Məhkəmə qərarları › İş №2(024)-805/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-805/2025

11.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-805/2025 11.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Ayişə Məcid qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X18 və Qax rayon Notariat ofisinə qarşı «mirasın qəbul edilməsi və əmlakın mülkiyyətinə verilməsi» tələbinə dair mülki açıq məhkəmə iclasında baxaraq, İddia tələbinin dəlilləri: müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X18 və Qax rayon Notariat ofisinə qarşı «mirasın qəbul edilməsi və əmlakın mülkiyyətinə verilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, 16 yanvar 2002-ci il tarixdə ölmüş atası X7 və 14 avqust 2021-ci il tarixdə ölmüş anası X10 **********05 daşınmaz əmlakın reyestr №li ********** qeydiyyat №li 22 oktyabr 2025-ci il qeydiyyat tarixli Çıxarışa əsasən 1.47 kənd təsərrüfatı təyinatlı və JN-12F kod 40316018 nömrəli Şəhadətnaməyə əsasən 0.25 ha həyətyanı torpaq sahələrinin tərəfindən qəbul edilməsinə və həmin əmlakların onun tam mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X19 16 yanvar 2002-ci il tarixdə, anası X21 isə 14 avqust 2021-ci il tarixdə ölmüşlər. Onların ümumi birgə mülkiyyətlərində **********05 daşınmaz əmlakın reyestr nömrəli ********** qeydiyyat №li, 22 oktyabr 2025-ci il qeydiyyat tarixli Çıxarışa əsasən 1.47 kənd təsərrüfatı təyinatlı və JN-12F kod 40316018 №li Şəhadətnaməyə əsasən 0.25 ha həyətyanı torpaq sahələri olmuşdur. Valideyinlərinin ondan başqa dörd övladı olmuşdur. Onlardan Cavabdeh1 Ramazan oğlu və X8 valideynlərindən əvvəl vəfat etmişlər. Cavabdehlər isə 20 avqust 2023-cü il tarixdə ölmüş qardaşı X11 varisləridirlər. Nə Səfər qardaşı nə də onların varisləri valideynlərindən qalan əmlakı qəbul etməmişlər. Bacıları S.Zitayeva və Ə.Bayramova mirası qəbul etmədiklərinə dair ərizə vermişlər. O, həmin əmlakları faktiki qəbul etmiş buna görə də dəi öz adına sənədləşdirmək istəyir. Bunu üçün o Qax rayon DNK-na müraciət etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Lakin notarius vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. 16 yanvar 2002-ci il tarixdə ölmüş atası X7 və 14 avqust 2021-ci il tarixdə ölmüş anası X10 **********05 daşınmaz əmlakın reyestr №li ********** qeydiyyat №li 22 oktyabr 2025-ci il qeydiyyat tarixli Çıxarışa əsasən 1.47 kənd təsərrüfatı təyinatlı və JN-12F kod 40316018 №li şəhadətnaməyə əsasən 0.25 ha həyətyanı torpaq sahələrinin tərəfndən qəbul edilməsinə və həmin əmlakların onun tam mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında İddiaçı iddia ərizəsinin müdafiə etdi və əlavə olaraq göstərdi ki, atası X19 16 yanvar 2002-ci il tarixdə, anası X21 isə 14 avqust 2021-ci il tarixdə ölmüşlər. Onların ümumi birgə mülkiyyətlərində **********05 daşınmaz əmlakın reyestr nömrəli ********** qeydiyyat №li, 22 oktyabr 2025-ci il qeydiyyat tarixli Çıxarışa əsasən 1.47 kənd təsərrüfatı təyinatlı və JN-12F kod 40316018 №li şəhadətnaməyə əsasən 0.25 ha həyətyanı torpaq sahələri olmuşdur. Valideyinlərinin ondan başqa dörd övladı olmuşdur. Onlardan Cavabdeh1 Ramazan oğlu və X8 valideynlərindən əvvəl vəfat etmişlər. Hazırda miras əmlak üzərində onun payının tam müəyyən edilməsi ilə bağlı bağlı vərəslər arasna heç bir müabhisə mövcud deyildir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdi və göstərdi ki, miras əmlaklar üzərində iddiaçının payının tam müəyyən edilməsinə etiraz etmir. Mirasla bağl vərəsələr araında heç bir mübahisə yoxdur. İddianın təmin edilməsinə etiraz etmir. İş üzrə X25, Cavabdeh2 və Qax rayon Notraiat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq onlar və ya nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə X14, Cavabdeh2 və Qax rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №li, **********05 reyestr №li, 22 oktyabr 2025-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Qax rayonu, Tasmalı kəndində yerləşən 1.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X19, X20 və X2 ümumi birgə mülkiyyətindədir. JN-129F, KOD 40316018 №li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Qax rayonu, Tasmalı kəndində yerləşən 0.25 ha həyətyanı təyinatlı torpaq sahəsi X19, X20, İddiaçı və X2 ümumi birgə mülkiyyətindədir. Qax RİHB-ın Tasmalı kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 22 sentyabr 2025-ci il tarixli 373 №li arayışdan görünür ki, X19 16 yanvar 2002-ci il tarixdə vəfat etmiş və onun qızı X15, oğlu İddiaçı, qızı X16, oğlu X22 (20 avqust 2023-cü ildə vəfat edib), Cavabdeh1 Ramazan oğlu və X1 (26 oktyabr 1986-cı ildə vəfat edib) ibarət vərəsələri qalmışdır. Qax RİHB-in Tasmalı kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 22 sentyabr 2025-ci il tarixli 374 №li arayışdan görünür ki, X20 14 avqust 2021-ci ildə vəfat etmiş, onun qızı X15, oğlu İddiaçı, qızı X16, oğlu X22 (2 avqust 2023-cü ildə vəfat edib), Cavabdeh1 Ramazan oğlu və X1 (26 oktyabr 1986-cı ildə vəfat edib) ibarət vərəsələri qalmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X19, anası isə X12r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 atası X22, anası isə X3r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 atası X22, anası isə X3r. Ölüm haqqında şəhadətnamədən görünür ki, X20 14 avqust 2021-ci ildə ölmüşdür. Ölüm haqqında şəhadətnamədən görünür ki, X19 16 yanvar 2002-ci ildə ölmüşdür. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 26 oktyabr 2025-ci il tarixli № 3-16-5/8-69-313/2025 №li Arayışdan görünür ki, Cavabdeh1 Ramazan oğlu 01 sentyabr 1980-ci ildə ölmüşdür. Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 26 oktyabr 1986-cı ildə Qax rayonu Tasmalı kəndində ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 20 avqust 2023-cü ildə ölmüşdür. X4 imzasının həqiqiliyi təsdiq olunmuş ərizədən görünür ki, 14 avqust 2021-ci ildə vəfat etmiş anası X9 ölümündən sonra miras əmlakın ona çatası payını faktiki qəbul etməmiş, etmək niyyətində deyildir və gələcəkdə bu barədə məhkəmə orqanlarına müraciət etməyəcəkdir. Azərbaycan Respublikasının MM-nin 1266-cı maddəsi ona izah edilmişdir. X5 imzasının həqiqiliyi təsdiq olunmuş ərizədən görünür ki, 14 avqust 2021-ci ildə vəfat etmiş anası X6 miras qalmış əmlakı faktiki qəbul etməmiş, miras əmlaka dair heç bir iddia və tələbi yoxdur. ölümündən sonra miras əmlakın ona çatası payını faktiki qəbul etməmiş, etmək niyyətində deyildir və gələcəkdə bu barədə məhkəmə orqanlarına müraciət etməyəcəkdir. Azərbaycan Respublikasının MM-nin 1266-cı maddəsi ona izah edilmişdir. Cavabdeh2 imzasının həqiqiliyi təsdiq olunmuş ərizədən görünür ki, nənəsi X20 14 avqust 2021-ci ildə vəfat etmişdir. Ölümündən sorna harada yerləşməsindən və nədən ibarət olmasına baxmayaraq ona məxsus olan bütün miras əmlakdan vərəsəsi 20 avqust 2023-cü il tarixdə vəfat etmiş atası X17 çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində, nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə, nə də əmlaka faktiki sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etmişdir. Tərəflərin məhkəməyə təqdim etdikləri barışıq sazişindən görünür ki, İddiaçı Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh3 Cavabdeh: Cavabdeh2 hazırkı mülki iş üzrə qarşılıqlı razılıq əsasında barışığa gəlmiş və aşağıdakıları bəyan edirlər: İddiaçı valideynlərindən qalmış miras əmlakı tam həcmdə qəbul etdiyini təsdiq edir. Cavabdehləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlakı qəbul etmədiyini bildirirlər. Cavabdehlər miras əmlakının tam şəkildə iddiaçının mülkiyyətinə keçməsinə etiraz etmədiyini açıq şəkildə bəyan edirlər. Tərəflər bu barışıq sazişini könüllü şəkildə bağladıqlarını, bir-birilərinə qarşı həmin iş üzrə heç bir maddi və ya hüquqi tələblərinin olmadığını təsdiq edirlər. Tərəflər məhkəmədən bu barışıq sazişinin təsdiq edilməsini xahiş edirlər. Məhkəmənin mövqeyi: Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı,miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Lakin məhkəmə tərəfindən ilk növbədə iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçı tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» 16 oktyabr 2020-ci il tarixli, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2021-ci il 26 iyul tarixli Qərarları). Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsəniniradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından, iddiaçının izahatından, digər vərəsələrin miras əmlakı notariat və ya faktiki qəbul etmədikləri barədə ərizələrindən də görünür ki, həmin vərəsələr iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməsini mübahisələndirməmiş, miras əmlakdan özlərinə düşən payı ya notariat qaydada ya da faktiki qəbul etməmişlər. Hazırda miras əmlak üzərində iddiaçının payının tam müəyyən edilməsi ilə bağlı vərəsələr arasında mübahisə yoxdur. Eyni zamanda iş materiallarından bəlli olur ki, miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünə məxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Məhkəmə diqqətə çatdırır ki, ilk növbədə müəyyən edilməli olan hal mirasın nədən ibarət olmasından ibarətdir. Bu yöndə araşdırılma aparılan zaman müəyyən edilir ki, mirasın kütləsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №li, **********05 reyestr №li, 22 oktyabr 2025 il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı, X19, X20 və X2 ümumibirgə mülkiyyətində olan Qax rayonu, Tasmalı kəndində yerləşən 1.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X13 payına düşən ¼ hissəsi və X9 payına düşən ¼ hissəsindən və JN-129F, KOD 40316018 №li doğum haqqında şəhadətnaməyə əsasən X19, X20, İddiaçı və X2 ümumi birgə mülkiyyətində olan Qax rayonu, Tasmalı kəndində yerləşən 0.25 ha həyətyanı təyinatlı torpaq sahəsinin X13 payına düşən ¼ hissəsi və X9 payına düşən ¼ hissəsi daxildir. Mirasın kütləsi müəyyən edildiyindən məhkəmə qeyd edir ki, vərəsələrin əhatə dairəsi aşkar olunmalıdır. Hazırda mərhum X7 və X9 qızı X15, oğlu İddiaçı, qızı X16, oğlu X22 (20 avqust 2023-cü ildə vəfat edib), Cavabdeh1 Ramazan oğlu və X1 (26 oktyabr 1986-cı ildə vəfat edib) ibarət vərəsələri qalmışdır. Həmin vərəsələrdən X15, X16 14 avqust 2021-ci ildə vəfat etmiş anası X9 ölümündən sonra miras əmlakın ona çatası payını faktiki qəbul etməmiş, etmək niyyətində olmadıqları və gələcəkdə bu barədə məhkəmə orqanlarına müraciət etməyəcəkləri, Azərbaycan Respublikasının MM-nin 1266-cı maddəsi ona izah edilmişdir. Ölmüş vərəsə olan X11 övladı Cavabdeh2 nənəsi X9 lümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasına baxmayaraq ona məxsus olan bütün miras əmlakdan vərəsəsi 20 avqust 2023-cü il tarixdə vəfat etmiş atası X17 çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində, nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə, nə də əmlaka faktiki sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etdiyin bildirmişlər. Digər vərəsələrin iddiaçı tərəfindən mirası faktiki qəbul etməsinə və miras əmlak üzərində onun payının tam müəyyən edilməsinə etiraz etməmələrini və miras əmlakla bağlı heç bir mübahisənin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki. iddia tələbi tam təmin edilməlidir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №li, **********05 reyestr №li, 22 oktyabr 2025 il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı, X19, X20 və X2 ümumi birgə mülkiyyətində olan Qax rayonu, Tasmalı kəndində yerləşən 1.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X7 və X9 hər birinin payına düşən ¼ hissəsi və JN- 129F, KOD 40316018 №li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X19, X20, İddiaçı və X2 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu, Tasmalı kəndində yerləşən 0.25 ha həyətyanı təyinatlı torpaq sahəsinin X7 və X9 hər birinin payına düşən ¼ hissəsinin İddiaçı tərəfindən qəbul etmə faktı müəyyən edilsin və həmin əmlakların üzərində İddiaçı tam payı müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar