Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-716/2025 16.12.2025 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimov Elman Fərhad oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək həqiqətən də X2nun 26 noyabr 1987-ci il tarixdə Gürcüstan Respublikasının, Batumi rayonunda qeyd edilmə faktının müəyyən edilməsi və yeni veriləcək doğum haqqında şəhadətnamənin ata qrafasında ata adının Ərizəçi və ana qrafasında ana adının X1 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o xx xxxx 1952-ci ildə Qırğızıstan Respublikası, Frunze rayonunda doğulmuş və hazırda Qax rayonu, Turaclı kəndində qeydiyyatda olmaqla orda yaşayır. X2 26 noyabr 1987-ci ildə Gürcüstan Respublikası, Batumi rayonunda douğlmuşdur. Uşaqlar balaca olandan sonra Azərbaycana köçüb gəlmiş və övladının doğum kağızı ilə maraqlanmamışdır. Oğlu Tengiz 29 iyun 2004-cü il tarixdə Qax rayonu, Turaclı kəndində vəfat etmiş və orada dəfn olunmuşdur. Övladı Tengizə ölüm şəhadətnaməsi almışdır. Onun özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini satmaq istəyərkən ondan ondan vəfat vəfat etmiş X2nun doğum haqqında şəhadətnaməsini istəmişlər. O sənədləşmə ilə bağlı sənədlər toplayarkən doğum haqqında şəhadətnamənin olmadığını bilmişdir. Doğum haqqında şəhadətnamənin olmaması ona müəyyən hüquqlarını həyata keçirməyə mane olur. O bununla bağlı Maraqlı şəxsnə müraciət etdikdə orada doğum haqqında qeyd tapılmamışdır. Hazırda oğlu Ərizəçi doğum şəhadətnaməsi almağı mümkün deyildir. Odur ki, məhkəməyə ərizə vermək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə baxışı iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X2 26 noyabr 1987-ci ildə Gürcüstan Respublikası, Batumi rayonunda doğulmuşdur. Sonradan onlar Azərbaycana köçüb gəlmişlər. Tengiz 29 iyun 2004-cü il tarixində Qax rayonu Turaclı kəndində ölmüşdür. Hazırda vərəsəlik işləri ilə bağlı Tengizin doğum haqqında şəhadətnaməsi lazımdır. Məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ərizəçi həqiqətən də onun qonşusudur və Turaclı kəndində aşamışdır. Ərizəçi oğlu Tengiz 26 noyabr 1987-ci ildə doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ərizəçi onun qohumudur. Ərizəçi oğlu Tengiz ilə uşaqlıqdan birlikdə böyümüşlər. Tengiz 26 noyabr 1987-ci ildə doğulmuşdur. Çünki sağ olan vaxtı həmişə onun doğum tarixini qeyd etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçi onun qohumudur. Ərizəçi oğlu Tengizin 26 noyabr 1987-ci ildə doğulmuşdur. Çünki sağ olan vaxtı həmişə onun doğum tarixini qeyd etmişlər. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: İş materiallarına əlavə edilmiş 030037 №li ölüm haqqında şəhadətnamədən görünür ki, X3 ölümü 29 iyun 2004-ci ildə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs 3-16-5/8-69-214/2025 №li 18 avqust 2025-ci il tarxili arayışından görünür ki, X3 doğumu haqında akt qeydi aşkar olunmamışdır. 29 noyabr 1987-ci il tarixdə Gürcüstan Respublikası Batumu rayonunda anadan olmuş X3 doğumuna dair «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmi bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, X3 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Nəzərə almaq lazımdır ki, Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını-maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 №li Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, hazırda ərizəçinin mərhum X2nun doğum haqqında şəhadətnaməsi mövcud olmasa da, onun 26 noyabr 1987-ci ildə Gürcüstan Respublikası, Batumi rayonunda doğulması faktı, özünün kimliyi haqda müvafiq məlumatlar ərizəçinin özünün izahatı və şahidlərin ifadəsi ilə təsdiq olunduğundan, habelə ərizəçinin mərhum X2nun doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizəçinin mərhum X2nun onun 26 noyabr 1987-ci ildə Gürcüstan Respublikası, Batumi rayonunda doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. Atası Ərizəçi, anası X4 qeyd olunmaqla, X3 26 noyabr 1987-ci il tarixdə Gürcüstan Respublikası, Batumi rayonunda doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №2(024)-716/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-716/2025
16.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver