr də cavabdehlər buna məhəl qoymayaraq həmin torpaq sahəsini qanunsuz olaraq zəbt edərək istifadə edirlər. Belə olan halda onların mülkiyyət hüquqları pozulmuş olur. Onlar cavabdehlərin həmin torpaq sahəsindən çıxmalarını istəyirlər. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Cavabdehlərdən dəfələrlə torpaq sahəsindən çıxmalarını xahiş etsələr də onlar torpaqdan çıxmırlar. Göstərdiklərini nəzərə alaraq məhkəmədən JN- 0037 KOD 40305028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara məxsus olan Qax rayonu Şotavar kəndində yerləşən 2.49 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək göstərdi ki, iddia tələbində göstərilənləri əsassız hesab edir. O iddiaçılara məxsus torpaq sahəsini zəbt etməmişdir. İddianı qəbul etmir, rədd edilməsini xahiş etdi. İş materiallarında olan JN-0037 KOD 40305028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Şotavar kəndində yerləşən 2.49 ha torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 Qax rayonu Şotavar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 Qax rayonu Şotavar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı3 Qax rayonu Şotavar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 Qax rayonu Şotavar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 Qax rayonu Şotavar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 10/7224 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Şəki LTİ tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən JN-0037, KOD 40305028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 məxsus olan Qax rayonu Şotavar kəndində yerləşən 2.49 ha torpaq sahəsinin cizgilərindən kənarda fərqli cizgilərlə 1.61 ha torpaq sahəsindən naturada istifadə edirlər. JN-0037, KOD- 40305028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının cizgisində göstərilən 2.49 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 istifadə etmirlər və həmin torpaq sahəsinin cizgiləri digər vətəndaşların istifadəsində olan fındıq bağlarının cizgisi ilə üst-üstə düşür. Həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və sənədin cizgilərinə əsasən yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, JN-0037 KOD 40305028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Şotavar kəndində yerləşən 2.49 ha torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçılar “JN-0037, KOD 40305028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara məxsus olan Qax rayonu Şotavar kəndində yerləşən 2.49 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məcburi qaydada çıxarılmasını xahiş etmişlər. Hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün JN-0037 KOD 40305028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılara məxsus olan Qax rayonu Şotavar kəndində yerləşən 2.49 ha torpaq sahəsindən sahəsinin cavabdeh tərəfindən istifadə olunub-olunmamasının müəyyən edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış, ekspert qarşısında suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 10/7224 saylı rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Şəki LTİ tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən JN-0037, KOD 40305028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 məxsus olan Qax rayonu Şotavar kəndində yerləşən 2.49 ha torpaq sahəsinin cizgilərindən kənarda fərqli cizgilərlə 1.61 ha torpaq sahəsindən naturada istifadə edirlər. JN-0037, KOD-40305028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının cizgisində göstərilən 2.49 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 istifadə etmirlər və həmin torpaq sahəsinin cizgiləri digər vətəndaşların istifadəsində olan fındıq bağlarının cizgisi ilə üst-üstə düşür. Beləliklə cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsinin istifadə olunması və torpaq üzərində hasar inşa edilməsi barədə iddiaçı tərəfindən məhkəməyə əsaslı və mötəbər sübut təqdim olunmadığı üçün iddia tələbi sübuta yetirilməmişdir. İddia tələbi sübuta yetirlmədiyi üçün iş üzrə 50 (əlli) maat ekspertiza xərci iddiaçılardan müştərək qaydada tutumalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublıkası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “JN-0037, KOD 40305028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara məxsus olan Qax rayonu Şotavar kəndində yerləşən 2.49 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məcburi qaydada çıxarılması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməli, iş üzrə 50 (əlli) manat ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 birgə qaydada alınaraq müvafiq hesaba ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “JN-0037, KOD 40305028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara məxsus olan Qax rayonu Şotavar kəndində yerləşən 2.49 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məcburi qaydada çıxarılması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 birgə qaydada alınaraq müvafiq hesaba ödənilsin. (Büdcə təsnifatının kod-142595, SAP(XİİS) hesabı, adı-X1, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab- AZ34CTRE********************). Qətnamədən təqdim olunduğu (alındığı) gündən 1(bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar