Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-913/2025 04.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı X2, Cavabdeh X8 iştirakı ilə, İddiaçı X9 cavabdeh X12 qarşı «əmlak» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı X9 cavabdeh X12 qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X13 ilə birgə nikah zamanı əldə etdikləri Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsinin 1/2 hissəsində mülkiyyət hüququnun müəyyən edilməsi, ödənilmiş 50 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının və 50 manat ilkin mediasiya sessiyası xərcinin cavabdeh X6 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X9 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsinin 1/2 hissəsində mülkiyyət hüququnun müəyyən edilməsi, ödənilmiş 50 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının və 50 manat ilkin mediasiya sessiyası xərcinin cavabdeh X6 alınaraq ona verilməsinin, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsinin 1/2 hissəsində mülkiyyət hüququnun müəyyən edilməsi, ödənilmiş 50 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının və 50 manat ilkin mediasiya sessiyası xərcinin cavabdeh X6 alınaraq ona verilməsi kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o cavabdeh X13 ilə 06 avqust 2017-ci ildə 2 №li Bakı ASAN Xidmət mərkəzində qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Onların birgə nikahından 24 dekabr 2016-cı il tarixdə X10 adlı bir övladları doğulmuşdur. Bir müddət mehriban yaşasalar da iki ildir ki, münasibətləri pozulmuş və iki ildir ki, faktiki ayrı yaşayırlar. Birgə nikahda olan zaman o pul yığaraq arvadı X8 adına 0.02 ha torpaq sahəsi satın almışdır. Həmin torpaq sahəsinə cavabdeh X8 mülkiyyət hüququ qeydə alınaraq ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda onun arvad ilə münasibətləri kəskinləşmişdir. Belə ki, arvadı onların birgə nikahları zamanı, onun qazancı hesabına min bir əziyyətlə aldığı torpaq sahəsini satmaq istəyir. Lakin o buna razı deyildir. O, həmin torpaq sahəsinin satışına icazə vermədiyindən cavabdehin onun icazəsi olmadan mənzilin satmasından ehtiyat edir. Ona görə də nikah zamanı əldə etdikləri ümumi əmlakda payının müəyyən edilməsini istəyir. Buna görə də o hazırkı tələblə Şəki 1 №li mediasiya təşkilatının Qax rayon şöbəsinə müraciət etsə də cavabeh mediasiya sessiyasında iştirak etmədiyindən mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Ona görə də o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən X13 ilə birgə nikah zamanı əldə etdikləri Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsinin 1/2 hissəsində mülkiyyət hüququmun müəyyən edilməsi, ödənilmiş 50 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının və 50 manat ilkin mediasiya sessiyası xərcinin cavabdeh X6 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçı X9 iddia tələbinə uyğun izahat verərək əlavə olaraq onu da göstərmişdir ki, cavabdeh X13 ilə 06 avqust 2017-ci ildə 2 №li Bakı «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Onların birgə nikahından 24 dekabr 2016-cı il tarixdə X11 adlı övladları doğulmuşdur. Onlar bir müddət mehriban yaşasalar da iki ildir ki, münasibətləri pozulmuş iki ildir faktiki olaraq ayrı yaşayırlar. 2021-ci il tarixdə 0.02 ha torpaq sahəsi satın almış və həmin torpaq sahəsi cavabdehin adına rəsmişlədirlmişdir. Nikah zamanı əldə etdikləri ümumi əmlakda payının müəyyən edilməsini istəyir. X13 ilə birgə nikah zamanı əldə etdiyi 0.02 ha torpaq sahəsinin ½ hissəsində mülkiyyət hüququnu ödənilmiş 50 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının və 50 manat ilkin mediasiya sessiyası xərcinin cavabdeh X6 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X13 əvvəlki məhkəmə iclasında izahat verərək göstərdi ki, həmin torpaq sahəsinin alınmasında 80 faiz onun əməyi vardır. O, gecə gündüz işləyərək pul yığıb orada ev tikmişdir. Tikdiyi evin isə hələki sənədləri yoxdur. İstəyir ki, əmlak gələcəkdə oğluna qalsın. Ona görə də, topaq sahəsinin bölünməsinə qarşıdır. Əgər torpaq sahəsi bölünsə iddiaçı onu satacaq. Əgər iddiaçının orada mülkiyyət hüququ vara ½ hissəsinin X4 verilməsinə etiraz edir. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Bakı şəhəri, 43 li notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş, X13 ilə X3 arasında bağlanmış AN-İ № ******* 16 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X7 mülkiyyətində olan ümumi sahəsi 0.07 ha torpaq sahəsinin 0.02 ha hissəsini X12 11.000 manata satmışdır. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən **********69 reyestr, ********** qeydiyyat №li, 05 yanvar 2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Abşeron rayonu, Hökməli Qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi X8 mülkiyyətinə verilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X8 nikahları 06 avqust 2017-cu il tarixdə 2 №li Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində, 1822 akt qeydi ilə rəsmiləşdirilmişdir. Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, X13 ilə X9 06 avqust 2017-ci ildə 2 №li Bakı ASAN Xidmət mərkəzində qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə, yəni 16 sentyabr 2021-ci il tarixdə X13 tərəfindən Abşeron rayonu, Hökməli Qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi alınımş və həmin daşınmaz əmlak ƏMDK yanında DƏDRX tərəfindən verilmiş, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən **********69 reyestr, ********** qeydiyyat №li, 05 yanvar 2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində X8 adına qeydiyyata alınmışdır. İddiaçı X1 Nuranə Elşən qızı ilə birgə nikah zamanı əldə etdikləri Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsinin 1/2 hissəsində mülkiyyət hüququnun müəyyən edilməsi, ödənilmiş 50 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının və 50 manat ilkin mediasiya sessiyası xərcinin cavabdeh X6 alınaraq ona verilməsini xahiş edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, eləcə də tədqiq olunmuş sübutların məcmusu ilə iddia tələbinə münasibətdə müəyyən olundu ki, tərəflərin birgə nikah dövründə Abşeron rayonu Hökməli Qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi alması ƏMDK yanında DƏDRX tərəfindən verilmiş, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən **********69 reyestr, ********** qeydiyyat №li, 05 yanvar 2022-ci il qeydiyyat tarixli Çıxarışla sübuta yetirilmişdir. Həmçinin mülkiyyət hüququn təsdiq edən daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, torpaq sahəsi Abşeron rayonunun Nübar yox, Hökməli Qəsəbəsində yerləşir. Məhkəmə həmin Çıxarışı əsaslı və mötəbər sübut kimi qiymətləndirir. Lakin iddia tələbindən görünür ki, iddiaçı X13 ilə birgə nikah zamanı əldə etdikləri Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsinin ½ hissəsində öz payının müəyyən edilməsi əvəzinə həmin əmlakın ½ hissəsi üzərində mülkiyyət hüququnun müəyyən edilməsi xahiş etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, qeyd olunan daşınmaz əmlak üzərinə iddiaçının ½ hissə payı müəyyən edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququnun yaranması üçün hər şeydən əvvəl şəxsin özünə məxsus olan əmlaka sahib olmadır. Şəxsin müəyyən əmlakı olmalıdır ki, onunla hər hansı bir münasibətə daxil ola bilsin. Əşyanın şəxsə məxsus olması hüquqi mənada mülkiyyət hüqununun əldə edilməsi ilə baş verir. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Sporronqun və Lonnrotun İsveçrəyə qarşı» qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların «de fakto» baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 9.2-ci bəndində göstərilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, iddiaçı X9 ilə cavabdeh X8 birgə nikah zamanı əldə etdikləri Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsinin 1/2 hissəsi üzərində X2 ½ hissə payı müəyyən edilməlidir. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı və mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 manat rüsum cavabdeh X6 tutularaq, iddiaçı X2 xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X9 ilə cavabdeh X8 birgə nikah zamanı əldə etdikləri Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsinin ½ hissəsi üzərində X2 ½ hissə payı müəyyən edilsin. İddiaçının ödədiyi 50 manat dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı və 60 (altmış) manat mediasiya xərci cavabdeh X6 alınıb iddiaçı X4 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №2(024)-913/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-913/2025
04.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver