Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-79/2023 17.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh və Qax Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh, Qax Bələdiyyəsinə, Qax rayon Dövlət Notariat ofisinə və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsini qarşı “daşınmaz əmlakın Qax Bələdiyyəsi ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edlməsi, sözügedən torpaq sahəsinə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş dövlət qeydiyyatına dair Çıxarışın etibarsız hesab edilməsinin müəyyən edilməsi, mülkiyyətindəki 0.009230 ha torpaq sahəsində aparılan özbaşına qanunsuz tikilinin Cavabdeh hesabına sökülməsi və özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax şəhəri, Azərbaycan küçəsində yerləşən 0.22 ha torpaq sahəsində inşa edilmiş 10 girişli, 701.74 kv.m ümumi, 540.97 kv.m əsas, 160.8 kv.m köməksiz sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə onun mülkiyyətindəki qeyri-yaşayış sahəsinin ayrılmaz tərkib hissəsi olan torpaq sahəsinin Cavabdeh səhvən və təkrarən satılmasına, sözügedən torpaq sahəsinə verilmiş dövlət qeydiyyatına dair Çıxarışın və kadastr qeydinin etibarsız hesab edilməsi yolu ilə mülkiyyət hüququnun müdafiəsi, qeyri-yaşayış sahəsinin altındakı mülkiyyətindəki torpaq sahəsində aparılan özbaşına qanunsuz tiikilinin cavabdehin hesabına sökülməsi və özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə əlavə iddia ərizəsi təqdim edərək Qax şəhəri, Azərbaycan küçəsində yerləşən 0.22 ha torpaq sahəsində inşa edilmiş 10 girişli, 701.74 kv.m ümumi, 540.97 kv.m əsas, 160.8 kv.m köməksiz sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə onun mülkiyyətindəki qeyri-yaşayış sahəsinin ayrılmaz tərkib hissəsi olan 92,3 kv.m torpaq sahəsinin satılmasına dair Qax rayon İcra Hakimiyyətinin 20 avqust 2019 cu il tarixli, 922 saylı rəyinin etibarsız hesab edilməsi, eyni torpaq sahəsi ilə üst-üstə düşən dövlət kadastrının təkrar qeydiyyatının etibarsız hesab edilməsi, daşınmaz əmlakın Qax Bələdiyyəsi ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sözügedən torpaq sahəsinə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş dövlət qeydiyyatına dair Çıxarışın etibarsız hesab edilməsinin müəyyən edilməsi, mülkiyyətindəki 92,3 kvm torpaq sahəsində aparılan özbaşına qanunsuz tikilinin Cavabdeh hesabına sökülməsi və özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarılmasını xahiş etmiş, eyni zamanda həmin ərizədə Cavabdeh ilə yanaşı cavabdehlər kimi, Qax rayon İcra Hakimiyyətini, Qax Bələdiyyəsini, Qax rayon Dövlət Notariat ofisini və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsini göstərmişdir. Məhkəmənin 27 yanvar 2021-ci il tarixli 2(024)-18/2021 saylı qərardadına əsasən İddiaçı iddia tələbinin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və Qax rayon İcra Hakimiyyəti, Qax Bələdiyyəsi, Qax rayon Dövlət Notariat ofisi və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi mülki iş üzrə cavabdehlər qismində işə cəlb edilmişdir. Məhkəmənin 10 iyul 2023-cü il tarixli eyni nömrəli qərardadına əsasən iddia tələbinin “Qax şəhəri, Azərbaycan küçəsində yerləşən 0.22 ha torpaq sahəsində inşa edilmiş 10 girişli, 701.74 kv.m ümumi, 540.97 kv.m əsas, 160.8 kv.m köməksiz sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə onun mülkiyyətindəki qeyri-yaşayış sahəsinin ayrılmaz tərkib hissəsi olan 92,3 kvm torpaq sahəsinin satılmasına dair Qax rayon İcra Hakimiyyətinin 20 avqust 2019 cu il tarixli, 922 saylı rəyinin etibarsız hesab edilməsi, eyni torpaq sahəsi ilə üst-üstə düşən dövlət kadastrının təkrar qeydiyyatının etibarsız hesab edilməsi”nə dair hissəsinə hazırki işə baxan məhkəmədə baxılmalı olmadığına görə xitam verilmişdir. Ona görə də, məhkəmə araşdırılması tələbin “daşınmaz əmlakın Qax Bələdiyyəsi ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sözügedən torpaq sahəsinə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş dövlət qeydiyyatına dair Çıxarışın etibarsız hesab edilməsinin müəyyən edilməsi, mülkiyyətindəki 92,3 kvm torpaq sahəsində aparılan özbaşına qanunsuz tikilinin Cavabdeh hesabına sökülməsi və özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarılması”na dair hissəsində aparılır. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, cavabdehlər Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh və Qax Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X4 iddianı qəbul etməmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Qax şəhəri, Azərbaycan küçəsində yerləşən 0.22 ha torpaq sahəsində inşa edilmiş 10 girişli, 701.74 kv.m ümumi, 540.97 kv.m əsas, 160.8 kv.m köməksiz sahədən ibarət bir mərtəbəli qeyri yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə onun mülkiyyəlindədir. 10 ildən artıqdır ki, həmin qeyri-yaşayış sahəsinin topdan satış ticarət mərkəzi kimi fəaliyyətini təmin edir. Sözügedən obyektlə eyni cərgədə olan Cavabdeh mülkiyyətindəki qeyri-yaşayış sahəsi ilə aralarındakı torpaq sahəsi mülkiyyətindəki 0.22 ha torpaq sahəsinin ayrılmaz tərkib hissəsidir. Həmin sahənin ticarət mərkəzi ilə eyni cərgədə qarşısını mişar daşı ilə hördürmüş və ordan köməkçi sahə kimi istifadə etmişdir. Ona məlum olmayan şərait və səbəblərdən cavabdeh sözügedən mübahisəli torpaq sahəsinin ölçüləri daxilində kadastr plan cizgisini Qax Bələdiyyəsinin mülkiyyətinə aid olduğuna dair qanunsuz sənədləşdirmə işini aparmış, sözügedən təsisatla alqı-satqı aktı rəsmiləşdirmiş və bu əsasla torpaq sahəsinə mülkiyyətə dair çıxarış əldə etmişdir. Cavabdehin özü ilə bu mübahisəni araşdırarkən etiraf etmişdir ki, mübahisəli torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin hazırlanması onun özünün təşəbbüsü ilə deyil, İcra və Qax Bələdiyyəsinin vəzifəli şəxslərinin təkidi ilə olmuşdur. Belə ki, guya ona təklif olunmuşdur ki, aralarındakı həmin torpaq sahəsinin üzərində tikili tikilsin və beləliklə də ümumi memarlıq görünüşü tamamlansın. Halbuki, qeyd edilən torpaq sahəsini öz hesabına mişar daşı ilə hördürüb oradan təsərrüfat məqsədi ilə 10 ilə yaxın idi ki, istifadə etmişdir. Hazırda cavabdeh mübahisəli torpaq sahəsində yardımçı tikili tikməklə tikinti quraşdırma işləri aparır. Yalnız bundan sonra onun xəbəri olub ki, mülkiyyətindəki torpaq sahəsi təkrarən cavabdehə qanunsuz olaraq satılıb və qanunsuz əldə olunmuş torpaq sahəsinə səhvən mülkiyyətin obyekti kimi hüquqmüəyyənedici sənədlər işlənmişdir. Belə qənaətdədir ki, cavabdeh mülkiyyətindəki torpaq sahəsinə əsassız və qanunsuz səhv hüquqmüəyyənedici sənədlər əldə etməklə mülkiyyət hüquqlarımı kobud sürətdə pozur və onun toxunulmazlığına əhəmiyyətli dərəcədə ziyan vurur. Bu barədə və aparılan tikinti quraşdırma işlərinin dayandırılmasına dair cavabdehin qanunsuz, hərəkətlərinə etdiyi şifahi şikayələrə Qax RİH-nin və Qax Bələdiyyəsinin vəzifəli şəxsləri yerli baxış keçirmir, qanunsuz hərəkətlər barədə tədbirlər görməkdən yayınırlar. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax şəhəri, Azərbaycan küçəsində yerləşən 0.22 ha torpaq sahəsində inşa edilmiş 10 girişli, 701.74 kv.m ümumi, 540.97 kv.m əsas, 160.8 kv.m köməksiz sahədən ibarət bir mərtəbəli qeyriyaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə onun mülkiyyətindəki qeyriyaşayış sahəsinin ayrılmaz tərkib hissəsi olan 92,3 kv.m olan torpaq sahəsinin Cavabdeh səhvən və təkrar satılmasına, sözügedən torpaq sahəsinə verilmiş dövlət qeydiyyatına dair Çıxarışın və kadastr qeydinin etibarsız hesab edilməsi yolu ilə mülkiyyət hüququnun müdafiəsi, qeyri-yaşayış sahəsinin altındakı mülkiyyətindəki torpaq sahəsində aparılan özbaşına qanunsuz tiikilinin cavabdehin hesabına sökülməsi və özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı əlavə iddia ərizəsində göstərmişdir ki, Qax şəhəri, Azərbaycan küçəsində yerləşən 0.22 ha torpaq sahəsində inşa edilmiş 10 girişli, 701.74 kv.m ümumi, 540.97 kv.m əsas, 160.8 kv.m köməkçi sahədən ibarət bir mərtəbəli qeyri yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə onun mülkiyyətindədir. 10 ildən artıqdır ki. həmin qeyri-yaşayış sahəsinin topdan satış ticarət mərkəzi kimi fəaliyyətini təmin edir. Mülkiyyətindəki qeyri-yaşayış sahəsinin cənub yan divarından qonşuluqdakı qeyri-yaşayış sahəsinin divarı arasında olan, 92,3 kv m-lik boş torpaq sahəsi mülkiyyətindəki 0.22 ha torpaq sahəsinin ayrılmaz tərkib hissəsidir. Ön divar vasitəsi ilə küçədən təcrid edilmiş həmin boş sahədən 10 ildir ki, öz mülahizəsinə uyğun davamlı olmaqla köməkçi sahə kimi istifadə etmişdir. Cavabdeh sözügedən torpaq sahəsi hissəsinin ön divarını özbaşına sökdürüb tikinti quraşdırma işləri apararkən hazırkı mülki mübahisənin xüsusatları ona məlum olub. Belə ki, mülkiyyətindəki torpaq sahəsinin 92,3 kv.mlik ayrılmaz hissəsinə digər cavabdeh Qax Bələdiyyəsinin 08 may 2018-ci il tarixli sorğusu əsasında şəhərin perspektiv inkişaf planına uyğun ərazisi hesab edilməklə sahibkarlıq məqsədi üçün satılması barədə Qax rayon İcra Hakimiyyətinin memarlıq və tikint şöbəsindən 20 avqust 2019-cu il tarixli, 922 saylı rəyi alınıb. Sorğunun müvafiq rəylə 15 gün yaxud da 1 ay müddətində deyil, 1 il 3 ay müddətində cavablandırılması xüsusatını hazırda mübahisələndirdiyi iddia predmetlərinin əsaslarından ən önəmlisi hesab edib belə qənaətdədir ki, mülkiyyətinin ayrılmaz tərkib hissəsi olan 92.3 kv m torpaq sahəsinə həmin müddət ərzində üst-üstə düşən səhvən kadastr plan cizgisi və ona əlavə edilmiş sxematik plan işlənib. Məhz bu səbəbli təkrarən əsassız kadastr qeydiyyatı aparılıb, digər Cavabdeh notarial qaydada qanunsuz olaraq satılıb və qanunsuz əldə olunmuş torpaq sahəsinə hazırda daha bir cavabdeh 12 saylı Şəki Ərazi İdarəsi, mülkiyyətindəki torpaq sahəsi ilə plan cizgiləri ilə üstüstə düşən səhvən təkrar “Çıxarış” vermişdir. Cavabdehin özü ilə bu mübahisəni məhkəmədən kənar araşdırarkən, o özü etiraf etmişdir ki, sözügedən torpaq sahəsinə hüquqmüəyyənediei sənədlərin hazırlanması onun özünün təşəbbüsü ilə deyil, İcra Hakimiyyətinin və Qax Bələdiyyəsinin vəzifəli şəxslərinin təklifi ilə olmuşdur. Əlavə olaraq bildirmişdir ki, mülkiyyətindəki həmin torpaq sahəsi kənardan sahmansız göründüyü, ərazinin ümumi memarlıq görünüşünə xələl gətirdiyi səbəblərindən həmin sahəni almağa razılıq vermişdir. Sözügedən mülki mübahisənin məğzini xrolonoji ardıcılıqla izah etməkdə məqsədi odur ki, qanunsuzluğa bilə-bilə rəvac vermiş cavabdehlərin mülkiyyət hüququndan məhrum edilməsi üçün maddi hüquq normalarının pozuntusu ilə müşaiyyət edilmiş özbaşına hərəkətləri ilə məhkəmə uyğun hüquqi qiymətini versin. “Torpaq islahatı haqqında AR Qanununun 7-ci maddəsində göstərilir ki, müvafiq ərazi vahidi daxilində xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkyyəlinə verilir. Normanın mənasına görə, xüsusi mülkiyyətimə verilmiş 0,22 ha torpaq sahəsi, heç bir halda təkrarən Qax Bələdiyyəsinə verilə bilməz. Xüsusi mülkiyyətindəki 0,22 ha torpaq sahəsinin ayrılmaz tərkb hissəsi olan 92,3 kv m torpaq sahəsini sahibkarlıq məqsədi ilə satılmaq üçün 20 avqust 2019-cu il tarixli 922 saylı rəyini verməklə, Qax rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi digər cavabdeh Qax Bələdiyyəsinə səhv hüquqmüəyyənedici sənədlər əldə etməklə mülkiyyət hüquqlarını kobud sürətdə pozulmasına rəvac vermişdir. Cavabdeh Qax Bələdiyyəsi isə torpaq sahəsini digər Cavabdeh satılmasnı bələdiyyə torpaqlarının idarə edilməsi haqqında “AR Qanununun 9.1-ci maddəsini pozmaqla rəsmiləşdirmişdir. Həmin maddədə birmənalı göstərilir ki, Azərbaycan Respublikasında bələdyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vastəsi ilə əldə edilə bilər. Normanın mənasına görə, bələdiyyə mülkiyyətilə alınmış torpaq sahəsinin satılması müvafiq elanın verilinəsi yolu ilə torpaq hərracı və ya müsabiqə vasitəsi ilə satılmalı idi. Halbuki hər hansı elan verilməmiş, uyğun hərrac və ya müsabiqə keçirilmədən alqı-satqı qanunsuz rəsmiləşdirilmişdir. Bu barədə yalnız Cavabdeh apardığı tikinti quraşdırma işlərini apardığı vaxt xəbəri olub. Tikintinin dayandırılmasına dair cavabdehin qanunsuz hərəkətlərindən etdiyi şifahi şikayətlərə Qax RİH-nin və Qax Bələdiyyəsinin vəzifəli şəxsləri yerli baxış keçirməmiş, qanunsuz hərəkətlər barədə tədbirlər görməkdən yayınmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Normanın mənasına görə dövlət hakimiyyətinin yerli icraedici təsisatı olan Qax rayon İcra hakimiyyəti və Qax Bələdiyyəsinin vəzifəli şəxsləri özbaşınalığa rəvac verməməli, xüsusi mülkiyyəti olan torpaq sahəsinin toxunulmazlığını müdafiə etməli idi. Əfsuslar olsun dövlət orqanının vəzifəli şəxsləri mülkiyyətimdəki torpaq sahəsinə dair texniki sənədlərin işlənilməsində vəzifə səlahiyyətlərini aşmış, aiddiyatı olan dövlət qurumlarının texniki imkanlarından dürüst istifadə etməyərək səhvən və təkrarən kadastr planı və cizgisinin işlənməsinə şərait yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsində qeyd olunur ki, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkəti edə bilər. Normanın məntiqindən də göründüyü kimi cavabdeh mülkiyyətindəki torpaq sahəsindən istifadə hüququna yaratdığı maneəni aradan qaldırmamaqla hüququnu kobud sürətdə pozur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə, əgər mülkiyyətə qəsd və başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Tələbinin digər hüquqi əsası isə AR Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən müəyyən edilib. Sözügedən normada imperativ qaydada göstərilir ki, qonşu daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrdən əlavə.bir-biriııə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz. mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Ümidvardır ki, mülki işin qeyd edilən xüsusatları məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılacaq, mülkiyyətindəki torpaq sahəsinin səhvən və təkrarən Cavabdeh satılaraq onun mülkiyyətinə verilməsinə dair hüquqmüəyyənedici sənədləri etibarsız hesab edəcəkdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax şəhəri, Azərbaycan küçəsində yerləşən 0.22 ha torpaq sahəsində inşa edilmiş 10 girişli, 701.74 kv.m ümumi, 540.97 kv.m əsas, 160.8 kv.m köməksiz sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə onun mülkiyyətindəki qeyri-yaşayış sahəsinin ayrılmaz tərkib hissəsi olan 92,3 kvm torpaq sahəsinin satılmasına dair Qax rayon İcra Hakimiyyətinin 20 avqust 2019 cu il tarixli, 922 saylı rəyinin etibarsız hesab edilməsi, eyni torpaq sahəsi ilə üst-üstə düşən dövlət kadastrının təkrar qeydiyyatının etibarsız hesab edilməsi, daşınmaz əmlakın Qax Bələdiyyəsi ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sözügedən torpaq sahəsinə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş dövlət qeydiyyatına dair Çıxarışın etibarsız hesab edilməsinin müəyyən edilməsi, mülkiyyətindəki 92,3 kvm torpaq sahəsində aparılan özbaşına qanunsuz tikilinin Cavabdeh hesabına sökülməsi və özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək Qax şəhəri, Azərbaycan küçəsində yerləşən 0.22 ha torpaq sahəsində inşa edilmiş 10 girişli, 701.74 kv.m ümumi, 540.97 kv.m əsas, 160.8 kv.m köməksiz sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə onun mülkiyyətindəki qeyri-yaşayış sahəsinin ayrılmaz tərkib hissəsi olan 92,3 kvm torpaq sahəsinin satılmasına dair Qax rayon İcra Hakimiyyətinin 20 avqust 2019 cu il tarixli, 922 saylı rəyinin etibarsız hesab edilməsi, eyni torpaq sahəsi ilə üst-üstə düşən dövlət kadastrının təkrar qeydiyyatının etibarsız hesab edilməsi, daşınmaz əmlakın Qax Bələdiyyəsi ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sözügedən torpaq sahəsinə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş dövlət qeydiyyatına dair Çıxarışın etibarsız hesab edilməsinin müəyyən edilməsi, mülkiyyətindəki 92,3 kvm torpaq sahəsində aparılan özbaşına qanunsuz tikilinin Cavabdeh hesabına sökülməsi və özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia ərizəsində etirazında göstərmişdir ki, İddiaçı tamamilə əsassız iddiasına qarşı ilk olaraq o qeyd olunmalıdır ki, onun iddiasının əsassızlığı və mənasızlığı iddianın predmetində qoyuluşundakı məntiqsizlikdə (“qeyri-yaşayış sahəsinin altındakı mülkiyyətindəki torpaq sahəsində aparılan özbaşına qanunsuz tikilinin sökülməsi və özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarılma”) konkret olaraq ifadə olunmuşdur. Belə ki, istənilən qeyriyaşayış və ya yaşayış sahəsinin, binanın, qurğunun, tikilinin altındakı torpaq sahəsi həmin obyektlə birlikdə monolit daşınmaz əmlak olmaqla, bu daşınmaz əmlakın altındakı torpaq sahəsinə hər hansı bir müdaxiləni istisna edir. Yəni kiməsə məxsus hər hansı bir tikili altındakı torpaq sahəsinə müdaxilə oluna bilinməsini və ya onun tikilisinin altındakı torpaq sahəsinin zəbt olunmasını düşünmək belə absurddur. Digər tərəfdən, İddiaçı iddiasının yersizliyi və əsassızlığı elə onun öz iddia ərizəsində istinad etdiyi yeganə arqumentində də qeyri-ixtiyari, şüuraltı olaraq özünü büruzə vermişdir. İddiaçı iddia ərizəsinin 2-ci abzasında qeyd edir ki, “Cavabdeh mülkiyyətindəki qeyri-yaşayış sahəsi ilə aralarındakı 92.3 kv.m olan torpaq sahəsi” mülkiyyətindəki 0,22 ha torpaq sahəsinin ayrılmaz tərkib hissəsidir Ərizəsinin 5-ci abzasında isə iddiaçı iddiasının əsası kimi, mübahisələndirilən torpaq sahəsinin qarşısını öz hesabına mişar dası ilə hördürərək oradan təsərrüfat məqsədi ilə 10 ilə yaxın müddət ərzində istifadə etdiyini göstərir. İddiaçı özünün bu izahatlarının təhlilindən görünür ki, o özü də ona məxsus qeyri-yaşayış sahəsi ilə özünə məxsus 0,22 ha torpaq sahəsini həmsərhəd bilmir, bir-birinə bitişik torpaq sahələri olmalıdır, yəni mübahisələndirilən eni 92.3 kv.m olan torpaq sahəsinin bos torpaq sahəsi olduğunu etiraf edir və bunu şüuraltı təsdiq edərək aralarındakı torpaq sahəsi olduğunu bildirir. Daha sonra, bu mövqeyinin davamı kimi, İddiaçı ərizəsinin 5-ci abzasında mübahisələndirilən torpaq sahəsini öz mülkiyyətində olan torpaq sahəsi kimi yox, “qeyd edilən torpaq sahəsi” kimi göstərir və bu torpaq sahəsinin qarşısını öz hesabına mişar daşı ilə hördürərək oradan 10 (on) ilə yaxın müddət ərzində təsərrüfat məqsədi ilə istifadə etməsini öz. iddiasının əsası kimi qələmə vermək istəyir. Burada diqqət yetirməli cəhət odur ki, İddiaçı öz mülkiyyətində olan torpaq sahəsini hasara almış olsaydı, o, “öz hesabına”. “10 ilə yaxın müddət kimi anlayışlara istinad etməli deyildi, çünki, təbii ki, əsil mülkiyyətçi mülkiyyətində olan torpaq sahəsinin sərhədlərini özü bağlamalıdır və bu zaman “öz hesabına“, yaxud hansısa hesaba və ya “müddətə” bağlaması əhəmiyyət kəsb etməməlidir. İkincisi, İddiaçı iddia ərizəsinə özünün mülkiyyətində olan qeyri-yaşayış sahəsinin çıxarışının və texniki pasportunun surətlərini əlavə etsə də, torpaq sahəsinin planı və ölçüsü (kadastr) sənədini əlavə etməmişdir. Torpaq kadastrı (torpaq sahəsinin planı və ölçüsü) elə bir sənəddir ki, onun təkrarən başqa şəkildə işlənilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.5-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak kadastr əsasında qeydə alınır və təsvir edilir. Qanunun bu normasına əsaslanaraq birmənalı şəkildə demək olar ki, əgər mübahisələndirilən torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsi kimi qeydə alınsaydı, onun təkrarən X6 kitabında Qax bələdiyyəsinin torpaq fonduna aid olması göstərilə bilməzdi. Bu, sübuta ehtiyacı olmayan aksiomadır. Üçüncüsü, İddiaçı mübahisələndirdiyi torpaq sahəsinə dair sənədləşdirmə işlərinin aparılmasında, bu “torpaq sahəsinin ölçüləri daxilində kadastr plan cizgisini Qax Bələdivyəsinin mülkiyyətinə aid olduğuna dair sənədlərin işlənilməsində Qax bələdiyyəsi ilə alqı-satqı müqaviləsinin rəsmiləsdirilməsində“ guya onun Qax Bələdiyyəsinə hər hansı bir təsirim, onun əvəzindən hər hansı bir sənədləşdirmə işini aparması”-kimi cəfəng mülahizələri də onun mücərrəd fərziyyələridir. Onun sıradan bir vətəndaş olaraq dövlət icra və ya bələdiyyə orqanının işlərinə qarışa bilməsini iddia etmək qarşı tərəfin qeyri-normal təfəkkürünün göstəricisidir. İddiaçı özü iddia ərizəsinin 3-cü abzasında bildirir ki, “özünə məlum olmayan şərait və səbəblərdən” cavabdeh kimi yuxarıda sadalanan sənədləşdirmə işlərini guya o aparmışdır. Axı, “məlum olmayan şəraitə və səbəblərə” istinad edərək məhkəmədə iddia qaldırmaq da öz-özlüyündə absurd bir məsələdir. Bu mülki iş üzrə mübahisənin həllində də o etiraza əlavə edəcəyi Qax rayon İcra Hakimiyyəti aparatının memarlıq və tikinti şöbəsinin 08 may 2018-ci il tarixli, 922 №-li rəyinin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquq sahibi kimi Qax bələdiyyəsinə verdiyi 28 yanvar 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, Qax bələdiyyəsi ilə onun arasında bağlanılmış 29 iyun 2020-ci il tarixli, AN-İ № ******* rekvizitli alqı-satqı müqaviləsinin və bunun əsasında ona verilmiş 17 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın əsas götürülməsini xahiş edir. Dördüncüsü, İddiaçı mübahisələndirilən torpaq sahəsi üzrə sənədləşdirilmənin Qax rayon İcra Hakimiyyətinin və Qax Bələdiyyəsinin vəzifəli şəxslərinin təkidi ilə aparılmasını qeyd etməsi məsələsinə gəldikdə, bildirir ki, yuxarıda qeyd edildiyi kimi, hələ 08 may 2018-ci il tarixli Qax Bələdiyyəsinin sorğusuna əsasən mübahisələndirilən 92,3m2 torpaq sahəsinin şəhərin perspektiv inkişaf planına uyğun ərazidə sahibkarlıq məqsədi üçün satılması barədə Qax rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin 20 avqust 2019-cu il tarixli, 922 №-li rəyi alınmışdır. Aradan da 2 (iki) il keçmiş və əsassız olaraq İddiaçı tərəfindən mübahisələndirilən bu boş torpaq sahəsi Qax Bələdiyyəsinin balansında olan daşınmaz əmlak kimi ona satılmışdır. İddia ərizəsində İddiaçı “dövlət hakimiyyətinin yerli icraedici təsisatı olan Qax rayon İcra Hakimiyyəti və Qax Bələdiyyəsinin vəzifəli şəxslərinin özbaşınalıqda rəvac vermələri” - kimi mənasız “iradına” gəldikdə, etiraz edərək bildirir ki, rayonun və şəhərin həyatında ortaya çıxan cari məsələlərin həlli bu orqanların vəzifə borclarıdır. Sözügedən boş torpaq sahəsi şəhərin mərkəzində ucaldılan Dövlət Bayrağından cəmi 30 (otuz) metr məsafədə yerləşən ərazidir. Şəhərin memarlıq fonunun tamamlığı baxımından buranın da hər hansı bir tikili ilə tutulması labüd idi. Bu boş torpaq sahəsinin məhz ona satılmasına gəldikdə, bu, tamamilə məntiqi və yeganə düzgün qərardır, çünki mübahisələndirilən torpaq sahəsi onun qeyri-yaşayış sahəsi olan mağazanı qövsvari şəkildə 3 (üç) tərəfdən (yandan) əhatə edən torpaq sahəsidir. Təqdim etdiyi torpaq sahəsinin planı və ölçüsü (kadastr) sənədlərində də aydın görünür ki, bu torpaq sahəsinin nə vaxtsa İddiaçı mülkiyyətində olması və ya hazırda onun mülkiyyətində olan 0,22 ha torpaq sahəsinin tərkib hissəsi olması halı istisnalıq təşkil edir. Çünki, boş torpaq sahəsinin kadastr plan cizgilərindən və həmin sahənin sxematik planından da gördüyü kimi, aidiyyatı orqanlar tərəfindən hər hansı bir vətəndaşa hər hansı bir məqsəd üçün göstərilən kadastr plan cizgiləri daxilində və həmin sxematik planla torpaq sahəsinin ayrılması ağlabatan məsələ deyildir. Digər tərəfdən, İddiaçı uydurma iddiasını doğru kimi qəbul etsə, belə çıxır ki, hazırda onun fəaliyyətdə olan mağazası 10 (on) ildən çoxdur ki, onun mülkiyyətində olan torpaq sahəsinin içərisində fəaliyyət göstərir. Əgər doğrudan da mübahisələndirilən torpaq sahəsi iddiaçının mülkiyyətində idisə, bu 10 (on) il ərzində orada nə isə bir anbar (sklad) və ya mağazaya əlavə bir tikili artırmaq yadına düşmürdümü? Əlbəttə ki, mübahisələndirilən torpaq sahəsi onun mülkiyyətində olmuş olsaydı, o orada nə isə bir tikili tikmiş olardı. İddiaçı mülkiyyətində olan 0,22 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binası (mağaza)-nın ümumi sahəsi 701,74 kv.m-dir. Onun 0,22 ha torpaq sahəsindən mağazanın sahəsini çıxdıqda qalan 0.1498 ha-1498 kv.m torpaq sahəsi haradıdırsa, onun guya əksik gələn – onun mülkiyyətində olan 0,00923 ha - 92,3 kv.m torpaq sahəsi qədər torpağı da orada axtarmağı lazımdır, əgər doğrudan da onun torpaq sahəsi əskikdirsə. Vəsatət olaraq məhkəmədən xahiş edir ki, mütəxəssis cəlb edilməklə İddiaçı mülkiyyətində olan 0,22 ha torpaq sahəsinin ölçülməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 202-ci maddəsinin göstərişləri qaydasında yerində müayinə aparılsın. Bu müayinənin nəticələri də bir daha İddiaçı iddiasının əsassızlığını və onun mülkiyyətində olan torpaq sahəsinə hər hansı bir müdaxilənin olmadığını sübut edəcəkdir. Onun torpaq sahəsinin sərhəddi özünün qeyri-yaşayış binasının cənub divarı ilə eyni xəttdə olmaqla aydın bilinir. Eləcə də, vəsatət kimi məhkəmədən xahiş edir ki, İddiaçı hərəkətlərindən şikayətləndiyi Qax rayon İcra Hakimiyyəti və Qax Bələdiyyəsinin mübahisələndirilən bu torpaq sahəsinə dair sənədləşdirmə işlərinin aparılması ilə bu və ya digər şəkildə məşğul olmuş vəzifəli şəxsləri məhkəməyə çağrılaraq şahid qismində dindirilsinlər. Onların ifadələri də işin mahiyyəti üzrə obyektiv, tam və hərtərəfli araşdırılıb, qanuni və ədalətli qətnamə qəbul edilməsi üçün zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka diğər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Onun da mübahisələndirilən torpaq sahəsinə mülkiyyət hüququ əvvəlcə Qax bələdiyyəsi ilə Qax rayon X3 aralarında bağlanılmış 29 iyun 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə notarial qaydada dövlət qeydiyyatına alınmışdır. Alqı-satqı müqaviləsi ilə artıq onun mülkiyyətində olan torpaq sahəsi sonra da 17 iyul 2020-ci il tarixində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınaraq, ona ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Beləliklə, sözügedən torpaq sahəsi üzərində o tam hüquqlu mülkiyyətçidir və bu torpaq sahəsi üzrə onun mülkiyyət hüququ heç bir halda heç kəs tərəfindən mübahisələndirilə bilməz. Göstərdiklərini nəzərə alaraq məhkəmədən İddiaçı ona qarşı “Mülkiyyət hüququnun müdafiəsi, mülkiyyətdəki qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin dövlət kadastrının və torpaq sahəsinə verilmiş çıxarışın təkrar qeydiyyatının etibarsız, hesab edilməsi, qeyriyaşayış sahəsinin altındakı mülkiyyətindəki torpaq sahəsində aparılan özbaşına qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarılmaya dair” əsassız iddiasının rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinə etirazına uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Qax Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X4 izahat verərək göstərdi ki, iddia tələbini əsassız hesab edir. Mübahisəli ərazı əvvəllər Qax Bələdiyyəsinin mülkiyyətində olmuş, sonradan Cavabdeh Qax rayon Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlanmaqla satılmışdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, İddiaçı, cavabdehlər Cavabdeh və Qax Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi Mahir İmamovun izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin sədri R.Cəlilovla İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakının özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 1086 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında özəlləşdirilmiş Qax şəhəri, Azərbaycan və Məmmədov küçələrinin kəsişməsində yerləşən Rabitə evinin yarımçıq tikilisinin qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən torpaq sahəsinin tikinti və infrastruktura altında yerləşən hissəsi 771.06 kv.m, olmaqla, ümumi torpaq sahəsi 2500 kv.m təşkil edir, satıcı müqavilənin 1.1 bəndində göstərilən torpaq sahəsini 719 manata satır, alıcı İddiaçı isə həmin torpaq sahəsainin tam dəyərini ödəməklə satın alır. İş materiallarında olan Seriya MH № ******* saylı, Reyestr nömrəsi **********82-06301, Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, Azərbaycan küçəsində olan 0.22 ha torpaq sahəsində yerləşən 10 girişli, 701.74 kv.m ümumi, 540.94 kv.m əsas. 160.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Reyestr nömrəsi **********82-06301 olan Texniki Pasportun təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, Azərbaycan küçəsində olan 0.22 ha torpaq sahəsində yerləşən 10 girişli, 701.74 kv.m ümumi, 540.94 kv.m əsas. 160.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, qeyri-yaşayış binasının (mağaza) hüquq subyekti İddiaçıdur. İş materiallarında olan Reyestr nömrəsi **********77, Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, İmam Mustafayev küçəsində yerləşən 0.00923 ha torpaq sahəsi Qax Bələdiyyəsinin mülkiyyətindədir. İşə əlavə edilmiş Qax Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli Rəyindən görünür ki, satılması nəzərdə tutulan torpaq sahəsi şəhərin perspektiv inkişaf planına uyğun ərazidədir. Ərazidə başqa tikinti nəzərdə tutulmamışdır. Torpaq sahəsinin mülkiyyətçisini müəyyən etmək qanunauyğun qaydada satılmasına etiraz edilmir. İşə əlavə edilmiş Qax Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 07 saylı iclas protokolundan çıxarışdan görünür ki, Qax Bələdiyyəsinə məxsus olan Qax şəhəri, İmam Mustafayev küçəsində yerləşnə 0.00923 ha, sahibkarlıq üçün torpaq sahəsinə 11 iyun 2020-ci il tarixli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzindən müsabiqə yolu ilə satılmış, Seriya AM № 011694 qeydiyyat şəhadətnaməsi verilmiş 985 manat vəsait bələdiyyə büdcəsinə ödənilmişdir. İş materiallarında olan AN-İ№ ******* saylı 29 iyun 2020-ci il tarixli Alqısatqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Qax Bələdiyyəsi tərəfindən mülkiyyətində olan Reyestr nömrəsi **********77, Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən Qax şəhəri, İmam Mustafayev küçəsində yerləşən 0.00923 ha torpaq sahəsi Cavabdeh satılmışdır. İş materiallarında olan Reyestr nömrəsi **********83, Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, Azərbaycan küçəsində yerləşən 0.009230 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Müstəqil Ekspertiza mərkəzinin verdiyi 03 iyun 2021-ci il tarixli 160 saylı ekspert rəyindən görünür ki, mübahisəli ərazi üzrə naturada və ərazinin ümumi xəritəsi üzərində aparılan ekspertiza tədqiqatı zamanı MH seriyalı ******* saylı çıxarışla İddiaçı mülkiyyətinə verilən 0.22 ha torpaq sahəsinin xx.xx.2009-cu il tarixli 429 inventar nömrəli Texniki Pasportunun planında göstərilən konturu ilə (koordinatları ilə) **********83 reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətinə verilən 92.3 kv.m torpaq sahəsinin xx.xx.2020-ci il tarixli AA seriyalı 518753 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən konturu (koordinatları) 45 kv.m hissədə üst-üstə düşür. Üst-üstə düşən sahə xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan ortofotoplanda aydın şəkildə göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza mərkəzinin verdiyi 05 may 2022-ci il tarixli 10/1818 saylı Ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi'n Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən 10 fevral 2009-cu il tarixli, seriya MH0006883 qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsinin planı və ölçüsü sənədi (koordinatları) olmadığına görə həmin torpaq sahəsinin naturada hansı ölçüdə və hansı ərazidə yerləşdiyini təyin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Qax bələdiyyəsinə verdiyi 28 yanvar 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın A №472384 saylı plan və ölçüsü sənədindəki koordinatlarla Cavabdeh adına verilmiş 17 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın A №518759 saylı plan və ölçüsü sənədində göstərilən 0.009230 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza mərkəzinin verdiyi 25 may 2022-ci il tarixli 10/3121 saylı Ekspert rəyindən görünür ki, 10 fevral 2009-cu il tarixli, seriya MH0006883 nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsinin koordinatları ilə Cavabdeh verilmiş hüquqmüəyyenedici sənədlərdə yəni, Qax rayon İcra Hakimiyyəti Aparatının memarlıq və tikinti şöbəsinin 08 may 2018-ci il tarixli 922 nömrəli rəyində Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin Qax Bələdiyyəsinə verdiyi 28 yanvar 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda göstərilən 0.00923 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür. İş materiallarıdna olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 manat təşkil edir. İşə əlavə edilmiş Seriya AZE № Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonunun Əmircan kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax şəhəri, H.Əliyev prospekti, ev 17-də qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin sədri tərəfindən xx.xx.2008-ci il tarixli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Dövlət Əmlakının özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 1086 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında özəlləşdirilmiş Qax şəhəri, Azərbaycan və Məmmədov küçələrinin kəsişməsində yerləşən Rabitə evinin yarımçıq tikilisinin qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən torpaq sahəsinin tikinti və infrastruktura altında yerləşən hissəsi 771.06 kv.m, olmaqla, ümumi 2500 kv.m torpaq sahəsi İddiaçı satılmış, həmin müqavilə əsasında Seriya MH № ******* saylı, Reyestr nömrəsi **********82-06301, Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən Qax şəhəri, Azərbaycan küçəsində yerləşən 0.22 ha torpaq sahəsində yerləşən 10 girişli, 701.74 kv.m ümumi, 540.94 kv.m əsas, 160.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. Eyni zamanda Reyestr nömrəsi **********77, Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən Qax şəhəri, İmam Mustafayev küçəsində yerləşən 0.00923 ha torpaq sahəsi Qax Bələdiyyəsinin mülkiyyətinə verilmiş, Bələdiyyənin xx.xx.2020-ci il tarixli 07 saylı iclasında Qax Bələdiyyəsinə məxsus olan Qax şəhəri, İmam Mustafayev küçəsində yerləşən 0.00923 ha, sahibkarlıq üçün torpaq sahəsinə 11 iyun 2020-ci il tarixli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzindən müsabiqə yolu ilə satılmış, Seriya AM № 011694 qeydiyyat şəhadətnaməsi verilmişdir. Qax rayon notarat Kontorunda AN-İ№ ******* saylı 29 iyun 2020-ci il tarixli Alqı-satqı müqaviləsi ilə Qax Bələdiyyəsi tərəfindən mülkiyyətində olan Reyestr nömrəsi **********77, Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən Qax şəhəri, İmam Mustafayev küçəsində yerləşən 0.00923 ha torpaq sahəsi Cavabdeh satılmış, həmin müqavilə əsasında Qax şəhəri, Azərbaycan küçəsində yerləşən 0.009230 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinə dair Reyestr nömrəsi **********83, Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış verilmişdir. İddiaçı hazırda daşınmaz əmlakın Qax Bələdiyyəsi ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edlməsi, sözügedən torpaq sahəsinə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş dövlət qeydiyyatına dair Çıxarışın etibarsız hesab edilməsinin müəyyən edilməsi, mülkiyyətindəki 0.009230 ha torpaq sahəsində aparılan özbaşına qanunsuz tikilinin Cavabdeh hesabına sökülməsi və özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarılmasını xahiş edir. İddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatının aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış və Azərbaycan Respublikası Müstəqil Ekspertiza mərkəzinin verdiyi 03 iyun 2021-ci il tarixli 160 saylı Ekspert rəylə mübahisəli ərazi üzrə naturada və ərazinin ümumi xəritəsi üzərində aparılan ekspertiza tədqiqatı zamanı MH seriyalı ******* saylı çıxarışla İddiaçı mülkiyyətinə verilən 0.22 ha torpaq sahəsinin xx.xx.2009-cu il tarixli 429 inventar nömrəli Texniki Pasportunun planında göstərilən konturu ilə (koordinatları ilə) **********83 reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətinə verilən 92.3 kv.m torpaq sahəsinin xx.xx.2020-ci il tarixli AA seriyalı 518753 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən konturu (koordinatları) 45 kv.m hissədə üst-üstə düşür. Üst-üstə düşən sahə xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan ortofotoplanda aydın şəkildə göstərildiyi qeyd olunmuşdur. Bundan sonra məhkəmə tərəfindən təkrar məhkəmə tikniti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza mərkəzinin verdiyi 25 may 2022-ci il tarixli 10/3121 saylı Ekspert rəyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən 10 fevral 2009-cu il tarixli, seriya MH0006883 qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsinin planı və ölçüsü sənədi (koordinatları) olmadığına görə həmin torpaq sahəsinin naturada hansı ölçüdə və hansı ərazidə yerləşdiyini təyin etmək mümkün olmaması, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Qax bələdiyyəsinə verdiyi 28 yanvar 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın A №472384 saylı plan və ölçüsü sənədindəki koordinatlarla Cavabdeh adına verilmiş 17 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın A №518759 saylı plan və ölçüsü sənədində göstərilən 0.009230 ha torpaq sahəsinin koordinatları üst-üstə düşdüyü qeyd edilmişdir. Bundan sonra məhkəmə tərəfindən əlavə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza mərkəzinin verdiyi 05 may 2022-ci il tarixli 10/1818 saylı Ekspert rəyinə əsasən 10 fevral 2009-cu il tarixli, seriya MH0006883 nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsinin koordinatları ilə Cavabdeh verilmiş hüquqmüəyyənedici sənədlərdə yəni, Qax rayon İcra Hakimiyyəti Aparatının memarlıq və tikinti şöbəsinin 08 may 2018-ci il tarixli 922 nömrəli rəyində. Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin Qax Bələdiyyəsinə verdiyi 28 yanvar 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda göstərilən 0.00923 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsi müəyyən olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan Qax Bələdiyyəsi ilə Cavabdeh araslnda Qax rayon notariat kontorunda bağlanmış Reyestr nömrəsi **********77, Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən Qax Bələdiyyəsinin mülkiyyətində olan Qax şəhəri, İmam Mustafayev küçəsində yerləşən 0.00923 ha torpaq sahəsinin Cavabdeh satılması barədə AN-İ№ ******* saylı 29 iyun 2020-ci il tarixli Alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, məhkəmədə işə baxılarkən bir sıra ziddiyyətli hallar aşkarlanmışdır. Qax şəhəri, Azərbaycan küçəsində olan 0.22 ha torpaq sahəsində yerləşən 10 girişli, 701.74 kv.m ümumi, 540.94 kv.m əsas. 160.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmasına və bununla bağlı Seriya MH № ******* saylı, Reyestr nömrəsi **********82-06301, Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış verilməsinə baxmayaraq, qeyd olunan torpaq sahəsinin Qax Bələdiyyəsinin mülkiyyətinə verilməsi ilə bağlı qanunsuz olaraq Reyestr nömrəsi **********77, Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış verilmiş və sözügedən mübahisəli əmlak Qax Bələdiyyəsi tərəfindən Cavabdeh satılmışdır. Məhkəmə araşdırması zamanı ortaya çıxan bu fakt Qax Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış AN-İ№ ******* saylı 29 iyun 2020-ci il tarixli Alqı-satqı müqaviləsinin etibarsız olması barədə qənatə gəlməyə əsas vermişdir. Həmin müqavilə etibarsız hesab edildyi üçün müqavilə əsasında verilmiş Qax şəhəri, Azərbaycan küçəsində yerləşən 0.009230 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilməsinə dair Reyestr nömrəsi **********83, Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış da etibarsız hesab edilməli, iddiaçının mülkiyyətində olan 92,3 kvm torpaq sahəsində Cavabdeh tərəfindən aparılan özbaşına qanunsuz tikili Cavabdeh hesabına sökülməli və Cavabdeh zəbt olunmuş iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmalıdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edilməlidir. Eyni zamanda da, hər biri 50(əlli) manat olmaqla, ümumilikdə 100 (bir yüz) manat ekspertiza xərcləri Cavabdeh alınaraq müvafiq hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notariat hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddsəinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqısatqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublıkası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Qax Bələdiyyəsi ilə Cavabdeh arasında Qax rayon notarat Kontorunda bağlanmış AN-İ№ ******* saylı 29 iyun 2020-ci il tarixli Alqısatqı müqaviləsi və həmin müqavilə əsasında Qax şəhəri, Azərbaycan küçəsində yerləşən 0.009230 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinə dair Reyestr nömrəsi **********83, Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış etibarsız hesab edilməli, İddiaçı məxsus 0.009230 ha torpaq sahəsində Cavabdeh tərəfindən aparılan özbaşına qanunsuz tikili Cavabdeh hesabına sökülməli və Cavabdeh özbaşına zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılmalı, hər biri 50(əlli) manat olmaqla, ümumilikdə 100 (bir yüz) manat ekspertiza xərcləri Cavabdeh alınaraq müvafiq hesaba köçürülməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Qax Bələdiyyəsi ilə Cavabdeh arasında Qax rayon notarat Kontorunda bağlanmış AN-İ№ ******* saylı 29 iyun 2020-ci il tarixli Alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Qax şəhəri, Azərbaycan küçəsində yerləşən 0.009230 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinə dair Reyestr nömrəsi **********83, Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış etibarsız hesab edilsin. İddiaçı məxsus 0.009230 ha torpaq sahəsində Cavabdeh tərəfindən aparılan qanunsuz tikili Cavabdeh hesabına sökülsün və Cavabdeh zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılsın. İş üzrə hər biri 50(əlli) manat olmaqla, ümumilikdə 100 (bir yüz) manat ekspertiza xərcləri Cavabdeh alınaraq aşağıdakı hesaba köçürülsün. (Büdcə təsnifatının kod-142595, SAP(XİİS) hesabı, adı-X1, kodu 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi- VÖEN **********, Hesab-AZ34GCTRE********************) Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-79/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-79/2023
17.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver