Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-88/2023 18.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh, maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə qarşı “mərhum əri X5 miras qalmış Qax rayonu Tasmalı kəndində yerləşən 1970-ci ildə tikilmiş bir mərtəbəli, üç otaqlı, ümumi sahəsi 115 kv.m olan evə və həmin evin yerləşdiyi 0.14 ha həyətyanı torpaq sahəsinin ərinin mülkiyyətində olan ¼ hissəsinə vərəsəliyin açılması, miras əmlakı olan ev və torpaq sahəsindən ona düşən payın müəyyən edilməklə mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum əri X5 miras qalmış Qax rayonu Tasmalı kəndində yerləşən 1970-ci ildə tikilmiş bir mərtəbəli, üç otaqlı, ümumi sahəsi 115.5 kv.m olan evə və həmin evin yerləşdiyi 0.14 ha həyətyanı torpaq sahəsinin ərinin mülkiyyətində olan 1/6 hissəsinə vərəsəliyin açılması, miras əmlakdan ona düşən hissənin müəyyən edilərək onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 14 iyul 2022-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək “mərhum əri X3 miras qalmış Qax rayonu Tasmalı kəndində yerləşən 1970-ci ildə tikilmiş bir mərtəbəli, üç otaqlı, ümumi sahəsi 115.5 kv.m olan evə və həmin evin yerləşdiyi 0.14 ha həyətyanı torpaq sahəsinin ərinin mülkiyyətində olan 1/6 hissəsi ilə bağlı vərəsəliyin qəbulu müddətinin uzadılması, miras əmlakdan ona düşən payın müəyyən edilərək onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 18 iyul 2023-cü il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “mərhum əri X3 miras qalmış Qax rayonu Tasmalı kəndində yerləşən 1970-ci ildə tikilmiş bir mərtəbəli, üç otaqlı, ümumi sahəsi 115 kv.m olan evə və həmin evin yerləşdiyi 0.14 ha həyətyanı torpaq sahəsinin ərinin mülkiyyətində olan ¼ hissəsinə vərəsəliyin açılması, miras əmlakı olan ev və torpaq sahəsindən ona düşən payın müəyyən edilməklə mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, ərinin vəfatından sonra əri X14 xx.xx.2015-ci ildə vəfat etmişdir. Ərinin vəfatından sonra Qax rayonu Tasmalı kəndində yerləşən 1970-ci il tarixdə tikilmiş bir mərtəbəli, üç otaqlı, ümumi sahəsi 115 kv.m olan evi və həmin evin yerləşdiyi 0.14 ha həyətyanı torpaq sahəsinin ərinin mülkiyyətində olan ¼ hissəsi miras əmlakı olaraq qalmışdır. X25 19 avqust 1956-ci ildə rəsmi nikaha daxil olmuşdur. Miras əmlakı olan ev onların birgə nikahı dövründə tikilmişdir. Mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum ərinin vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mərhum əri X3 miras qalmış Qax rayonu Tasmalı kəndində yerləşən 1970-ci ildə tikilmiş bir mərtəbəli, üç otaqlı, ümumi sahəsi 115 kv.m olan evə və həmin evin yerləşdiyi 0.14 ha həyətyanı torpaq sahəsinin ərinin mülkiyyətində olan ¼ hissəsinə vərəsəliyin açılması, miras əmlakı olan ev və torpaq sahəsindən ona düşən payın müəyyən edilməklə mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, mərhum atasından miras qalmış əmlakdan iddiaçıya qanunla düşən payın verilməsinə etiraz etmir. Həmin miras əmlakda onun da payı vardır. Özünə düşən payı gələcəkdə qəbul edəcəkdir. İddianı qəbul etdiyi hissədə təmin edilməsinə etiraz etmir. İş materiallarını nəzərdən keçirib, iddiaçı və cavabdehlərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Reyestr nömrəsi **********58-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax rayonu Tasmalı kəndində yerləşən 115.5 kv.m fərdi yaşayış evi X6 tam, evin yerləşdiyi 0.14 ha həyətyanı torpaq sahəsi X6, İddiaçı, X7 və Cavabdeh ümumibirgə mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 24 dekabr 2023-cü il tarixli № 05/Q-2485/69 saylı Arayışdan görünür ki, X14 ilə İddiaçı Aşur qızının nikahları 19 avqust 1966-cı ildə qeyd edilmişdir. İşə əlavə edilmiş Qax rayon Tasmalı kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi AZ-İ № 804178 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2016-cı ildə ölmüşdür. İşə əlavə edilmiş Qax RİHB-nın Tasmalı kənd İƏD-nin verdiyi xx.xx.2022-ci il tarixli, 122 saylı arayışdan görünür ki, X6 arvadı İddiaçı, qızı X11, oğulları X15, X9, X16 və Cavabdeh ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş Qax RİHB-nın Tasmalı kənd İƏD-nin verdiyi xx.xx.2022-ci il tarixli, 357 saylı arayışdan görünür ki, X8 arvadı X21, oğulları X34 və X32 və qızı X12 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş Qax RİHB-nın Tasmalı kənd İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli, 324 saylı arayışdan görünür ki, X10 məxsus Qax rayonu Tasmalı kəndində olan 1970-ci ildə tikilmiş 3 (üç) otaqlı fərdi yaşayış evi Tasmalı kənd sakini İddiaçı ilə birgə nikah dövründə tikilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X23 atası X17, anası isə X18r. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X19 atası X17, anası isə X18r. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 atası X14, anası isə İddiaçıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1 atası X14, anası isə İddiaçıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X4 atası X14, anası isə İddiaçıdır. İşə əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki¸ İddiaçı Qax rayonu Tasmalı kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Seriya AZE № 08116963 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki¸ X2 rayonu Tasmalı kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş İddiaçı, X11, X9, X16, Cavabdeh, X24, X34 və X13 ərizələrindən görünür ki, onlar mərhum X3 miras qalan əmlakdan İddiaçı xeyrinə imtina etmiş və gələcəkdə bu barədə iddia qaldırmayacaqlarını göstərmişlər Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Reyestr nömrəsi **********58-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu Tasmalı kəndində yerləşən 115.5 kv.m fərdi yaşayış evi X6 tam, evin yerləşdiyi 0.14 ha həyətyanı torpaq sahəsi X6, İddiaçı, X7 və Cavabdeh ümumibirgə mülkiyyətinə verilmişdir. X10 məxsus Qax rayonu Tasmalı kəndində olan 1970-ci ildə tikilmiş 3 (üç) otaqlı fərdi yaşayış evi Tasmalı kənd sakini İddiaçı ilə birgə nikah dövründə tikilmişdir. X14 xx.xx.2015-ci ildə vəfat etmiş, onun arvadı İddiaçı, qızı X11, oğulları X15, X9, X16 və Cavabdeh ibarət vərəsələri qalmışdır. İddiaçı, X11, X9, X16 mərhum X3 miras qalan əmlakdan İddiaçı xeyrinə imtina etmiş və gələcəkdə bu barədə iddia qaldırmayacaqlarını göstərmişlər. Digər vərəsə Cavabdeh isə mərhum atasından miras qalmış əmlakdan ona düşən payı gələcəkdə qəbul edəcəyini bildirmişdir. Əlisgəndər Qurbanovun vərəsəsi X15 xx.xx.2016-cı ildə ölmüş, onun arvadı X21, oğulları X34 və X32 və qızı X12 ibarət vərəsələri qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. X36 övladlarından X32 istisna olmaqla X21, X34 və qızı X37 iqızı mərhum X3 miras qalan əmlakdan İddiaçı xeyrinə imtina etmiş və gələcəkdə bu barədə iddia qaldırmayacaqlarını göstərmişlər. X20 6 vərəsəsinin olması nəzərə alınmaqla, həmin vərəsələrdən Cavabdeh və Qurban Qurbanov istisna olmaqla və Musa Qurbanovun övladı Rafət Qurbanov istisna olmaqla digərlərinin mərhum Əlisgəndər Qurbanovdan miras qalmış əmlakdan iddiaçının xeyrinə imtina etməsi nəzərə alınarsa miras əmlakdan iddiaçının payına düşən hissəsi 3/6 hissə və 1/6 hissənin 3/4 hissə təşkil edir. X20 mülkiyyətində olan fərdi yaşayış evi birgə nikah dövründə inşa olunduğundan həmin evin ½ hissəsi miras əmlaka daxildir. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum ərinin vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Reyestr nömrəsi **********58-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X6 tam, Qax rayonu Tasmalı kəndində yerləşən 115.5 kv.m fərdi yaşayış evinin ½ hissəsi və həmin evin yerləşdiyi 0.14 ha həyətyanı torpaq sahəsinin X6 mülkiyyətində olan ¼ hissəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlakın 3/6 hissəsi və 1/6 hissənin ¾ hissəsi üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Reyestr nömrəsi **********58-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X6 tam, Qax rayonu Tasmalı kəndində yerləşən 115.5 kv.m fərdi yaşayış evinin ½ hissəsi və həmin evin yerləşdiyi 0.14 ha həyətyanı torpaq sahəsinin X6 mülkiyyətində olan ¼ hissəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Reyestr nömrəsi **********58-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X6 tam, Qax rayonu Tasmalı kəndində yerləşən 115.5 kv.m fərdi yaşayış evinin ½ hissəsinin 3/6 hissəsi və 1/6 hissənin 3/4 hissəsi və həmin evin yerləşdiyi 0.14 ha həyətyanı torpaq sahəsinin X6 mülkiyyətində olan ¼ hissəsinin 3/6 hissəsi və 1/6 hissəsinin 3/4 hissəsindən ibarət miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-88/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-88/2023
18.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver