Məhkəmə qərarları › İş №2(024)-7/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-7/2025

28.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-7/2025 28.01.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X19, Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh iştirakı ilə. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı «X11ndan və anası X5 miras qalan Qax rayonu İlisu kəndində yerləşən 3.23 ha torpaq sahəsindən və 108.1 kv.m fərdi yaşayış evindən, 0.02 ha həyətyanı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi» tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı «X11 və anası X5 miras qalmış əmlakın vəsiyyətnaməyə əsasən bölünərək ona düşən payın mülkiyyətinə verilməsinə» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq , m ü ə y y ə n e t d i: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı ilk iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək buraxılmış prosessual müddətin bərpası, X11ndan və anası X5 miras qalan Qax rayonu, İlisu kəndində yerləşən 108.1 kv.m fərdi yaşayış evindən və 0.02 ha həyətyanı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi və X11 və anası X5 miras qalmış əmlakın tam şəkildə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbini dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı «buraxılmış prosessual müddətin bərpası, X11ndan və anası X5 miras qalan Qax rayonu, İlisu kəndində yerləşən 3.23 ha torpaq sahəsindən və 108.1 kv.m fərdi yaşayış evindən, 0.02 ha həyətyanı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X11 və anası X5 miras qalmış əmlakın vəsiyyətnaməyə əsasən bölünərək ona düşən payın mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qax rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli qərardadına əsasən ilk iddia tələbinin buraxılmış prosessual müddətin bərpasına dair hissəsinə məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, X11 23 iyul 2013-cü, anası X20 01 sentyabr 2004-cü ildə ölmüşdür. X11 və anası X5 Qax rayonu, İlisu kəndində yerləşən 108.1 kv.m fərdi yaşayış evi, 0.02 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Valideyinləri öldükdən sonra mirası qardaşı və o idarə etmişlər. Mərhum valideyinlərindən miras qalmış əmlakdan ona düşən payı tələb edir. Mirasın qəbulu üçün qanunla nəzərdə tutulan prosessual müddəti ötürdüyü üçün mirası natariat qaydasında əldə edə bilməmişdir. Həmçinin vərəsələr arasında mübahisə olmuşdur. Notarat ofisində ona hazırkı mübahisə ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə ilk iddia tələbinin X11ndan və anası X5 miras qalan Qax rayonu, İlisu kəndində yerləşən 3.23 ha torpaq sahəsindən və 108.1 kv.m fərdi yaşayış evindən, 0.02 ha həyətyanı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi ilə bağlı hissəsinə mahiyyəti üzrə baxır. İlk iddianın dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, məhkəməyə buraxılmış prosessual müddətin bərpası, X11ndan və anası X5 miras qalan Qax rayonu, İlisu kəndində yerləşən 108.1 kv.m fərdi yaşayış evindən və 0.02 ha həyətyanı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda iddia tələbini dəqiqləşdirərək buraxılmış prosessual müddətin bərpası, X11ndan və anası X5 miras qalan Qax rayonu, İlisu kəndində yerləşən 3.23 ha torpaq sahəsindən və 108.1 kv.m fərdi yaşayış evindən, 0.02 ha həyətyanı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq İddiaçı əvvəlki məhkəmə iclasına gəlməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, maraqlı tərəfin nümayəndəsi gəlməmiş, iddiaçı məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, iddianı müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmiş, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X17 məhkəməyə ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək, işə onun iştirak olmadan baxılmasını xahiş etmiş, X28 məhkəməyə teleqram göndərərək səhhəti və yolunun uzaqlığı ilə əlaqədar məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini göstərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, maraqlı tərəfin nümayəndəsi isə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin və maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İlk iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 08 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq da göstərdi ki, vəsiyyətnamələrdən biri bacısına, digəri isə həyat yoldaşına yazılmışdır. Yaşayış evinin və həyətyanı torpaq sahəsinin vəsiyyətnamə üzrə bölünməsinə etiraz etmir. Yəqin ki, cavabdeh də buna etiraz etməz. Problem burada evin olmasıdır. Düşünür ki, bu məsələ aralarında həll edilməli idi. Məhkəməyə qədər gəlməyə ehtiyac yox idi. Məhkəmədən ilk iddianın təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq da göstərdi ki, yaşayış evinin və həyət yanı torpaq sahəsinin vəsiyyətnamədə qeyd olunduğu kimi bölünməsinə etiraz etmir. Onlarda həyətyanı torpaq sahəsi çökəklikdə olduğu üçün pillələr vardır və 4 pillədən ibarətdir, problem isə bir evin olmasıdır. İddiaçı evin 3 tərəfində qanunsuz tikililər və 3 metr hündürlüyündə divar tikmişdir. Onun tikdiyi tikililər sökülsün, ya kvadrata salınsın, ya da əvvəlki vəziyyətinə qaytarılsın. Çünki bina pis vəziyyətə düşmüşdür. Onlar sökülüb əvvəlki vəziyyətə gətirilsin, sonradan tikdiyi tikililər söküldükdən sonra payın bölünməsinə etiraz etmir. Ona görə də o öz həyətinə keçmək üçün qonşunun həyətinə gəlib nərdivan qoymuşdur. O miras əmlakla bağlı məhkəməyə vəsiyyətnamə təqdim etmişdir. Digər 6 nəfər vərəsə miras əmlakın onun adına keçirilməsinə etiraz etmirlər. Bacılarının biri miras əmlakdan onun, digəri isə iddiaçının xeyrinə imtina etmişlər. O məhkəmə prosesində məhkəmə bu barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Bircə qardaşı vəsiyyətnamə ilə razı deyildir. O isə miras əmlakın atasının verdiyi vəziyyətnamə əsasında bölünməsi ilə razılaşır. Məhkəmədən qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, X6 və X18 imzalarının həqiqiliyi notariat qaydada təsdiqlənmiş ərizələrindən görünür ki, 01 sentyabr 2004-cü il tarixdə vəfat etmiş X2 və 23 iyul 2013-cü il tarixdə vəfat etmiş ataları X16 miras qalmış əmlakı nə notariat ofisinə müraciət edərək, nə də faktiki sahiblənərək qəbul etməmişlər. X2 və ataları X16 miras fərdi yaşayış evi və torpaq sahəsinə dair digər vərəslərin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmirlər. Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 712 №li, 02 avqust 2022-ci il tarixli məktubdan görünür ki, mərhum X16 miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın qəbulu müddətinin ötürülməsi göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********71- 10301 reyestr №li, ********* qeydiyyat №li, 07 avqust 2016-cı il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax rayonu, İlisu kəndində yerləşən 108.1 kv.m fərdi yaşayış evi X21 tam, həmin evin yerləşdiyi 0.02 ha həyətyanı torpaq sahəsi isə X34, X22, X12, X29, X23, X20 və X18 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə sorğusu əsasında məhkəməyə təqdim edilmiş Şəki İnzibati Məhkəməsinin 2-1(116)1276/2023 №li, 11 dekabr 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qərarından görünür ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 12 saylı Şəki Ərazi idarəsinin üzərinə Qax rayonu, İlisu kəndində yerləşən mərhum X34 və ailə üzvlərində verilmiş **********71-10301 reyestr №li, ********** qeydiyyat №li 07 avqust 2016-cı il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa düzəliş edilərək 0.02 ha torpaq sahəsinə münasibətdə ümumi birgə mülkiyyətçilərin siyahısına iddiaçı X1 adının əlavə edilməklə yeni çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Şəki İnzibati Məhkəməsinin hakimi Vüqar Musayevin 2-1(116)- 1276/2023 №li, 11 dekabr 2023-cü il tarixli məktubunun surətindən görünür ki, Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli № 2- 1(116)1276/2023 №li qərarı qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Hüquqi şəxsinin verdiyi **********71-10301 №li, ********** №li və 18 sentyabr 2024-cü il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax rayonu, İlisu kəndində yerləşən 108.1 kv.m fərdi yaşayış evi X24 tam, həmin evin yerləşdiyi 0.02 ha həyətyanı torpaq sahəsi isə X3, X34, X22, X12, X29, X23, X20 və X18 ümumi birgə mülkiyyətinə verilmişdir. JN-258, KOD 40308018 №li Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, 3.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X34, X20, X22, X29, X30, X12, X23 və X4 ümumi birgə mülkiyyətindədir. AZ-İ 536013 №li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X31 ilə X18 nikahları 16 iyun 1993-cü ildə rəsmi qeyd olunmuş və nikahdan sonra ərlə arvada Rzayeva soyadını daşımaq hüququ verilmişdir. İV-JQ 342703 №li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Əfəndiyeva (Xəlilova)Yeganə Salam qızının nikahları 28 iyun 1987-ci ildə rəsmi qeyd olunmuş və nikahdan sonra ərlə arvada Əfəndiyev soyadını daşımaq hüququ verilmişdir. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 18 iyul 2022-ci il tarixli 05/76- 239/69 №li arayışdan görünür ki, X34 ilə Xəlilova (Appayeva) Nazanı Abakar qızının nikahları 06 avqust 1956-cı ildə 14 №li akt qeyd tərtib olunmuş, nikah bağlandıqdan sonra ərə və əravada Xəlilov soyadını daşımaq hüququ verilmişdir. X27 01 sentyabr 2004-cü ildə və Xəlil Salamovun 29 iyul .2013-cü ildə ölməsi ilə xitam verilmişdir. AZ-T 046470 №li doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı X11, anası isə X13r. İşə əlavə edilmiş 18 sentyabr 2011-ci il tarixdə əlyazma ilə yazaraq imzalanmılş və imzanın qarşısında S.Xəlilovun adı qeyd olunmuş, lakin notarat qaydada təsdiq olunmamış vəsiyyətnamədən görünür ki, həmin vəsiyyətnamədə X8 Xəlilova 1962-ci ildə tikilmiş 4 otaqlı evin 2 böyük otağının (alt, üst), İ mərtəbədəki mətbəx və mal qara tövləsinin, həyətyanı torpaq sahəsinin İ və İİİ pilləsi. meyvə bağının sağ yarısı (əl yoluna tərəf hissəsi), Qaradolaq kəndi ərazisindəki pay torpağından 160 sot (ar), oğlu İddiaçı 1962-ci ildə tikilmiş 4 otaqlı evin 2 balaca otaqları (alt, üst) və İİ mərtəbədəki mətbəx, həmçinin təndirxana və altıaçıq, həyətyanı sahə və evin arxası və həyətin İİ pilləsi, Qax rayonu Qaradolaq kəndində yerləşən pay torpağından 160 sot (ar), qızları X25 və Xəlilova təranə Salam qızına 1920-ci ildə inşa edilmiş ata yurdundakı 2(iki) otaqlı (alt, üst) mənzil və 0.4 sot həyəti ilə birlikdə vəsiyyət etdiyi göstərilmişdir. Qeyd hissəsində isə göstərilmişdir ki, əgər gələcəkdə həmin mənzil satılmasa dəyəri qızları arasında bərabər bölünməlidir. Ölüm haqqında AZ-İİ №284266 №li şəhadətnamədən görünür ki, X20 01 sentyabr 2004-cü ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 03 sentyabr 2004-cü il tarixdə 03 №ə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İİ №284267 №li şəhadətnamədən görünür ki, X34 23 iyul 2013-cü ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 29 iyul 2013-ci il tarixdə 13 №-ə qeydiyyat aparılmışdır. Qax RİHB-in İlisu kənd İƏDÜN-in verdiyi 233 №li, 29 iyul 2022-ci il tarixli arayışdan görünür ki, X20 01 sentyabr 2024-cü ildə ölmüş, onun oğulları İddiaçı, Cavabdeh, qızları X17 və X14 ibarət vərəsələri qalmışdır. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 05/091S/118271 №li, 23 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, X34 xx.xx.2013-cü ildə ölmüş, onun X20 (xx.xx.2004-cü ildə ölmüş), onun oğulları İddiaçı, Cavabdeh, qızları X17 və X14 ibarət vərəsələri qalmışdır. Qax Rayon Məhkəməsinin 2(024)41/2023 №li, 09 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «buraxılmış prosessual müddətin bərpası, X11ndan və anası X5 miras qalan Qax rayonu İlisu kəndində yerləşən 108.1 kv/m fərdi yaşayış evindən 0.02 ha həyətyanı torpaq sahəsindən özünə düşən payının mülkiyyətinə verilməsi» tələbinə dair ilk iddia ərizəsi üzrə, Cavabdeh İddiaçı qarşı «X11ndan və anası X7 miras qalmış əmlakın tam şəkildə onun mülkiyyətinə verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş üzrə icraat Şəki İnzibati Məhkəməsi tərəfindən X1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «Qax rayonu İlisu kəndində yerləşən mərhum babası X34 və ailə üzvlərinə verilmiş ********** №li daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda qeyd olunan hüquq sahibləri arasında olan uyğunsuzluğun düzəldilərək, onun adı ora əlavə edilməklə yeni Çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsinə hüquqi qiymət verilərək yekun məhkəmə qərarı çıxarılıb qanuni qüvvəyə minənədək icraatın dayandırılması qərara alınmışdır. Qax Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(024)15/2024 №li sorğusuna cavab olaraq Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2-1(116)1276/2023 №li cavab məktubunda bildirilmişdir ki, iddiaçı X1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «Qax rayonu İlisu kəndində yerləşən mərhum babası X34 və ailə üzvlərinə verilmiş ********** №li, 07 avqust 2018-ci il tarixli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa düzəliş edilərək 0.02 ha torpaq sahəsinə münasibətdə ümumibirgə mülkiyyətçilərin siyahısına X1 adı əlavə edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin qoyulması» tələbinə dair inzibati iş üzrə məhkəmənin 11 dekabr 2023-cü il tarixli, 2-1(116)-1276/2023 №li qərarı ilə iddia təmin edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Qax rayonu, İlisu kəndində yerləşən mərhum X34 və ailə üzvlərinə verilmiş ********** qeydiyyat №li, 07 avqust 2018-ci il tarixli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa düzəliş edilərək 0.02 ha torpaq sahəsinə münasibətdə ümumibirgə mülkiyyətçilərin siyahısına iddiaçı X1 adı əlavə edilməklə yeni çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Həmin qərar qanuni qüvvəyə minmişdir və icra edilmişdir. İş üzrə icraatın dayandırılması üçün əsas olan hal aradan qalxdığından mülki işin icraatı təzələnmişdir. Mülki işə dair Qax Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qərardadına əsasən X30 və X17 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşlar. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçıları olan qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh sonuncu və ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əvvəlki məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, ilk və qarşılıqlı iddia ərizələrinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan həqiqi halları və iş materialları ilə müəyyən edilir ki, X20 01 sentyabr 2004-cü ildə, X34 23 iyul 2013-cü ildə ölmüş, onların oğulları İddiaçı, Cavabdeh, qızları X17 və X14 ibarət vərəsələri qalmışdır. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Hüquqi şəxsinin verdiyi **********71-10301 reyestr №li, ********** №li və 07 avqust 2018-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X16 Qax rayonu, İlisu kəndində yerləşən 108.1 kv.m fərdi yaşayış evi, X16 və X10 hər birindən 0.02 ha həyət yanı torpaq sahəsinin 1/8 hissəsi, JN-258, KOD 40308018 №li Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 3.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/8 hissəsi miras qalmışdır. X17 və X30 01 sentyabr 2004-cü il tarixdə vəfat etmiş X2 və 23 iyul 2013-cü il tarixdə vəfat etmiş ataları X16 miras qalmış əmlakı nə notariat ofisinə müraciət edərək, nə də faktiki sahiblənərək qəbul etməmiş və mərhum valideyinlərindən miras qalan fərdi yaşayış evi və torpaq sahəsinə dair digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişlər. Məhkəmə ilk növbədə iş üzrə tərəflərin məhkəmə iclaslarında bəhs etdikləri və məhkəməyə təqdim edilmiş vəsiyyətnamə formasına münasibət bildirərək qeyd edir ki, Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Lakin məhkəməyə təqdim edilmiş vəsiyyətnamədən görünür ki, o sadəcə əlyazmadan ibarətdir və notariat qaydada təsdiq olunmamışdır. Mülki Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyətnamə bir qayda olaraq vəsiyyət edən şəxs tərəfindən imzalanmalıdır. Burada bir istisna hal müəyyən edilmişdir ki, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun yanında yazılmasına yol verilir. Belə halda vəsiyyətnadə vəsiyyət edən şəxsin iradə ifadəsinin düzgün əks etdirilməsinin təmin edilməsi üçün iki nəfər hal şahidinin iştirakı ilə təsdiq edilməlidir. Mülki Məcəllənin 1181.1-ci maddəsinə əsasən vəsiyyətnamə təsdiqlənərkən aşağıdakılar notariusa bərabər tutulurlar: xəstəxananın, hospitalın, digər müalicə müəssisəsinin, sanatoriyanın baş həkimi, rəisi, onların tibbi hissə üzrə müavinləri və növbətçi həkimi və ya ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin baş həkimi, xüsusi təhsil müəssisəsinin rəhbəri - əgər vəsiyyət edən bu müəssisədə müalicə edilirsə və ya yaşayırsa; (axtarış, coğrafi və digər bu cür ekspedisiyaların rəisi - əgər vəsiyyət edən belə ekspedisiyadadırsa; (MM-nin 1181.2-ci maddəsi) dəniz və ya hava gəmisinin kapitanı - əgər vəsiyyət edən dəniz və ya hava gəmisindədirsə; (MM-nin 1181.3-cü maddəsi) hərbi hissənin, birləşmənin, müəssisənin və məktəbin komandiri (rəisi) - əgər hərbi hissənin yerləşdiyi məntəqədə notarius yoxdursa və əgər vəsiyyət edən hərbi hissədə hərbi qulluqçudursa və ya həmin hissədə qulluq edən mülki şəxs, yaxud onun ailə üzvüdürsə; (MM-nin 1181.4-cü maddəsi) azadlıqdan məhrumetmə yerinin rəisi - əgər vəsiyyət edən azadlıqdan məhrumetmə yerindədirsə. (1181.5-ci maddəsi). Göründüyü kimi qanunverici vəsiyyətnamənin tərtib edilmə formasını və onu təsdiq edə biləcək notariusa bərabər tutulan şəxslərin dairəsini müəyyən etmişdir. Bu səbəbdən də məhkəmə göstərir ki, ilk və qarşılıqlı iddia tələbləri üzrə tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyanlar X20 01 sentyabr 2004-cü ildə X34 isə 23 iyül 2013-cü ildə vəfat etdiklərinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən İ.Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Lakin məhkəmə tərəfindən tərəflərin miras əmlakın faktiki qəbul edilibedilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikasınını Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyriəmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçı tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2020-ci il 16 oktyabr tarixli, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2021-ci il 26 iyul tarixli Qərarları). Mülki Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından, ilki iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı və ilk iddia üzrə Cavabdeh izahatlarından, digər vərəsələrin birinin Mayis Xəliov, digərinin Cavabdeh miras əmlakdan iddiaçının xeyrinə imtina etməsi barədə ərizələrindən də görünür ki, həmin vərəsələr iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməsini mübahisələndirməmişlər. Eyni zamanda iş materiallarından bəlli olur ki, iddiaçı və cavabdeh torpaq sahələrindən və fərdi yaşayış evindən istifadə etməklə miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünə məxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyriəmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Məhkəmə diqqətə çatdırır ki, ilk növbədə müəyyən edilməli olan hal mirasın nədən ibarət olmasından ibarətdir. Bu yöndə araşdırılma aparılan zaman müəyyən edilir ki, mirasın kütləsinə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Hüquqi şəxsinin verdiyi **********71-10301 reyestr №li, ********** qeydiyyat №li və 07 avqust 2018-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X16 Qax rayonu, İlisu kəndində yerləşən 108.1 kv.m fərdi yaşayış evi, X16 və X10 hər birindən 0.02 ha həyətyanı torpaq sahəsinin 1/8 hissəsi, JN-258, KOD 40308018 №li Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 3.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/8 hissəsi daxildir. Mirasın kütləsi müəyyən edildiyindən məhkəmə qeyd edir ki, vərəsələrin əhatə dairəsi aşkar olunmalıdır. Hazırda mərhumların vərəsələri onların oğulları İddiaçı, Cavabdeh, qızları X17 və X14 ibarətdir. Mərhumlardan qalmış miras qanun üzrə keçir. Mirasın iddiaçı tərəfindən faktiki qəbul edilməsi işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Hüquqi şəxsinin verdiyi **********71-10301 reyestr №li hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X21 tam mülkiyyətində olan və Qax rayonu, İlisu kəndində yerləşən 108.1 kv.m fərdi yaşayış evi üzərində İddiaçı və Cavabdeh hər birinin ayrıayrılıqda ½ hissədə, həmin evin yerləşdiyi 0.02 ha həyətyanı torpaq sahəsinin 2/8 hissəsinin üzərində İddiaçı və Cavabdeh hər birinin ayrı-ayrılıqda ½ hissədə payları müəyyən edilməlidir. JN-258, KOD 40308018 №li Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu, İlisu kəndində yerləşən ümumi birgə mülkiyyətində olan 3.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/8 hissəsinin üzərində İddiaçı və Cavabdeh hər birinin ayrıayrılıqda ½ hissədə payı müəyyən edilməlidir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia üçün ödənilmiş 100 manat Cavabdeh aid edilməilidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı X16 və X5 miras qalan Qax rayonu, İlisu kəndində yerləşən 3.23 ha torpaq sahəsindən və 108.1 kv.m fərdi yaşayış evindən, 0.02 ha həyətyanı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi» tələbinə dair ilk iddiası qismən təmin olunsun. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı X34 və X5 miras qalmış əmlakın vəsiyyətnaməyə əsasən bölünərək ona düşən payın mülkiyyətinə verilməsinə» tələbinə dair qarşılıqlı iddia qismən təmin olunsun. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Hüquqi şəxsinin verdiyi **********71-10301 reyestr №li hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X21 tam mülkiyyətində olan və Qax rayonu, İlisu kəndində yerləşən 108.1 kv.m fərdi yaşayış evi üzərində İddiaçı və Cavabdeh hər birinin ayrıayrılıqda ½ hissədə, həmin evin yerləşdiyi 0.02 ha həyətyanı torpaq sahəsinin 2/8 hissəsinin üzərində İddiaçı və Cavabdeh hər birinin ayrı-ayrılıqda ½ hissədə payları müəyyən edilsin. JN-258, KOD 40308018 №li Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu, İlisu kəndində yerləşən ümumi birgə mülkiyyətində olan 3.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/8 hissəsinin üzərində İddiaçı və Cavabdeh hər birinin ayrı-ayrılıqda ½ hissədə payı müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia üçün ödənilmiş 100 manat Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar