Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-881/2025 04.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh X6 MMC-in direktoru Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh «X6» MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, müddətli bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinə zidd hesab edilməsi, məcburi buraxılmış iş üzrə əmək haqqlarının ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, İddia tələbinin dəlilləri: müəyyən etdi: İddiaçı cavabdeh X6 MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, müddətli bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinə zidd hesab edilməsi, məcburi buraxılmış iş üzrə əmək haqqlarının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində verilmiş əmək müqaviləsinin xitam verilməsi barədə 3-19-125/3-1-23/2025 №li, 01 oktyabr 2025-ci il tarixli əmrin ləğv edilməsinə, qanunsuz bağlanmış müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinə zidd hesab edilməsinə ğörə ləğv edilib, 12 may 2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinin davam etdirilməsinə və əmək müqaviləsinə xitam verildiyi 01 oktyabr 2025ci il tarixdən itirdiyi əmak haqqlarının ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Vətən müaribəsi veteranıdır. Həmçinin Azərbaycan Vətən Müharibəsi veteranları ictimai birliyinin Qax rayon şöbəsinin sədridir. Hazırda əsas işi Qax rayonunda veteranların problemlərini həll etməkdən ibarətdir. Lakin hazırda mənim öz hüquqları pozulmuşdur. O, 12 may 2014-cü il tarixdən X6 MMC-də elektrik vəzifəsində işləyir. 01 oktyabr 2025-ci il tarixdə ona bildirildi ki, o müddətli əmək müqaviləsi əsasında işləyir. Halbuki o məhkəməyə təqdim etdiyi müqavilədən də və əmək kitabçasından da görünür ki, o elektrik vəzifəsində müddətsiz əmək müqaviləsi əsasında işləyir. Bununla bağlı o dəfələrlə Olimpiya kompleksinə müraciət etsə də onun mübahisəsinə baxılmır. Mediasiya təşkilatında da iştirak etmədilər ki, onlarla hər hansı bir razılaşmaya əldə edə bilsinlər. Hazırda o hesab edir ki, onun hüquqları pozulub. Həmçinin əmrin surətini ona təqdim etməkdən imtina etdilər, buna görə də əmək kitabçasını təqdim edir. Lakin 01 oktyabr 2025-ci il tarixdə onun müqaviləsinə xitam verilmişdir. Onu da bildirir ki, 11 il həmin idarədə işlədiyi dövrdə işində heç vaxt bir nöqsan olmayıb, həmişə işinə məsuliyyətli yanaşmışdır. Bundan əlavə o 01 oktyabr 2025-ci il tarixdə hal-hazıradək işsizdir və bu müddət ərzində o aylıq məvaciblərini də itirmişdir Həmçinin onun itirdiyi əmək haqqının almaq hüququ vardır. Məhkəmədən onun barəsində verilmiş əmək müqaviləsinin xitam verilməsi barədə 3-19-125/3-1-23/2025 №li, 01 oktyabr 2025-ci il tarixli əmrin ləğv edilməsinə, qanunsuz bağlanmış müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinə zidd hesab edilməsinə ğörə ləğv edilib 12 may 2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinin davam etdirilməsinə və əmək müqaviləsinə xitam verildiyi 01 oktyabr 2025ci il tarixdən itirdiyi əmək haqqlarının ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçı X2 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddia ərizəsini müdafiə edir. Nümayəndə onun razılığı olmadan müddətsiz əmək müqaviləsini müddətli əmək müqaviləsinə dəyişmişdir. Telefonda elektron formada onlara nə isə imzalamaları deyilmişdir. Lakin bunun nə ilə bağlı olduğunu bilmirdilər. Müqavilənin müddəti başa çatdıqdan sonra ona aydın oldu ki, onunla 3 aylıq müddətə əmək müqaviləsi bağlanılmışdır. Düşünür ki, hüquqları pozulub. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, 1-ci Qarabağ müharibəsi veteranıdır. Cənab Prezidentin də müvafiq qərarlarında müharibə iştirakçılarına bəzi güzəştlərin göstərilməsi və onların incidilməməsi göstərilmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh «X6» MMC-in direktoru Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq tərəfin öz razılığı ilə müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə əvəz edilmiş və 3 aylıq müqavilə bağlanılmışdır. 3 ayın sonunda müqaviləsinə xitam verilmişdir. Heç bir qanun pozuntusuna yol verməmişdir. İddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. İşin halları: Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: İddiaçı 12 may 2014-cü il tarixdə X9 Kompleksi MMC-nə elektrik işinə qəbul olunmuş, əmək müqaviləsi müddətsiz bağlanılmış və onun əmək haqqı aylıq 183 manat müəyyən edilmiş, tərəflər əmək müqaviləsinin şərtlərinı qəbul edərək imzalamışlar. 30 sentyabr 2025-ci il tarixli əmək müqaviləsinə dəyişiklikdən görünür ki, həmin müqavilə müddətli bağlanılmış, tərəflər əmək müqaviləsinin şərtlərinı qəbul edərək imzalamışlar. 3-19-125/3-18/2025 №li, 20 sentyabr 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı 01 iyul 2025-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinin müddətinin 01 oktyabr 2025-ci il tarixdə bitməsi ilə əlaqədar xəbərdarlıq olunmuş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci bəndinin 2-ci «b» bəndinə əsasən (əmək müqaviləsini müddətinin qurtarması), həmin Məcəllənin 73-cü maddəsində (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) qaydalara uyğun olaraq 01 oktyabr 2025-ci il tarixdən etibarən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Xəbərdarlığı imzalamaqdan imtina olunmasına dair 002 №li, 20 sentyabr 2025-ci il tarixli aktın məzmununda qeyd olunur ki, İddiaçı 01 iyul 2025-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti 01 oktyabr 2025-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq 20 sentyabr 2025-ci il tarixdə təqdim edilmiş xəbərdarlıq məktubu ilə tanış olduqdan sonra imza etməkdən imtina etmişdir. 3-19-125/3-1-23/2025 №li, 01 oktyabr 2025-ci il tarixli əmrdən görünür ki, İddiaçı X6 MMC-in elektriki ilə bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq 01 oktyabr 2025-ci il tarixdən xitam verilmiş və işlədiyi dövrə uyğun olaraq ona son hesablaşma ödənilməsi əmr edilmişdir.Əsas olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin b) bəndi qeyd olunmuşdur. İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı 12 may 2014-cü il tarixdə X9 Kompleksi MMC-nə ST18-14 №li, 12 may 2014-cü il tarixli əmrlə elektrik işinə qəbul olunmuş, 01 oktyabr 2025-ci il tarixdən isə 3-19-125/3/1-23/2025 №li əmrlə onunla bağlanmış müddətli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin 2 «B» bəndinə uyğun olaraq müqavilənin müddətinin başa çatması ilə əlaqədar xitam verilmişdir. Məhkəmənin mövqeyi: Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından da göründüyü kimi İddiaçı ilə X9 Kompleksi MMC-in sabiq direktoru Rasim Məmmədov arasında bağlanmış 13 may 2014-cü il tarixli 17 №li əmək müqaviləsinə əsasən İddiaçı 12 may 2014-cü il tarixdə X9 Kompleksi MMCnə elektrik işinə qəbul olunmuş, əmək müqaviləsi müddətsiz bağlanılmış və onun əmək haqqı aylıq 183 manat müəyyən edilmiş, tərəflər əmək müqaviləsinin şərtlərinı qəbul edərək imzalamışlar. İddiaçı ilə X9 Kompleksi MMC-in direktoru Nümayəndə arasında bağlanmış tarixli əmək müqaviləsinə dəyişiklik olunmuş, 01 iyul 2025-ci il tarixdə bağlanılmış müqavilə müddətli yəni 01 oktyabr 2025-ci il tarixədək bağlanılmışdır. X9 Kompleksi MMC-nin direktoru Nümayəndə tərəfindən 3-19-125/3-18/2025 №li, 20 sentyabr 2025-ci il tarixli xəbərdarlıq tərtib olunaraq Cabbarov X3 01 iyul 2025-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinin müddətinin 01 oktyabr 2025-ci il tarixdə bitməsi ilə əlaqədar xəbərdarlıq olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci bəndinin 2-ci «b» bəndinə əsasən (əmək müqaviləsini müddətinin qurtarması) həmin Məcəllənin 73-cü maddəsində (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) qaydalara uyğun olaraq 01 oktyabr 2025-ci il tarixdən etibarən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq olunması qeyd olunmuş, lakin xəbərdarlığı imzalamaqdan imtina olunmasına dair 20 sentyabr 2025-ci il tarixli, 002 №li Akt tərtib olunmuş və aktda İddiaçı 01 iyul 2025ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti 01 oktyabr 2025-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq 20 sentyabr 2025-ci il tarixdə təqdim edilmiş xəbərdarlıq məktubu ilə tanış olduqdan sonra imza etməkdən imtina etməsi qeyd olunmuşdur. X9 Kompleksi MMC-in direktoru Nümayəndə 01 oktyabr 2025-ci il tarixli, 3-19-125/3-1- 23/2025 №li Əmrinə əsasən İddiaçı X6 MMC-in elektriki ilə bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq 01 oktyabr 2025-ci il tarixdən xitam verilmiş və işlədiyi dövrə uyğun olaraq ona son hesablaşma ödənilməsi əmr edilmişdir. Əsas kimi isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin b) bəndi qeyd olunmuşdur. İddiaçı telefonda elektron formada onlara nə isə imzalamaları deyildiyini və bunun nə ilə bağlı olduğunu bilmədiklərini, müqavilənin müddəti başa çatdıqdan sonra ona 3 aylıq müddətə əmək müqaviləsi bağlanıldığının aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim olunmuş 20 sentyabr 2025-ci il tarixli, 002 №li aktın məzmunundan görünür ki, İddiaçı 01 iyul 2025-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinin müddətinin 01 oktyabr 2025-ci il tarixdə bitməsi ilə əlaqədar xəbərdarlığı almaqdan imtina etməsi qeyd olunmuşdur. Beləliklə qeyd olunan xəbərdarlığın həqiqətən də iddiaçıya təqdim olunması qeyri-müəyyənlik yaradır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub-olmaması araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları sadalanmışdır. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə, «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına, «c» bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə, «ç» bəndinə əsasən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar olaraq (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), «d» bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallara, «e» bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallara görə əmək müqaviləsinə xitam verilə bilər. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin tələbinə görə əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə, həmçinin müəyyən etdi ki, X4 01 oktyabr 2025-ci il tarixli, 3-19-125/3-1- 23/2025 №li əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsində müəyyən edilmiş qaydada tərtib edilməmişdir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda, müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər və məlumatlar göstərilir. Həmin maddənin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin maddənin üçüncü hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçının işdən azad edilməsinə dair X6 MMC-in 3-19-125/3-1-23/2025 №li, 01 oktyabr 2025-ci il tarixli əmri qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: a) müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin maddənin 2-ci bəndinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin maddənin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu1 maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin maddənin 2-ci bəndinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin maddənin 3-cü bəndinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin maddənin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin maddənin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Müddətli əmək müqaviləsinə xitam verilməsi Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. X4 direktoru Nümayəndə tərəfindən iddiaçı Əmək 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulan əsaslar olmadan işdən azad edildiyindən, əmr ləğv edilməli, iddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə, yəni «X6» MMC-nə elektrik vəzifəsinə bərpa olunmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə 50 manat dövlət rüsumu, 150 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı «X6» MMC-in elektriki vəzifəsindən azad edilməsi haqqında 3-19-125/3-1- 23/2025 №li, 01 oktyabr 2025-ci il tarixli ləğv edilsin. İddiaçı əvvəlki işinə, «X6» MMC-in elektriki vəzifəsinə bərpa edilsin. Cavabdeh «X6» MMC tərəfindən 01 oktyabr 2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün aylıq əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-881/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-881/2025
04.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver