Məhkəmə qərarları › İş №2(024)-923/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-923/2025

17.03.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-923/2025 17.03.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Ayişə Məcid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə qarşı «mirasın qəbul edilməsi və əmlakın mülkiyyətinə verilməsi» tələbinə dair mülki açıq məhkəmə iclasında baxaraq, İddia tələbinin dəlilləri: müəyyən etdi: İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə qarşı «mirasın qəbul edilməsi və əmlakın mülkiyyətinə verilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, 20 sentyabr 1990-cı il tarixdə ölmüş X1 miras qalmış Sarıbaş kəndində yerləşən **********94 daşınmaz əmlakın reyestr nömrəli ********** qeydiyyat №li, 17 dekabr 2025-ci il tarixli qeydiyyat tarixli tərəfindən qəbul edilməsinə və miras əmlakın tam olaraq onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, nənəsi X5 Sarıbaş kəndində yaşamış və 20 sentyabr 1990-cı il tarixdə vəfat etmişdir. Nənəsinin Sarıbaş kəndində daşınmaz əmlakı mövcuddur. Mərhumun övladlarından üç nəfəri ondan əvvəl vəfat etmişdir. Sağ qalan digər vərəsələr isə miras əmlakının tam şəkildə onun mülkiyyətinə keçməsinə etiraz etmirlər və bununla bağlı yazılı razılıq verməyə hazırdırlar. Buna baxmayaraq, Qax Rayon Notariat Kontoru tərəfindən miras əmlakının onun adına rəsmiləşdirilməsindən əsassız olaraq imtina edilmişdir. Notariusun imtinası onun vərəsəlik hüququnun həyata keçirilməsinə mane olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin miras hüququna dair müddəalarına əsasən, vərəsələrin razılığı olduğu halda miras əmlakının bir vərəsənin mülkiyyətinə keçməsi mümkündür. Göstərdiklərini nəzərə alaraq məhkəmədən 20 sentyabr 1990-cu il tarixdə ölmüş X1 miras qalmış Sarıbaş kəndində yerləşən **********94 daşınmaz əmlakın reyestr nömrəli ********** qeydiyyat №li, 17 dekabr 2025-ci il tarixli qeydiyyat tarixli tərəfindən qəbul edilməsinə və miras əmlakın tam olaraq onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin müdafiə etdi və əlavə olaraq göstərdi ki, nənəsi X5 20 sentyabr 1990-cı il tarixdə ölmüşdr. X2 Sarıbaş kəndində yerləşən torpaq sahəsi miras qalmışdır. Nənəsinin 3 vərəsəsi ölmüş, sağ qalan vərəsələr isə miras paydan onun xeyrinə imtina etmişlər. Miras əmlakla bağlı heç bir mübahisə yoxdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İş üzrə Qax rayon Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdeh Qax rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin verdiyi 17 dekabr 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat №li, **********94 №li Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax rayonu, Sarıbaş kəndində yerləşən 0.0060 ha həyətyanı torpaq sahəsi X3 tam mülkiyyətinə verilmişdir. A-İİ № 363313 №li ölüm haqqında şəhadətnamədən görünür ki, X5 19 sentyabr 1990-cı ildə ölmüşdür. A-İİ № 022587 №li ölüm haqqında şəhadətnamədən görünür ki, X8 01 iyun 2008-ci ildə ölmüşdür. Qax rayon Notariat ofisinin xüsusi notariusunun verdiyi 27 yanvar 2026-cı il tarixli 85 №li məktubdan görünür ki, iddiaçının nənəsi ilə qohumluq münasibətlərini təsdiq edən sənədləri təqdim etmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Həmçinin, vərəsələr Mülki Məcəllənin 1246-ci maddəsinə əsasən mirası 6 ay ərzində qəbul etməli və ya Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq mirası faktiki qəbul etməlidir. Odur ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinin tələbinə uyğun olaraq mirasın qəbulu üzrə buraxılmış müddətin uzadılması və qohumluq faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. X9 imzası notariat qaydada təsdiqlənmiş ərizədən görünür ki, 19 sentyabr 1990-ci il tarixdə vəfat etmiş X1 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın ona çatası hissəsini ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmişdir. X1 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq mirasın ona çatası pay hissəsinə dair digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmir. X10 tərəfindən yazılaraq imzalanmış ərizədən görünür ki, 19 sentyabr 1990-ci il tarixdə vəfat etmiş X1 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın ona çatası hissəsini ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmişdir. X1 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq mirasın ona çatası pay hissəsinə dair digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmir. X6 tərəfindən yazılaraq imzalanmış ərizədən görünür ki, 19 sentyabr 1990-cı ildə vəfat etmiş X1 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın ona çatası hissəsini ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmişdir. X1 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın ona çatası pay hissəsinə dair digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmir. X13 tərəfindən yazılaraq imzalanmış ərizədən görünür ki, 19 sentyabr 1990-cı ildə vəfat etmiş X1 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın ona çatası hissəsini ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmişdir. X1 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın ona çatası pay hissəsinə dair digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmir. Məhkəmənin mövqeyi: Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı, miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Lakin məhkəmə tərəfindən ilk növbədə iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, X5 20 sentyabr 1990-cı il tarixdə öldüyündən mübahisənin həllinə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinin sonuncu bəndinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. -527-ci maddənin birinci hissəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxtı qanun üzrə ola bilər ki, o vəsiyyətlə dəyişdirilməsin. -528-ci maddənin tələblərinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21 -ci maddəsində göstərilən gün hesab olunur. -529-cu maddənin tələblərinə görə vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. -530-cu maddəsinə əsasən aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə-miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar. -532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideyinləri (övladlığa götürülnələr) birinci növbəli vərəsələr hesab olunurlar. Şəxsin ölümündən doğulan uşaq da birinci növbəli vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideyinləri ölmüş ola valideyinləri ölmüş olsun, onlar özlərinin ölmüş atası (anasının) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan alırlar. 537-ci maddəsinin 1-ci hissəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəslər dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. 545-ci maddəsinə əsasən vəsiyyətnamə tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən şəxsən imzalanmalı və notariatda təsdiq edilməlidir. -552-ci maddəsinin 1-ci hissəsinə əsasən mirası əldə etmək üçün vərəsə onun qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. 3-cü hissəsinə əsasən bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. 552-ci maddəsinin 4-cü hissəsinə əsasən yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. - 552-ci maddəsinin 5-ci hissəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. - 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzürlü hesab edildikdə məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib natura ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. - 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ onun vərəsələrinə keçir. - ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində ümumi əsaslar üzrə onun vərəsələri tərəfindən həyata keçirilə bilər. - Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. 555-ci maddəsinə əsasən vərəsə digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakın sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Lakin bu halda vərəsə, vərəsəlik açıldığı gündən altı ay keçənə qədər və ya o miras hüquqna dair şəhadətnamə alana qədər miras əmlakı üzərində sərəncam etməyə (satmağa, girov qoymağa və s) haqlı deyildir. Bu halda vərəsə miras əmlakı hesabına yalnız aşağıdakı xərcləri çəkə bilər: 1) Miras qoyanın xəstəliyi zamanı edilən xidmətlər və həmçinin onun dəfni üçün, 2) Miras qoymuş şəxsin himayəsində olan şəxslərin saxlanılması üçün, 3) Əmək haqqı üzrə pretenziyaların və ona bərabər tutulan pretenziyaların təmini üçün, 4) Miras əmlakın mühafizəsi və onun idarə edilməsi üçün. 556-cı maddəsinin 1-ci hissəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. 556-cı maddəsinin 2-ci hissəsinə əsasən vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb ola bilər. 556-cı maddəsinin 3-cü hissəsinə əsasən vərəsə vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. 563-cü maddəsinin 1-ci hissəsinə əsasən miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü məhkəmə qaydasında aparılır. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçı tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» 16 oktyabr 2020-ci il tarixli, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2021-ci il 26 iyul tarixli Qərarları). Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsəniniradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından, iddiaçının izahatından, digər vərəsələrin miras əmlakı notariat və ya faktiki qəbul etmədikləri barədə ərizələrindən də görünür ki, həmin vərəsələr iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməsini mübahisələndirməmiş, miras əmlakdan özlərinə düşən payı ya notariat qaydada ya da faktiki qəbul etməmişlər. Hazırda miras əmlak üzərində iddiaçının payının tam müəyyən edilməsi ilə bağlı vərəsələr arasında mübahisə yoxdur. Eyni zamanda iş materiallarından bəlli olur ki, miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünə məxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Məhkəmə diqqətə çatdırır ki, ilk növbədə müəyyən edilməli olan hal mirasın nədən ibarət olmasından ibarətdir. Bu yöndə araşdırılma aparılan zaman müəyyən edilir ki, mirasın kütləsinə Qax rayonu, Sarıbaş kəndində yerləşən 0.0060 ha həyətyanı torpaq sahəsi daxildir. Mirasın kütləsi müəyyən edildiyindən məhkəmə qeyd edir ki, vərəsələrin əhatə dairəsi aşkar olunmalıdır. Hazırda mərhum X4 İddiaçı, X14, X10, X6 və X7 ibarət vərəsələri qalmışdır. Həmin vərəsələr onlara düşən miras paydan İddiaçı xeyrinə imtina edir və əmlakın mülkiyyətinə verilməsinə etiraz etmir. Digər vərəsələrin iddiaçı tərəfindən mirası faktiki qəbul etməsinə və miras əmlak üzərində onun payının tam müəyyən edilməsinə etiraz etməmələrini və miras əmlakla bağlı heç bir mübahisənin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edilməlidir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin verdiyi 17 dekabr 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat №li, **********94 №li Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən görünür ki, X3 mülkiyyətinə verilmiş Qax rayonu, Sarıbaş kəndində yerləşən 0.0060 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul etmə faktı müəyyən edilsin və həmin əmlakların üzərində İddiaçı tam payı müəyyən edilərək mülkiyyətinə verilsin. İddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar