Məhkəmə qərarları › İş №2(024)-70/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-70/2025

11.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-70/2025 11.02.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, Ərizəçi itirilmiş məhkəmə icraatının bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı «itirilmiş məhkəmə icraatının bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Qax Rayon Məhkəməsinin 2-403/2012 №li qətnaməsinin ləğv olunması üçün həmin 2-403/2012 №li işin iş materialları itirilməsi səbəbindən həmin 2-403/2012 №li işin icraatının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı olaraq X3 Qax rayon Məhkəməsinə müraciət edərək Ərizəçi ölüm ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsi həmin işi icraatına qəbul edərək 2-403/2013 №li, 25 oktyabr 2012-cü tarixli xx xxxx 1959-cu il təvəllüdlü Ərizəçi ölmüş elən edilməsinə dair qətnamə qət etmişdir. Hal-hazırda o sağdır və bu səbəbdən də həmin məhkəmə işinin icraatı bərpa edilməli və 2-403/2012 saylı 25 oktyabr 2012-cü tarixli xx xxxx 1959-cu il təvəllüdlü Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair qətnamə ləğv edilməlidir. Ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək səhhəti ilə əlaqədar məhkəmə hazırlıq və baxışı iclaslarının onun iştirakı olmadan keçirib qərar qəbul edilməsini xahiş etmiş, ərizəçinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ağdam rayonu, Əhmədavar kəndində anadan olmuş və Ağdam rayonunda qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi məktəbli 6 yataqxanasında müvəqqəti qaçqın kimi məskunlaşaraq yaşayır. Məhkəməyə ərizə ilə müraciət etməsinin səbəbi Qax rayon Məhkəməsində Ərizəçi-yəni onun ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasıdır. O, xəstəliyi ilə əlaqədar pensiya alır. Bu ilin avqust ayında pensiyası kəsilən zaman bilmişdir ki, ölmüş elan edilmişdir. O, sağdır, həmin qətnamədən xəbərsiz olmuşdur. İddia qaldıran keçmiş həyat yoldaşı olmuşdur. Həmin iddia tələbində olan sənədlər saxtalaşdırılmış və məhkəmədə həmin saxta sübutlar əsasında qanunsuz qətnamə qəbul olunmuşdur. O, X3 ilə rəsmi nikaha daxil olmadan yaşamışlar. Sonradan rəsmi nikaha girmiş və Emma onun soyadını götürmüşdür. 4-5 ay yaşadıqdan sonra xasiyyətləri uyğun gəlməmiş boşanmaq qərarına gəlmişdir. Nikahın pozulması dair iddia ərizəsi ilə Ağdam rayonuna müraciət etmiş və 08 iyul 2013-cü il tarixdə aralarında olan nikah pozulmuşdur. Birgə nikahdan övladıolmamışdır. X5 rayon qeydiyyatında olsa da o heç vaxt Qax rayon qeydiyyatına düşməmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin və ya onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax Rayon Məhkəməsinin 25 oktyabr 2012-ci il tarixli, 2(024)403 №li qətnaməsinin surətindən görünür ki, 17 mart 1950-ci il tarixdə doğulmuş Ərizəçi ölmüş elan edilmişdir. Ağdam Rayon Məhkəməsinin 08 iyun 2013-cü il tarixli, 2(13)793/2013 №li qiyabi qətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə X2 arasında 15 yanvar 1983-cü il tarixdə Ağdam rayon Çəmənli ƏN-də 06 № ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş U**********GMB nömrəli Tibbi Arayışdan görünür ki, Ərizəçi obyektiv göstəricilər və müayinə zamanı sağlamlıq vəziyyəti sağlam qeyd olunmuşdur. 09 oktyabr 2024-cü il tarixli Arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Bakıxanov Qəsəbəsi, Məktəbli 6 yataqxana ünvanında müvəqqəti məskunlaşmışdır. Məhkəmə sorğusu əsasında Qax RPŞ-i tərəfindən məhkəməyə ünvanlanmış 17 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, xx xxxx 1959-cu il tarixdə Ağdam rayonu Əhmədalılar kəndində anadan olmuş Ərizəçi itkin düşməsi, axtarılması və ölməsi ilə bağlı, həmçinin barəsində cinayət təqibinin aparılması ilə bağlı Qax RPŞ-ə hər hansı bir müraciət daxil olmamış və barəsində hər hansı bir təqsirlnədirici material mövcud deyildir. Azəbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin «İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsinə»dair 1 saylı əlavəsinin 2-ci bəndinə əsasən itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Həmin Əlavənin 2-ci bəndinə əsasən İtirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Həmin Əlavənin 3-cü bəndinə əsasən məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir. İtirilmiş icra icraatının bərpasına dair ərizə icranın olduğu yerə görə məhkəməyə verilir. Həmin Əlavənin 4-cü bəndinə əsasən ərizədə ərizəçinin məhz hansı icraatın bərpa olunmasını istəməsi, məhkəmə tərəfindən mahiyyət üzrə qətnamə, yaxud iş üzrə icraatın xitam verilməsi barədə qərardad qəbul edilib-edilməməsi, ərizəçinin həmin icraatda hansı prosessual vəziyyətdə olması, ərizəçinin ünvanı və ya yaşadığı yer, icraatın itirilməsi barədə hansı halların məlum olması, icraat sənədlərinin surətlərinin harada olması və onlar barəsində məlumatlar, hansı sənədlərin bərpasını ərizəçinin zəruri hesab etməsi, bu sənədlərin hansı məqsədlə bərpa edilməsi göstərilməlidir. Ərizəyə, müəyyən edilmiş qaydada təsdiq edilməmiş olsa da, saxlanılmış və işlə əlaqədar olan sənədlər və ya onların surətləri əlavə edilir. Həmin Əlavənin 5-ci bəndinə əsasən itirilmiş icraatın bərpa edilməsi barədə ərizəçidən dövlət rüsumu alınmır. Həmin Əlavənin 10-cu bəndinə əsasən itirilmiş məhkəmə icraatının bərpa edilməsi haqqında qətnamədə və ya iş üzrə icraata xitam verilməsinə dair qərardadda məhkəməyə təqdim olunmuş hansı konkret məlumatlara, itirilmiş icraat üzrə proses iştirakçılarının iştirakı ilə məhkəmə iclasında tədqiq olunmuş məlumatlara əsasən bərpa olunmuş aktın məzmununun müəyyən olunmuş hesab edilməsi göstərilməlidir. İtirilmiş icraatın bərpası haqqında iş üzrə qətnamənin əsaslandırıcı hissəsində həmçinin məhkəmədə tədqiq olunmuş hansı halların və itirilmiş icraatla əlaqədar edilmiş hansı prosessual hərəkətlərin sübuta yetirilməsi barədə məhkəmənin gəldiyi nəticələr göstərilməlidir. Həmin Əlavənin 15-ci bəndinə əsasən 5-ci bəndinə əsasən itirilmiş icraatın bərpası haqqında ərizə üzrə məhkəmə aktından qanunla müəyyən edilmiş qaydada şikayət verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Ərizəçi qeyd olunan mülki iş üzrə itirilmiş məhkəmə icraatının bərpa edilməsi tələbinə dair ərizəsi ilə müraciət etmişdir. Müraciətin səbəbi qeyd olunan məhkəmə qətnaməsi ilə ölmüş elan olunmasına baxmayaraq sağ olduğunu, bununla da hüquqlarının pozulmasını qeyd edir. İşin hallarından aydın olur ki, qeyd olunan mülki iş məhv edilmişdir və ərizəçinin ərizəsinə qiymət verilməsi üçün müvafiq icraatın bərpa olunmasına zərurət vardır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Qax Rayon Məhkəməsinin icraatında Ərizəçi X1nın Maraqlı şəxsnə qarşı Ərizəçi ölmüş elan edilməsinə dair 2(024)403/2012 №li mülki iş olmuşdur. Qeyd olunan mülki iş üzrə icraat itirilmiş, həmin mülki işdən yalnız Qax Rayon Məhkəməsinin 25 oktyabr 2012-ci il tarixli qətnaməsinin surəti mövcuddur. Hazırda aparılmış məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçi X1 məhkəməyə müraciət edərək, Ərizəçi oğlunun ölmüş elan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və Qax rayon Məhkəməsi tərəfindən 25 oktyabr 2012-ci il tarixdə Kiçibəyov Atabəy Qələb oğlunun sədrliyi və Mustafayeva Suraya Mustafa qızının katibliyi ilə 25 oktyabr 2012-ci il tarixdə baxış iclası keçirilmişdir. Qeyd olunan məhkəmə baxış iclasında sözügedən mülki iş üzrə Qax Rayon Məhkəməsinin 25 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə 17 mart 1950-ci tarixdə doğulmuş Ərizəçi ölmüş elan edilməsi və onların qeydiyyata alınması qət edilmişdir. İş materialları, Ərizəçi ərizəsi, işin faktiki halları və işdə olan əsaslı sübutlarla müəyyən olundu ki, ərizəçi Qax Rayon Məhkəməsinin 25 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə ölmüş elan olunmasına baxmayaraq, hazırda sağdır. Həmin qətnamənin mövcudluğu, sənəd üzrə ölmüş hesab edilən Ərizəçi hüquqlarının həyata keçirilməsinə mane və qanunla qorunan hüquqlarını pozulmasına səbəb olur. Bu səbəbdən də Ərizəçi Qax Rayon Məhkəməsinin 25 oktyabr 2012-ci il tarixli qətnaməsinin ləğv olunması barədə iddiası üzrə işə baxılıb məhkəmə aktının qəbul edilməsi üçün ilk növbədə itirilmiş icraatın bərpa edilməsi vacibdir. Yuxarıda qeyd olunan qanun normalarını və tərəflərin təqdim etdiyi, həmçinin məhkəmə araşdırılması zamanı toplanmış materialları nəzərə alaraq, məhkəmə hesab edir ki, qeyd olunan mülki iş üzrə itirilmiş icraatın bərpa edilməsinə dair ərizə təmin edilməli, itirilmiş icraat bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarına qeyd olunmuşdur ki, Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. (5-ci bənd). Qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatlar əks etdirməlidir (6.1-ci bənd). Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. (6.2-ci bənd) Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.(6.3-cü bənd). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulması ilə əldə edilmiş sübutlar məhkəmə qətnaməsinin əsasını təşkil edə bilməz. (6.4-cü bənd) Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər hüquqi aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. (6.5-ci bənd) «X4» Azərbaycan Respublikasının Qanununun 8.2-ci bəndinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.8-ci bəndinə əsasən itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə verilən ərizə üzrə - tərəflər dövlət rüsumunun ödənilməsindən azaddırlar. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunun ödənilməsinədn azaddırlar. Həmin Qanununu 9.4-cü bəndinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İş üzrə hər iki tərəf dövlət rüsumunun ödənilməsindən azad olduqları üçün ərizəçinin xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ödəməli olduğu 100 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. İtirilmiş icraat bərpa edilsin. Ərizəçi ödəməli olduğu 100 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar