Məhkəmə qərarları › İş №2(024)-784/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-784/2024

31.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-784/2024 31.10.2024 QAX RAYON MƏHKƏMƏSİ (iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə) Mən, Qax Rayon Məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin maraqlı tərəf Maraqlı şəxsnə qarşı «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Kiçik Müəssisəsinin qanuni təmsilçisi Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı «hüquqi faktın müəəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən əmlaka "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, ərizənin qəbulundan imtina edilməli və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə rəsmi qaydada verilməlidir. Belə ki, ərizədən görünür ki, tələb mülkiyyət hüququnun tanınmasından ibarətdir və ərizəçinin məhkəməyə müraciət etməsinin səbəbi isə ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının (su sexi) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alınmasına ehtiyac yaranmışdır. Bu qeyri-yaşayış binasının (su sexi) "xxxx" Kiçik Müəssisəsinin mülkiyyətində olması 1999-cu ilin iyun ayında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfat Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Texniki Pasportda da öz əksini tapmışdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli 3 nömrəli qərarının 1.7-ci bəndində göstərilmişdir ki, Məhkəmə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən ilk növbədə məhkəmə tərəfindən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını yoxlayır. Həmin Qərarın 7.1-ci bəndinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Mülki Prosessual Məcəllənin 153.2-ci maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina əsasları qeyd olunmuşdur. Qeyd olunan Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.4-cü maddəsində göstərilmişdir ki, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsində qeyd olunmuşdur ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İddiaçıya izah olunsun ki, mülkiyyət hüququnun tanınması üçün həmin inzibati orqana müraciət etməli, müraciəti təmin edilmədiyi halda həmin orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə dövlət rüsumu geri qaytarılır. İddiaçı Ərizəçi tərəfindən “eManat” ödəniş sistemi vasitəsilə xx.xx.2024-cü il tarixli 26759 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu özünə geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 149, 151, 153, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: "xxxx" Kiçik Müəssisəsinin maraqlı tərəf Maraqlı şəxsnə qarşı «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə rəsmi qaydada verilsin. "xxxx" Kiçik Müəssisəsinin təmsilçisi Ərizəçi Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə mülkiyyət hüququnun tanınması üçün müraciət etmək, ərizəsi təmin edilmədiyi halda inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah edilsin. Ərizənin verilməsi üçün “eManat” ödəniş sistemi vasitəsilə xx.xx.2024-cü il tarixli 26759 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar