Məhkəmə qərarları › İş №2(024)-791/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-791/2025

11.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-791/2025 11.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Ayişə Məcid qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Rəfail qızının, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh3 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1,Cavabdeh3, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qax Rayon Notariat Ofisi, X25, X16 və X5 qarşı «mirasın qəbul edilməsi və əmlakın milkiyyətinə verilməsi tələbi» nə və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «mirasın qəbul edilməsi və əmlakın milkiyyətinə verilməsi» tələbinə dair mülki açıq məhkəmə iclasında baxaraq, İddia tələbinin dəlilləri: müəyyən etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qax Rayon Notariat Ofisi, X25, X16 və X5 qarşı «mirasın qəbul edilməsi və əmlakın milkiyyətinə verilməsi tələbi» nə dair ilk iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək 25 mart 2025-ci il tarixdə ölmüş anası X8 **********35-10301 reyestr №li, ********** qeydiyyat №li 30 avqust 2024-ci il qeydiyyat tarixli əmlaka dair iddiaçının miras payının müəyyən edilməsinə və həmin əmlakın onun mülkiyyətinə verilməsinə dair, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «mirasın qəbul edilməsi və əmlakın milkiyyətinə verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 mart 2025-ci il tarixdə ölmüş X8 **********35-10301 reyestr №li, ********** qeydiyyat №li, 30 avqust 2024-ci il qeydiyyat tarixli əmlakı oğlu Heydərov Ramazan qəbul etdiyini nəzərə alaraq həmin əmlakdan onların miras payının müəyyən edilməsinə və həmin əmlakın onların mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, X31 25 mart 2025-ci il tarixdə ölmüşdür. Ondan Qax şəhəri İ.Mustafayev küçəsi döngə 2, ev 4 yeni qaydada AZ 3400 ünvan 1 ünvanda yerləşən ev və həyətyanı torpaq sahəsi miras qalmışdır. Onun iddiaçıdan başqa 6 övladı vardır. Onlardan dördü X37, X35, X38, X26 mirası qəbul etmədiklərinə və gələcəkdə də heç bir iddiaları olmayacaqlarına dair ərizə vermişlər. Digər ikisi Elmira və Ramazan vəfat etmişlər. Üçüncü şəxslər Elmiranın vərəsələridirlər. Elmira və vərəsələri həmin əmlakı qəbul etməmişlər və bunu bildirirlər. Cavabdehlər isə Ramazanın varisləridirlər və öz mövqelərini bildirmirlər. Müəyyən məqamlarda tərəflər razılıq əldə edə bilmirlər buna görə də evi sənədləşdirə bilmirlər. Hazırda iddiaçı anasından qalmış əmlaka dair öz payını müəyyənləşdirmək istəyir. Bunun üçün Qax rayon DNK-na müraciət etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişlər. Lakin notarius vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edilməsi barədə qərar qəbul etmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən 25 mart 2025-ci il tarixdə ölmüş anası X8 **********35-10301 reyestr №li, ********** qeydiyyat №li 30 avqust 2024-ci il qeydiyyat tarixli əmlaka dair iddiaçının miras payının müəyyən edilməsinə və həmin əmlakın onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X17 miras qalmış əmlakın ½ yarı hissəsinin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X31 öldükdən sonra onun oğlu Ramazan da vəfat etmişdir. Onlar Ramazanın vərəsələridirlər və Qax şəhəri, İ.Mustafayev küçəsi döngə 2 ev 4 yeni qaydada AZ3400 ünvan 2 saylı evdə yaşayırlar. X2 öldükdən sonra mirası qəbul etmişdir. Onlar hazırda İlyasov Ramazanın mirası qəbul etdiyini nəzərə alaraq müvafiq mirasdan özünə düşən payı olmaq istəyirlər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən 25 mart 2025-ci il tarixdə ölmüş X8 **********35-10301 reyestr №li, ********** qeydiyyat №li 30 avqust 2024-ci il qeydiyyat tarixli əmlakı oğlu Heydərov Ramazan qəbul etdiyini nəzərə alaraq həmin əmlakdan onların miras payının müəyyən edilməsinə və həmin əmlakın onların mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X17 miras qalmış əmlakın ½ yarı hissəsinin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Rəfail qızı ilk iddia ərizəsinin müdafiə edib,qarşılıqlı iddianı qəbul edərək izahatında göstərmişdir ki, anası X31 25 mart 2025-ci il tarixdə ölmüşdür. Ondan Qax şəhəri, İ.Mustafayev küçəsi döngə 2 ev 4 yeni qaydada AZ3400 ünvan 2 ünvanda yerləşən ev və həyətyanı torpaq sahəsi miras qalmışdır. Onun iddiaçıdan başqa 6 övladı vardır. Onlardan dördü X37, X35, X38, X26 mirası qəbul etmədiklərinə və gələcəkdə də heç bir iddiaları olmayacaqlarına dair ərizə vermişlər. Digər ikisi Elmira və Ramazan vəfat etmişlər. Üçüncü şəxslər Elmiranın vərəsələridirlər. Elmira və vərəsələri həmin əmlakı qəbul etməmişlər və bunu bildirirlər. Cavabdehlər isə Ramazanın varisləridirlər və öz mövqelərini bildirmirlər. Miras əmlakıların ½ hissəsinin o verilməsini xahiş edir. Miras əmlakın qalan ½ hisssini cavabdehlərin mülkiyyətinə verilməsinə etiraz etmir. İlk iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 Yaqib qızı qarşılıqlı iddianı müdafiə edərək və ilk iddianı qəbul edərək izahatında göstərdi ki, əri X32 ölmüşdür. Mərhum qaynanası X14 miras qalmış əmlak üzərində qanuni miras hüququna əsasən payları mövcuddur. Mülki Məcəllənin müvafiq normalarına uyğun olaraq, göstərilən miras əmlakın yarı hissəsinin (1/2 payının) hər üçünün ümumi birgə mülkiyyətlərinə verilməsini xahiş etmişdir. Cavabdeh3 qarşılıqlı iddianı müdafiə edərək və ilk iddianı qəbul edərək göstərdi ki, atası X32 öldüyü üçün nənəsi X14 miras qalmış əmlak üzərində qanuni miras hüququna əsasən payları mövcuddur. Mülki Məcəllənin müvafiq normalarına uyğun olaraq, göstərilən miras əmlakın yarı hissəsinin (1/2 payının) hər üçünün ümumi birgə mülkiyyətlərinə verilməsini xahiş etdi. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qax Rayon Notariat Ofisinin notariusu, X25, X16 və X9 məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qax Rayon Notariat Ofisinin notariusu, X25, X16 və X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən ********** qeydiyyat №li, **********35 -10301 reyestr №li, 30 avqust 2024-cü il qeydiyyat tarixli Arayışdan görünür ki, Qax şəhəri, İmam Mustafayev küçəsi, döngə 2, ev 4, Yeni Qaydalarla AZ 3400, ünvan 3 ünvanda yerləşən 0.0556 ha həyətyanı təyinatlı torpaq sahəsi X18, Cavabdeh3, X19 və Cavabdeh1 ümumibirgə mülkiyyətinə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi X18 mülkiyyətindədir. Qax RİHB-ın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi 14 oktyabr 2025-ci il tarixli 1444 №li Arayışdan görünür ki, X36 25 mart 2005-ci ildə vəfat etmiş və onun oğlu İddiaçı qızından, qızları X15, X6 qızından, oğulları X20, X21, X10 (vəfat edib) və qızı X1 (vəfat edib) ibarət vərəsələri qalmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X39, anası isə X27r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 atası X39, anası isə X27r. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi Arayışdan görünür ki, X29 atası X39, anası isə X27r. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi Arayışdan görünür ki, X11 atası X39, anası isə X27r. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi Arayışdan görünür ki, X22 atası X39, anası isə X27r Ölüm haqqında şəhadətnamədən görünür ki, X36 25 mart 2005-ci ildə ölmüşdür. Ölüm haqqında şəhadətnamədən görünür ki, X39 10 fevral 1993-cü ildə ölmüşdür. X23, X29, X28 və X11 imzasının həqiqiliyi təsdiq olunmuş ərizədən görünür ki, ataları X24 və X14 miras qalmış əmlakdan ona düşən payı qəbul etməmiş və gələcəkdə heç bir iddia qaldırmayacaqlarını göstərmişlər. X7, X3 və X12 məhkəməyə təqdim etdikləri ərizədən görünür ki, onların mərhum anaları X13 miras qalmış əmlakları qəbul etməmişlər. Hazırda onların da göstərilən miras əmlakdan payı qəbul etməmiş və həmin əmlaka dair tələbləri yoxdur. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə təqdim etdikləri ərizədən görünür ki, X14 miras qalmış əmlakın ½ hissəsinin cavabdehlərin, digər ½ hissəsinin isə iddiaçının mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş edirlər. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəməyə təqdim etdikləri ərizədən görünür ki, X14 miras qalmış əmlak üzərində qanuni miras hüququna əsasən payları mövcuddur. Mülki Məcəllənin müvafiq normalarına uyğun olaraq, göstərilən miras əmlakın yarı hissəsinin (1/2 payının) hər üçünün ümumi birgə mülkiyyətlərinə verilməsini xahiş etmişlər. Məhkəmənin mövqeyi: Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı,miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Lakin məhkəmə tərəfindən ilk növbədə iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçı tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» 16 oktyabr 2020-ci il tarixli, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2021-ci il 26 iyul tarixli Qərarları). Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsəniniradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından, iddiaçının izahatından, digər vərəsələrin miras əmlakı notariat və ya faktiki qəbul etmədikləri barədə ərizələrindən də görünür ki, həmin vərəsələr iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməsini mübahisələndirməmiş, miras əmlakdan özlərinə düşən payı ya notariat qaydada ya da faktiki qəbul etməmişlər. Hazırda miras əmlak üzərində ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ½ hissə və qarşılıqlı iddia üzrə iddiaçılar, ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər üçünün birlikdə ½ hissə paylarının müəyyən edilməsi ilə bağlı vərəsələr arasında mübahisə yoxdur. Eyni zamanda iş materiallarından bəlli olur ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçılar, ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 atası X32 miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünə məxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Məhkəmə diqqətə çatdırır ki, ilk növbədə müəyyən edilməli olan hal mirasın nədən ibarət olmasından ibarətdir. Bu yöndə araşdırılma aparılan zaman müəyyən edilir ki, mirasın kütləsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən ********** qeydiyyat №li, **********35 -10301 reyestr №li, 30 avqust 2024-cü il qeydiyyat tarixli Arayışa əsasən X18, Cavabdeh3, X19 və Cavabdeh1 ümumibirgə mülkiyyətində olan Qax şəhəri, İmam Mustafayev küçəsi, döngə 2, ev 4, Yeni Qaydalarla AZ 3400, ünvan 4 ünvanda yerləşən 0.0556 ha həyətyanı təyinatlı torpaq sahəsi və X18 mülkiyyətində olan həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi daxildir. Mirasın kütləsi müəyyən edildiyindən məhkəmə qeyd edir ki, vərəsələrin əhatə dairəsi aşkar olunmalıdır. Hazırda mərhum X18 oğlu İddiaçı qızından, qızları X15, X6 qızından, oğulları X20, X21, X10 (vəfat edib) və qızı X1 (vəfat edib) ibarət vərəsələri qalmışdır. Həmin vərəsələrdən X35, X38, X37 və X26 ataları X24 və X14 miras qalmış əmlakdan ona düşən payı qəbul etməmiş və gələcəkdə heç bir iddia qaldırmayacaqlarını göstərmişlər. X4 vərəsələri X7, X3 və X25 məhkəməyə ərizə təqdim edərək mərhum anaları X13 miras qalmış əmlakları qəbul etmədiyiin və hazırda onların da göstərilən miras əmlakdan payı qəbul etmədiklərini və həmin əmlaka dair tələbləri olmadığını göstərmişlər. Eyni zamanda İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə X14 miras qalmış əmlakın ½ hissəsinin cavabdehlərin, digər ½ hissəsinin isə iddiaçının mülkiyyətinə verilməsinə. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 X14 miras qalmış əmlakın yarı hissəsinin (1/2 payının) hər üçünün ümumi birgə mülkiyyətlərinə verilməsini xahiş etmişlər. Digər vərəsələrin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ½ hissə və qarşılıqlı iddia üzrə iddiaçılar, ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən mirası faktiki qəbul etməsinə və miras əmlak üzərində oların payının tam müəyyən edilməsinə etiraz etməmələrini və miras əmlakla bağlı heç bir mübahisənin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, ilk iddia və qarşılıqlı iddia təmin edilməlidir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllənin 155.1.-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin məhkəmə onu da qeyd edir ki, ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçıların özlərinə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İlk və qarşılıqlı iddia tələbləri təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən ********** qeydiyyat №li, **********35 -10301 reyestr №li, 30 avqust 2024-cü il qeydiyyat tarixli Arayışa əsasən Qax şəhəri, İmam Mustafayev küçəsi, döngə 2, ev 4, Yeni Qaydalarla AZ 3400, ünvan 4 ünvanda yerləşən 0.0556 ha həyətyanı təyinatlı torpaq sahəsinin X18 payına düşən və ondan miras qalmış ¼ hissəsinin ½ hissəsi üzərində İddiaçı payı, qalan ½ hissəsi üzərində isə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ümumibirgə payı və həmin torpaq sahəsində yerləşən X14 miras qalan fərdi yaşayış evinin ½ hissəsi üzərində İddiaçı payı, qalan ½ hissəsi üzərində isə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ümumibirgə payları müəyyən edilsin. İlk iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı Ramazan oğlunun, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu isə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar