Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-701/2025 23.12.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, İddiaçı, iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 iştirakı ilə. İddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qax Rayon Notariat Ofisinə və maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı X2 və anası X3 miras qalan Qax rayonu İlisu kəndi H.Əliyev pr ev 229 yerləşən 0.0476 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 56.70 kv/m xüsusi mülkiyyət hüququ əsasında fərdi yaşayış evindən və Qax rayonu İlisu kəndində yerləşən 1.15 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət mirasdan ona düşən payın mülkiyyətinə verilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qax Rayon Notariat Ofisinə və maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 və anası X3 miras qalan Qax rayonu, İlisu kəndi H.Əliyev pr., ev 229 yerləşən 0.0476 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 56.70 kv/m xüsusi mülkiyyət hüququ əsasında fərdi yaşayış evindən və Qax rayonu, İlisu kəndində yerləşən 1.15 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət mirasdan ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi ev 39, mənzil 409-da yaşayır. X16 22 aprel 2005-ci il tarixdə və anası X19 26 may 2011-ci il tarixdə vəfat etmişdir. X2 və anası X5 miras qalan Qax rayonu, İlisu kəndi H.Əliyev pr., ev 229 yerləşən 0.0476 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 56.70 kv/m xüsusi mülkiyyət hüququ əsasında fərdi yaşayış evi miras qalmışdır. Həmin miras əmlakı atam rəhmətə getdikdən sonra o və ailəsi idarə edir. Bacıları onun adına mirası keçirilməsinə mane olurlar. O, ata və anası öldükdən sonra mirası idarə edir. Sənədləşmə üçün Qax rayon NO-ə müraciət etsə də orada bacıları gəlmədiklərini bildirərək məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Halbuki o, mirası illərdir ki, idarə edir. O, gələcəkdə problem olacağını bilməmişdir. Elə bilmişdir ki, ata və anası öldükdən sonra mirası öz adın keçirə bilər. O, atasından və anasından düşən tam payının müəyyən olunması üçün məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur Məhkəmədən X2 və anası X3 miras qalan Qax rayonu, İlisu kəndi, H.Əliyev pr., ev 229 yerləşən 0.0476 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 56.70 kv/m xüsusi mülkiyyət hüququ əsasında fərdi yaşayış evindən və Qax rayonu, İlisu kəndində yerləşən 1.15 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət mirasdan ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iddiaçı və iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, xahişi miras əmlakı öz adına rəsmiləşdirib sənəd almaqdır. Miras əmlakı abadlaşdırmaq istəyir. Ona görə də, ona sənəd lazımdır. Nəzarət etmədiyi üçün yurd yararsız hala düşmüşdür. Nə hasar, nə də həyət-baca qalıb. Evin damı da dağılıb. Orada da tikinti aparmaq üçün miras əmlakı sənədləşdirmək lazımdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahat verərək göstərdi ki, onun adına vəsiyyətnamə vardır. Atası 2003-cü ildə miras əmlakı ona vəsiyyət etmiş, 2005-ci ildə ölmüşdür. Valideyinlərinə o baxmışdır. İddiaçının miras əmlaklarda öz payı var, iddiaçıya nə pay düşürsə bölünüb verilsin. O razıdır. Yeddi övlad olmuş, biri də rəhməyə getmişdir. Altı vərəsə vardır, iddiaçının öz payı bölünüb verilsin. Atası 2003-cü ildə ona vəsiyyətnamə vermiş, onu da hesaba almır. Hər övlada öz payı bölünüb verilsin. Üç bacıdırlar, bacıların paylarını ayırsınlar, qalanları da qardaşına versinlər. İddiaçı ata evindən öz payını istəyir. O, 2017-ci ilə qədər ata yurdunda yaşamışdır. Qardaşı Rəfail isə 1980-ci ildə həmin evdən çıxmışdır. Atası vəfat edəndən sonra həmin evdə o yaşamış və mirası o qəbul etmişdir. O, atası xəstələnən vaxtı atasının evinə gəlmiş, atası 2005-ci ildə, anası 2011-ci ildə ölmüş, 6-7 il sonra o bacısının yanına getmişdir. O, qardaşına demişdir ki, bölgü etsin, paya nə düşür, ayrılsın, gəlib ev tiksin. Atası ölümündən iki il əvvəl vəsiyyətnamə verib. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Qax Rayon Notariat Ofisinə və maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinii nümayəndəsi məhkəməyə gəlməmiş, Qax Rayon Notariat Ofisinin və maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinni nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Qax Rayon Notariat Ofisinin və maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax Rayon Dövlət Arxivinin verdiyi 19 sentyabr 2024-cü il tarixli №3-48-26RA/2-Ö- 1xx-xx/2024 №li Qax rayonu, İlisu kənd ƏİN-nin 1996-2000-ci illərə aid «təsərrüfatbaşına kitab»dan çıxarışından görünür ki, Qax rayonu, İlisu kənd ƏİN-in 1996-2000-ci illər üçün 02 №li «təsərrüfatbaşına kitab»da təsərrüfat (şəxsi hesab) №122-də birinci yazılan təsərrüfat üzvününü X17 ilə ailə başçısı olduğu və təsərrüfatbaşında X17 və X4 ibarət ailə üzvləri vardır. Təsərrüfatbaşı ünvanının İlisu kəndi, təsərrüfatın xüsusi mülkiyyət hesab olunan tikililəri 1927-ci ildə tikilmiş yaşayış evi, ümumi sahə 42 kv.m, o cümlədən yaşayış sahəsi 20 kv.m, təsərrüfatın xüsusi mülkiyyətində, istifadəsində olan cəmi torpaq 1996-cı ildə 0.07 ha, 1999-2000-ci illərdə 1.22 ha ondan kənd təsərrüfatına yararlı əkin yeri-1.15 ha olduğu qeyd edilmişdir. 21 avqust 2025-ci il tarixli Aktdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şəki və Qax rayonu üzrə AİK-ın qərarları ilə vətəndaşlara verilən sənədlərin qeydiyyatı zamanı çoxsaylı soyad, ad və ata adı səhvlərinə rast gəlinir. Sənəd (siyahı faylı) üzrə X15 şəxsiyyət müəyyənedici sənəd üzrə X16, X10 isə X8r. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüququn ölmüş şəxsə məxsus olması haqqında Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********34-10301 reyestr №li, 08 yanvar 2025-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvandan yerləşən, 56.70 kv.m fərdi yaşayış evi və 0.0476 ha torpaq sahəsi (0.0329 ha həyətyanı torpaq sahəsi üzərində tikilən 136 kv/m fərdi yaşayış evi X7 tam mülkiyyətindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №li, **********52 reyestr №li, 19 sentyabr 2005-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Qax rayonu, İlisu kəndində yerləşən 1.15 ha torpaq sahəsi X14 və X6 ümumibirgə mülkiyyətinə verilmişdir. 10 dekabr 2003-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X16 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən gündə ona məxsus olan əmlakını, o cümlədən Qax rayonu, İlisu kəndində yerləşən fərdi yaşayış evini Cavabdeh2 vəsiyyyət etmişdir. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 20 avqust 2024-cü il tarixli arayışdan görünür ki, X14 arvadı X11 (xx.xx.2016-cı ildə ölüb)əri X16 (xx.xx.2011-ci ildə ölüb), X18 (xx.xx.2016-cı ildə ölüb), qızı İddiaçı2, Nümayəndə, Cavabdeh2, İddiaçı3 və Cavabdeh1 ibarət vərəsələri qalmışdır. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 20 sentyabr 2025-ci il tarixli Arayışdan görünür ki, X6 əri X16 (xx.xx.2011-ci ildə ölüb), qızı İddiaçı2, Nümayəndə, Cavabdeh2, İddiaçı3 və Cavabdeh1 ibarət vərəsələri qalmışdır. Qax rayon Notariat Ofisi tərəfindən Nümayəndə ünvanlanmış 643 №li, 19 avqust 2025-ci il tarixli məktubdan görünür ki, mərhum X2 miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın şərikləri arasında ixtilaf olması göstərilmişdir. Qax rayon Notariat Ofisi tərəfindən Nümayəndə ünvanlanmış 644 №li, 19 avqust 2025-ci il tarixli məktubdan görünür ki, mərhum atası X3 miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın şərikləri arasında ixtilaf olması göstərilmişdir. Ölüm haqqında AZ-İ 134591 №li şəhadətnamənin surətindən görünür ki, X16 22 aprel 2005-ci ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 23 aprel 2005-ci il tarixdə 09 № ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İİ 427539 №li şəhadətnamənin təkrarının surətindən görünür ki, X11 26 may 2011-cı ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 17 iyun 2011-cı il tarixdə 09 № ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İİ 427458 №li şəhadətnamənin təkrarının surətindən görünür ki, X18 25 oktyabr 2016-cı ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 31 oktyabr 2016-cı il tarixdə 107 № ilə qeydiyyat aparılmışdır. İJ-386608 №li Doğum haqqında şəhadətnamədən görünür ki, X12 atası X16, anası isə X8r. AZ 147240 №li Doğum haqqında şəhadətnamədən görünür ki, X13 atası X16, anası isə X8r. İV-JQ 384969 №li Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı3 atası X16, anası isə X8r. Məhkəmənin mövqeyi: Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının əvvəlki məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan X16 22 aprel 2005-ci ildə il tarixdə, X11 isə 26 may 2011-ci il tarixdə vəfat etdiklərinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə diqqətə çatdırır ki, ilk növbədə müəyyən edilməli olan hal mirasın nədən ibarət olmasından ibarətdir. Bu yöndə araşdırılma aparılan zaman müəyyən edilir ki, mirasın kütləsinə ünvan 3 ünvandan yerləşən, 56.70 kv.m fərdi yaşayış evi və Qax rayonu, İlisu kəndində yerləşən X14 və X6 ümumibirgə mülkiyyətinə verilmiş 1.15 ha torpaq sahəsi daxildir. Mirasın kütləsi müəyyən edildiyindən məhkəmə qeyd edir ki, vərəsələrin əhatə dairəsi aşkar olunmalıdır. X1 arvadı X11 (xx.xx.2016-cı ildə ölüb) əri X16 (xx.xx.2011-ci ildə ölüb), X18 (xx.xx.2016-cı ildə ölüb), qızı İddiaçı2, Nümayəndə, Cavabdeh2, İddiaçı3 və Cavabdeh1, X6 əri X16 (xx.xx.2011-ci ildə ölüb), qızı İddiaçı2, Nümayəndə, Cavabdeh2, İddiaçı3 və Cavabdeh1 ibarət vərəsələri qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı, miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Lakin məhkəmə tərəfindən ilk növbədə iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçı tərəfindən miras əmlak faktik olaraq qəbul edilməsi müəyyən edilməmişdir. İddiaçı miras əmakı faktiki qəbul etməsi ilə bağlı məhkəməyə hər hansı bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Cavabdeh2 isə atası xəstə olduğu üçün valideyinləri ilə yaşadığını, ata və anası öldükdən sonra 2017-ci ilədək miras əmlakda yaşadığını bildirmişdir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından, Cavabdeh2 izahatndan görünür ki, o miras əmlaklardan iddiaçılara qanunla düşən payın verilməsinə etiraz etmir, lskin payın tam olaraq iddiaçılara verilməsinə etiraz edir, miras əmlakda onun və digər vərəsələrin də payının olduğunu qeyd edir. İddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 isə məhkəmədə mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması və yaxud mirasın faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə tələb irəli sürmədən birbaşa miras əmlakdan onlara düşən payı mülkiyyətinə verilməsini xahiş etmişlər. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünə məxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Tətbiq edilən hüquq. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qax Rayon Notariat Ofisinə və maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı «X2 və anası X3 miras qalan Qax rayonu İlisu kəndi H.Əliyev pr ev 229 yerləşən 0.0476 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 56.70 kv/m xüsusi mülkiyyət hüququ əsasında fərdi yaşayış evindən və Qax rayonu İlisu kəndində yerləşən 1.15 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət mirasdan ona düşən payın mülkiyyətinə verilməsi barədə» iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-701/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-701/2025
23.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver