Məhkəmə qərarları › İş №2(024)-78/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-78/2024

02.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-78/2024 02.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə qarşı “buraxılmış prosessual müddətin bərpası və X1 və anası X7 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.60 ha və 0.2494 ha torpaq sahəsindən ona düşən payın tam mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası və X1 və anası X7 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.60 ha və 0.2494 ha torpaq sahəsindən ona düşən payın tam mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, cavabdeh Qax rayon Notariat ofisinin notariusu iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı cavabdeh Qax rayon Notariat ofisinin notariusunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o Qax rayonu Qaşqaçay kəndində yaşayır. X4 xx.xx.2004-cü il tarixdə və anası X14 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. X1 Qax rayonu Qaşqaçay kəndində yerləşən torpaq sahəsi miras qalmışdır. Valideyinləri öldükdən sonra o mirası idarə edir. Mərhum atası və anasından ona düşən payın özünə verilməsini istəyir. Aralarında problemlər olduğu üçün notariat ofisində vərəsəlik yolu ilə mirası əldə edə bilmir. O, sənədləşmə üçün Qax rayon NO-ə müraciət etmiş, ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən buraxılmış prosessual müddətin bərpası və X1 və anası X7 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.60 ha və 0.2494 ha torpaq sahəsindən ona düşən payın tam mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Reyestr nömrəsi **********70, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsi X8 və X11 ümumibirgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş JN-236, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.60 ha torpaq sahəsi X8 və X11 ümumibirgə mülkiyyətindədir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təkrarından görünür ki, X14 xx.xx.2002-ci ildə ölmüşdür. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təkrarından görünür ki, X12 xx.xx.2004-cü ildə ölmüşdür. İşə əlavə edilmiş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli, 138 saylı arayışdan görünür ki, X11 və X8 İddiaçı, X9, X10 və X2 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş X9, X10 və X3 imzalarının həqiqiliyi notariat qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, onlar mərhum anaları X14 və ataları X5 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın onlara çatan hissəsini ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmiş və miras əmlakın onlara çatan hissəsinə digər vərəslərin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişlər. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Reyestr nömrəsi **********70, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsi X8 və X11, JN-236, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.60 ha torpaq sahəsi X8 və X11 ümumibirgə mülkiyyətindədir. X14 xx.xx.2002-ci, X12 xx.xx.2004-cü ildə ölmüş, onların İddiaçı, X9, X10 və X2 ibarət vərəsələri qalmışdır. Həmin vərəslərdən X9, X10 və X6 mərhum anaları X14 və ataları X5 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın onlara çatan hissəsini ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmiş və miras əmlakın onlara çatan hissəsinə digər vərəslərin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişlər. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum valideyinlərinin vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Reyestr nömrəsi **********70, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X8 və X11 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsi və JN-236, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X8 və X11 ümumibirgə mülkiyyətində olan Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.60 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Reyestr nömrəsi **********70, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X8 və X11 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsi və JN-236, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X8 və X11 ümumibirgə mülkiyyətində olan Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.60 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab uzadılsın. JN Reyestr nömrəsi **********70, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X8 və X11 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsi və JN-236, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X8 və X11 ümumibirgə mülkiyyətində olan Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.60 ha torpaq sahəsindən ibarət miras əmlakı üzərində İddiaçı qanun üzrə miras miras payı tam müəyyən edilsin və İddiaçı mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar