Məhkəmə qərarları › İş №2(024)-92/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-92/2024

31.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-92/2024 31.01.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, X2 Baqratoviçin iştirakı ilə. İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə və maraqlı tərəf DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “buraxılmış prosessual müddətin bərpası və miras əmlakdan özünə düşən payın müəyyən edilərək mülkiyyətinə verilməsi tələbinə dair” iddia ərizəsinə Qax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə JN-188 KOD 40303028 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X12 və X3 ümumbirgə mülkiyyətinə verilmiş Qax rayonu İngiloy Kötüklü kəndində yerləşən 1.44 ha torpaq sahəsindən ibarət miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün buraxılmış prosessual müddətin bərpasına və həmin miras əmlakdan özünə düşən payın müəyyən edilərək mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respubliaskının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Qax rayonu İngiloy Kötüklü kəndində yaşayır. Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən anası X5 və atası X6 1.44 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-188 KOD 40303028 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi ona və bacı-qardaşları Epitaşvili (Abulaşvili) Natela Vasoyevnaya, X8, X13, X7 və X9 miras qalmışdır. Belə ki, X12 xx.xx.1999-cu il tarixdə və X10 isə xx.xx.1997-ci il tarixdə ölmüşdür. Onlar öldükdən sonra həmin torpaq sahəsini faktiki olaraq o istifadə edir. Hazırda o miras qalmış əmlakdan özünə düşən payın müəyyən edilərək verilməsini istəyir. Lakin hazırda sənədləşmə işləri ilə bağlı əməliyyat etmək üçün Qax rayon Notariat Ofisinə müraciət etdikdə ona mirasın qəbulu müddətini keçirdiyini bildirmişlər. O mirasın qəbulu üçün hər hansı bir müddətin olmasını bilməmiş, elə bilmişdir ki, miras qalan əmlakı istədiyi vaxt öz adına rəsmiləşdirə bilər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə JN-188 KOD 40303028 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X12 və X3 ümumbirgə mülkiyyətinə verilmiş Qax rayonu İngiloy Kötüklü kəndində yerləşən 1.44 ha torpaq sahəsindən ibarət miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün buraxılmış prosessual müddətin bərpasına və həmin miras əmlakdan özünə düşən payın müəyyən edilərək mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında JN-188 KOD 40303028 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qax rayonu, İngiloy Kötüklü kəndində yerləşən 1.44 ha torpaq sahəsi Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı X12 və X3 ümumbirgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X12 xx.xx.1999-cu il tarixdə və X10 isə xx.xx.1997-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Qax RİHB-nın Əlibəyli kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi arayışdan görünür ki, mərhum X12 və X10 öldükdən sonra onların İddiaçı, Epitaşvili (Abulaşvili) Natela Vasoyevna, X14, X16, X11 və X4 ibarət vərəsəsi qalmışdır. İşə əlavə edilmiş vərəsələr Epitaşvili (Abulaşvili) Natela Vasoyevna, X14, X16, X11 və X15 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, onlar miras qalmış əmlakdan özlərinə düşən payın digər ailə üzvlərinin adına qeydiyyata alınmasına etiraz etmirlər. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Qax rayonu, İngiloy Kötüklü kəndində yaşayır. Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən iddiaçının anası X5 və atası X6 1.44 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-188 KOD 40303028 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi iddiaçıya və bacı-qardaşları Epitaşvili (Abulaşvili) Natela Vasoyevnaya, X8, X13, X7 və X9 miras qalmışdır. Belə ki, X12 xx.xx.1999-cu il tarixdə və X10 isə xx.xx.1997-ci il tarixdə ölmüşdür. İddiaçı mərhum X12 və X1 miras qalmış əmlakdan özünə düşən payın müəyyən edilərək verilməsini istəyir. Həmçinin digər vərəsələr miras qalmış əmlakdan özlərinə düşən payın digər ailə üzvlərinin adına qeydiyyata alınmasına etiraz etmirlər. Lakin hazırda sənədləşmə işləri ilə bağlı əməliyyat etmək üçün Qax rayon Notariat Ofisinə müraciət etdikdə iddiaçıya mirasın qəbulu müddətini keçirdiyini bildirmişlər. İddiaçı mirasın qəbulu üçün hər hansı bir müddətin olmasını bilməmiş, elə bilmişdir ki, miras qalan əmlakları istədiyi vaxt öz adına rəsmiləşdirə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır, o mirasqoyanların vərəsəsidir və miras əmlakda onun qanun üzrə payı vardır. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasınını Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki,vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1148-ci maddəsində göstərilir ki, Müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sırasına daxildir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə JN-188 KOD 40303028 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X12 və X3 ümumbirgə mülkiyyətinə verilmiş Qax rayonu İngiloy Kötüklü kəndində yerləşən 1.44 ha torpaq sahəsindən ibarət miras əmlaka dair mirası qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə həmin müddət uzadılmalı və miras əmlaklar üzərində İddiaçı payı tam olaraq müəyyən edilməklə onun mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə JN-188 KOD 40303028 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X12 və X3 ümumbirgə mülkiyyətinə verilmiş Qax rayonu İngiloy Kötüklü kəndində yerləşən 1.44 ha torpaq sahəsidən ibarət miras əmlaka dair mirası qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə həmin müddət uzadılsın. Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə JN-188 KOD 40303028 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X12 və X3 ümumbirgə mülkiyyətinə verilmiş Qax rayonu İngiloy Kötüklü kəndində yerləşən 1.44 ha torpaq sahəsi üzərində İddiaçı payı tam olaraq müəyyən edilməklə İddiaçı mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar