Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-702/2024 30.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax rayon məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu, İddiaçı Cavabdeh qarşı “mərhum valideyinlərindən miras qalmış əmlakın qəbul edilməsinə və miras əmlakın onun mülkiyyətinə verilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum atası X1 miras qalmış əmlakın naturada ona aid olan hissənin müəyyən olunması və həmin əmlakların mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət etməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.1.2 və 150.1.6-cı maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə olunur. Həmin məcəllənin 108.1.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. İddia ərizəsinə nəzər yetirilən zaman müəyyən edilir ki, hazırki iddia qiymətləndirilməyən iddialar kateqoriyasına aiddir. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, 99 manat ödənilmişdir. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi qəbzdən görünür ki, iddiaçının ödədiyi 100 (bir yüz) manat məbləğin 1 (bir) manatı komissiya xərcləri üçün nəzərdə tutulmuşdur. Belə olan halda iddiaçı tərəfindən 99 (doxsan doqquz) manat dövlət rüsumu ödənilmiş hesab olunur. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Lakin iddiaçı iddia ərizəsində qeyd etdiyi tikililərin altında olan 0.1517 ha torpaq sahəsinin naturada ayılıb ona verilməsi ilə bağlı Azərbaycan Respublikası İN yanında DƏDK və R PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmədən məhkəməyə müraciət etmiş, həmin orqanın imtina məktubunu, notariusun qanun üzrə və yaxud vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi barədə notariusun imtina məktubunu ərizəyə əlavə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 15.2.1.5 və 152.1.6-cı maddələrinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçı qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizə geri qaytarıldığı üçün iddiaçı tərəfindən “eManat” vasitəsi ilə xx.xx.2024-cü il tarixli 94211 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 99 (doxsan doqquz) manat məbləğində dövlət rüsumu özünə geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3, 152.1.5, 152.1.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Cavabdeh qarşı “mərhum valideyinlərindən miras qalmış əmlakın qəbul edilməsi və miras əmlakın onun mülkiyyətinə verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün “eManat” vasitəsi ilə xx.xx.2024-cü il tarixli 94211 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 99 (doxsan doqquz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-702/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-702/2024
30.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver