Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-724/2025 23.12.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimov Elman Fərhad oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qax Rayon Notariat ofisi və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 Saylı Şəki Ərazi İdarəsinə qarşı «miras payın müəyyən edilməsi və miras payın tam mülkiyyətinə verilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qax Rayon Notariat ofisi və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 Saylı Şəki Ərazi İdarəsinə qarşı «miras payın müəyyən edilməsi və miras payın tam mülkiyyətinə verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1ndan, xalası X8 və anası X4 miras qalan Qax rayonu, Tasmalı kəndi (yeni qaydalarla Qax şəhəri S.Vurğun küçəsi giriş 25) yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 92 kv/m xüsusi mülkiyyət hüququ əsasında fərdi yaşayış evindən ibarət mirasın qəbul etmə faktının müəyyən edilməsi və payın tam mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qax rayonu Tasmalı kəndində yaşayır. X1 xx.xx.2004-ci il tarixdə, xalası X8 xx.xx.1999-cu il tarixdə və anası X6 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. X1, xalası X9 və anası X2 rayonu Tasmalı kəndi (yeni qaydalarla Qax şəhəri S.Vurğun küçəsi giriş 25) yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi və üzərində 93 kv/m xüsusi mülkiyyət hüququ əsasında fərdi yaşayış evi miras qalmışdır. Həmin miras əmlakı atası, anası və xalası rəhmətə getdikdən sonra o və ailəsi idarə edir. Mirası təkcə o qəbul etmişdir. Qardaşı və xalası onun adına mirası keçirilməsinə mane olurlar. Ancaq mirası o qəbul etmişdir. O, atası öldükdən sonra mirası faktiki olaraq idarə edir. Sənədləşmə üçün Qax rayon NO-ə müraciət etsə də orada xalası və qardaşı oraya gəlmədiyini bildirərək məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Halbuki o, mirası faktiki qəbul etmiş və illərdir ki, mirası idarə edir. O, gələcəkdə problem olacağını bilməmişdir. Elə bilmişdir ki, atası, anası və xalası öldükdən sonra mirası öz adına keçirə bilər. O, atası, anası və xalasından düşən tam payının müəyyən olunması üçün məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən X1ndan, xalası X9 və anası X4 miras qalan Qax rayonu Tasmalı kəndi (yeni qaydalarla Qax şəhəri S.Vurğun küçəsi giriş 25) yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 92 kv/m xüsusi mülkiyyət hüququ əsasında fərdi yaşayış evindən ibarət mirasın qəbul etmə faktının müəyyən edilməsi və payın tam mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, ev və torpaq sahəsi mərhum atasına məxsusdur. Cavabdeh1 qardaşı, Cavabdeh2 isə xalasıdır. Cavabdehlər də mirasın onun adına keçirilməsinə etiraz etmirlər. Yəni miras əmlakla bağlı heç bir problem yoxdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qax rayon Notariat Ofisinin nümayəndəsi və maraqlı şəxslər və İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə işə cavabdehlər və maraqlı tərəfin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin baxılmasına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. İş üzrə icraata xitam verilməsi hüquq və azadlıqlarının və ya qanuni mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmiş şəxsin həmin iş üzrə məhkəmə müdafiəsi hüququnun olmaması, itirilməsi və ya bu hüquqa xitam verilməsi ilə əlaqədar məhkəmənin mülki işə baxılması üzrə prosessual fəaliyyətinin qətnamə çıxarılmadan başa çatdırılmasıdır. Qanunvericilikdə şəxsin müəyyən əsaslar mövcud olduqda müəyyən predmet barəsində iddia qaldırmaq hüququnun müəyyən müddətə məhdudlaşdırılması həmin şəxsin bu müddət ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olmadığını nəzərdə tutduğu üçün bu şəxsin verdiyi iddia ərizəsində iddia qaldırmaq hüququna məhdudiyyətin tətbiqi üçün əsas olmuş hallar aradan qalxana qədər məhkəmədə baxıla bilməz. İddiaçının məhkəmə iclasında verdiyi izahatında miras əmlakla bağlı vərəsələr arasında heç bir mübahisə olmadığını göstərmişdir. Miras şərikləri olan X7 və Cavabdeh1 ata və anasından miras qalmış əmlakdan onlara düşən payın ona çatası hissəsindən özlərinə düşən hissəsini faktiki və ya rəsmi qaydada qəbul etmədiklərini və miras əmlaklar üzərində iddiaçının payının tam müəyyən edilməsi ilə bağlı heç bir mübahisə olmaması barədə ərizə təqdim etmişlər. Digər vərəsələr tərəfindən iddiaçının mirası faktiki qəbul etməsi ilə bağlı məhkəməyə heç bir etiraz daxil olmamışdır. Belə olduğu halda miras əmlak üzrə mübahisə tam aradan qalxmış olur və miras əmlakla bağlı miras şərikləri arasında mübahisə olmadığı üçün məhkəmədə baxıla bilməz və mirasla bağlı məsələ notariat orqanı tərəfindən həll edilməlidir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. İş üzrə icraata xitam verilməsi prosessual hərəkət olduğundan və bu zaman iş mahiyəti üzrə həll edilmədiyindən Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsi ilə həmin hərəkətin qərardad çıxarılmaqla rəsmiləşdirilməsi tələbini müəyyən edir. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından görünür ki, vərəsəlik şəhadətnaməsi olmadığı halda, miras qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə vərəsələrin mirası qəbul etmələri faktının təsdiq edilməsi barədə kreditorun ərizəsi hüquq sahibi tərəfindən verilmədiyindən və müvafiq məsələ hüquq haqqında mübahisə doğurduğundan işə mövcud qanunvericilik normalarına uyğun olaraq xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı və həll edilməlidir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Məhkəmə hesab edir ki, hüquq barəsində mübahisə olduğu hallarda Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələbi məhkəmə tərəfindən icraata qəbul edildiyindən, Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Mülki məhkəmə icraatında qəbul olunan məhkəmə aktlarının formalarından biri də qərardaddır. Məhkəmə aktları sisteminə daxi olan qətnamədən və məhkəmə əmrindən fərqləndirən əsas əlamət ondan ibarədir ki, qərardad aid olduğu mülki işi mahiyyəti üzrə həll etməyən məhkəmə aktıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra «10» gün müddətində verilir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən «03» gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra «07» gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Qərardaddan şikayət vermiş şəxs şikayətdə qərardadadı nə üçün düzgün hesab etmədiyini göstərməli, yəni şikayəti əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.4-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263.1, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qax Rayon Notariat ofisi və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 Saylı Şəki Ərazi İdarəsinə qarşı «X1ndan, xalası X8 və anası X4 miras qalan Qax rayonu Tasmalı kəndi (yeni qaydalarla Qax şəhəri S.Vurğun küçəsi giriş 25) yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 92 kv/m xüsusi mülkiyyət hüququ əsasında fərdi yaşayış evindən ibarət mirasın qəbul etmə faktının müəyyən edilməsi və payın tam mülkiyyətinə verilməsi» barədə iddia ərizəsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilsin. İddiaçı ərizədə göstərilən mübahisə ilə bağlı Qax rayon Notariat Ofisinə müraciət edə bilər. İddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra «10» gün müddətində Qax Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-724/2025
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-724/2025
23.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver