Məhkəmə qərarları › İş №2(024)-96/2023

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-96/2023

18.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-96/2023 18.01.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon Aqrar İstehsalat Komissiyasının 28 dekabr 1997-ci il tarixdə 20 nömrəli qərarla mülkiyyətlərinə verilmiş 0.24 ha həyətyanı torpaq sahəsinin özlərinə düşən 0.16 ha hissəsinin naturada ayrılıb verilməsi tələbi” nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı ərizə ilə müraciət edərək, Qax rayon Aqrar İstehsalat Komissiyası 28 dekabr 1997-ci il tarixdə 20 nömrəli qərarla mülkiyyətinə verilmiş 0.24 ha həyatyanı torpaq sahəsinin özlərinə düşən 0.16 ha hissəsinin naturada ayrılıb veriməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş, tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələblərinə əsasən hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 – 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon Aqrar İstehsalat Komissiyasının 28 dekabr 1997-ci il tarixdə 20 nömrəli qərarla mülkiyyətlərinə verilmiş 0.24 ha həyətyanı torpaq sahəsinin özlərinə düşən 0.16 ha hissəsinin naturada ayrılıb verilməsi tələbi”nə dair ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə Ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10(on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar