Məhkəmə qərarları › İş №2(024)-801/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-801/2024

07.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-801/2024 07.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax Rayon Məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu, İddiaçı cavabdeh Qax rayon İcra və Probasiya şöbəsinə qarşı “Qax rayon İcra və probasiya Şöbəsinin № e305808/2024-41-7-004 nömrəli xx.xx.2024-cü il tarixli ekspert qərarının tələbini dəyişdirərək Şəki Regional Təhsil idarəsidə ekspertə cəlb olunmaqla M.P.Məcəllənin 99-cu maddəsinə əməl edərək yenidən iddia ərizəsində göstərdiyi tələbinə uyğun olaraq, icra haqqında qanunun 71-ci maddəsinin tələblərini rəhbər tutaraq, 71-ci maddədə göstərilən orta əmək haqqının ödənilməsini Əmək Məcəlləsinin 177-ci maddəsində göstərildiyi kimi, orta əmək haqqının sonuncu aldığı əmək haqqı ilə yəni, 2006cı il dekabr ayında işlədiyi iki aklad dərs yükünü əsas götürərək, 2024-cü ildə iki aklad dərs yükünə görə müəllimin əmək haqlarının məbləğində hesablanmaqla heç bir tutuş olmadan, Avropa Məhkəməsinin qərarının icra olunmadığı dövrə qədər, yəni xx.xx.2018-ci il tarixə qədər faizsiz əmək haqları, xx.xx.2018-ci il tarixdən sonra isə, Avropa Məhkəməsinin qərarında göstərildiyi kimi, gecikdirilmiş ödənişlərin üstünə Avropa Məhkəməsinin qərarında göstərilmiş faizi gəlməklə yenə iki aklad dərsi 2024-cü il əmək haqları ilə hesablanıb, ekspert qərarının verilməsi üçün tələb qoyaraq, qərar çıxarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Müəyyənetdim: İddiaçı cavabdeh Qax rayon İcra və Probasiya şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək Qax rayon İcra və probasiya Şöbəsinin № e305808/2024-41-7-004 nömrəli xx.xx.2024-cü il tarixli ekspert qərarının tələbini dəyişdirərək Şəki Regional Təhsil idarəsidə ekspertə cəlb olunmaqla M.P.Məcəllənin 99-cu maddəsinə əməl edərək yenidən iddia ərizəsində göstərdiyi tələbinə uyğun olaraq, icra haqqında qanunun 71-ci maddəsinin tələblərini rəhbər tutaraq, 71-ci maddədə göstərilən orta əmək haqqının ödənilməsini Əmək Məcəlləsinin 177-ci maddəsində göstərildiyi kimi, orta əmək haqqının sonuncu aldığı əmək haqqı ilə yəni 2006-cı il dekabr ayında işlədiyi iki aklad dərs yükünü əsas götürərək, 2024cü ildə iki aklad dərs yükünə görə müəllimin əmək haqlarının məbləğində hesablanmaqla heç bir tutuş olmadan, Avropa Məhkəməsinin qərarının icra olunmadığı dövrə qədər yəni, xx.xx.2018-ci il tarixə qədər faizsiz əmək haqları xx.xx.2018-ci il tarixdən sonra isə, Avropa Məhkəməsinin qərarında göstərildiyi kimi, gecikdirilmiş ödənişlərin üstünə Avropa Məhkəməsinin qərarında göstərilmiş faizi gəlməklə yenə iki aklad dərsi 2024-cü il əmək haqları ilə hesablanıb, ekspert qərarının verilməsi üçün tələb qoyaraq, qərar çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin iddia ərizəsinin forma və məzmunundan bəhs edən 149cu maddəsində göstərilmişdir ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. (149.1), ərizədə aşağıdakılar göstərilməlidir (149.2), ərizənin verildiyi məhkəmənin adı (149.2.1), iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) (149.2.2), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat (149.2.4-1.), ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5). İddiaçı MPM-nin 149.2.2-ci maddəsinin tələblərini pozaraq iddia ərizəsinin giriş hissəsində iddiaçının, yəni özünün ata adını qeyd etməmiş, həmin normanın tələblərində qeyd olunan ardıcıllığı pozaraq əvvəlcə cavabdehi, sonra isə iddiaçını qeyd etmişdir. Eyni zamanda iddia ərizəsini ərizə kimi qeyd etmişdir. Həmçinin yuxarıda qeyd olunan MPM-nin 149.2.3-cü maddəsinin məzmunundan görünür ki, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki ərizədən isə İddiaçı tələbi dəqiq və aydın deyil. Belə ki, İddiaçı özünü iddiaçı, Qax rayon icra və probasiya şöbəsini cavabdeh qismində qeyd etsə də, məhkəməyə ərizə ünvanlamışdır. Həmçinin ərizədən onun iddia icraatı qaydasında məhkəməyə müraciət etməsi, yaxud icra məmuru tərəfindən qəbul edilmiş qərardan şikayət etməsi də aydın görünmür. Beləliklə, şəxs tərəfindən iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət olunmamış, həmçinin cavabdehə qarşı konkret hansı tələblə çıxış etməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) məhkəməyə təqdim edilir. Lakin iddiaçı iddia ərizəsini cavabdehin sayına uyğun olaraq deyil, yalnız 1 nüsxəsini məhkəməyə təqdim etmişdir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Ona görə də iddia ərizəsinin icraata götürülməsi mümkünsüzdür Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Həmin Məcəllənin 152.1.1-ci maddəsində göstərilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir (Mülki Prosessual Məcəllənin 152.2 və 152.3-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151, 152, 263, 264 və 267 -ci maddələrini rəhbər tutaraq Qəraraaldım: İddiaçı cavabdeh Qax rayon İcra və Probasiya şöbəsinə qarşı “Qax rayon İcra və probasiya Şöbəsinin № e305808/2024-41-7-004 nömrəli xx.xx.2024-cü il tarixli ekspert qərarının tələbini dəyişdirərək Şəki Regional Təhsil İdarəsidə ekspertə cəlb olunmaqla M.P.Məcəllənin 99-cu maddəsinə əməl edərək yenidən iddia ərizəsində göstərdiyi tələbinə uyğun olaraq, icra haqqında qanunun 71-ci maddəsinin tələblərini rəhbər tutaraq, 71-ci maddədə göstərilən orta əmək haqqının ödənilməsini Əmək Məcəlləsinin 177-ci maddəsində göstərildiyi kimi, orta əmək haqqının sonuncu aldığı əmək haqqı ilə yəni, 2006cı il dekabr ayında işlədiyi iki aklad dərs yükünü əsas götürərək, 2024-cü ildə iki aklad dərs yükünə görə müəllimin əmək haqlarının məbləğində hesablanmaqla heç bir tutuş olmadan, Avropa Məhkəməsinin qərarının icra olunmadığı dövrə qədər yəni, xx.xx.2018-ci il tarixə qədər faizsiz əmək haqları xx.xx.2018-ci il tarixdən sonra isə, Avropa Məhkəməsinin qərarında göstərildiyi kimi, gecikdirilmiş ödənişlərin üstünə Avropa Məhkəməsinin qərarında göstərilmiş faizi gəlməklə yenə iki aklad dərsi 2024-cü il əmək haqları ilə hesablanıb, ekspert qərarının verilməsi üçün tələb qoyaraq, qərar çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar