Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-69/2023 25.05.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı və iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 iştirakı ilə. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Şotavar kəndində yerləşən 3.042 ha torpaq sahəsindən onların mülkiyyətinə verilmiş ¾ hissə paylarının naturada ayrılıb verilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Şotavar kəndində yerləşən 3.042 ha torpaq sahəsindən onların mülkiyyətinə verilmiş ¾ hissə paylarının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, iddiaçılar İddiaçı2, İddiaçı3 və cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 gəlmiş, cavabdehlər isə gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 iştirakı və cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin məhkəmə baxışı zamanı iddiaçı və iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 iddianı müdafiə etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsində göstərmişlər ki, onlar Qax rayon Qorağan kəndində yaşayırlar. Qax rayonunun Şotavar kəndində yerləşən 3.42 ha torpaq sahəsinin 3/4 hissəsi onlara məxsusdur. Çıxarışa əsasən onlara verilmiş torpaq sahəsini naturada əldə edə bilmirlər. Onlar bununla bağlı DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə rəsmi qaydada müraciət etmiş, lakin həmin idarədə əməliyyat aparmaqdan imtina etmişlər. Ona görə də, ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən onların mülkiyyətlərinə verilmiş paylarının ayrılıb naturada verilməsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Şotavar kəndində yerləşən 3.042 ha torpaq sahəsindən onların mülkiyyətinə verilmiş ¾ hissə paylarının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı və iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, iddiaçı və iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Şotavar kəndində yerləşən 3.042 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 aprel 2023-cü il tarixli, 10/1938 saylı rəyindən görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi ********** xx.xx.2022-ci il, qeydiyyat tarixli xx.xx.2021-ci il olan Çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 3.042 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onların mülkiyyətinə verilmiş 4/3 hissə paylarının naturada ayrılıb iddiaçılara verilməsi mümkündür. (bölgü variantı mütəxəssis rəyinə əlavə edilmiş sxemdə qeyd olunmuşdur) İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. İşə əlavə edilmiş AA ******* saylı biometrik şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı1 Qax rayonunun Şotavar kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş AA ******* saylı biometrik şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı3 Qax rayonunun Şotavar kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 Qax rayonunun Şotavar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün banka 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışa əsasən Qax rayonu Şotavar kəndində yerləşən 3.042 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçılar hazırda həmin torpaq sahəsinin onun paylı mülkiyyətində olan hissələrinin naturada bölünməsini xahiş edirlər. Məhkəmə, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 07 aprel 2023-cü il tarixli, 10/1938 saylı rəy verilmiş, həmin rəylə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi ********** xx.xx.2022-ci il, qeydiyyat tarixli xx.xx.2021-ci il olan Çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 3.042 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onların mülkiyyətinə verilmiş 4/3 hissə paylarının naturada ayrılıb iddiaçılara verilməsi mümkün olması qeyd edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Eyni zamanda da 50(əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq müvafiq hesaba köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndində göstərilmişdir ki, dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur." Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Şərh edilənlərə obyektiv qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********32, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 3.042 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onların hər birinin mülkiyyətinə verilmiş ¼ hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli, 10/1938 saylı rəyində göstərilən qaydada mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu sxeminə əsasən naturada ayrılaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməli, iş üzrə 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq müvafiq hesaba ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 3.042 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onların hər birinin mülkiyyətinə verilmiş ¼ hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli, 10/1938 saylı rəyində göstərilən qaydada mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu sxeminə əsasən naturada ayrılaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Cavabdeh qaydada alınaraq aşağıdakı hesaba köçürülsün. (Büdcə təsnifatının kod-142595, SAP(XİİS) hesabı, adı-X1, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab-AZ34GCTRE********************) Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-69/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-69/2023
25.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver