Məhkəmə qərarları › İş №2(024)-97/2023

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-97/2023

05.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-97/2023 05.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçılar Şioşvili Maria Baqratovna, İddiaçı2, X1 cavabdehlər Cavabdeh Salamoviç və Suaraşvili Ketinoya qarşı “Özlərinə məxsus olan 13188.00 ha torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpaq sahəsinin ölçülərək özünün istifadəsinə verilməsi tələbi”nə dair dair ərizəsi üzrə mülki işə Qax Rayon Məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar Şioşvili Maria Baqratovna, İddiaçı2, X1 cavabdehlər Cavabdeh Salamoviç və Suaraşvili Ketinoya qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qonşularla sərhədlərin dəqiqləşdirilməsi, zəbt olunmuş torpaq sahəsindən məcburi çıxarılması və özünə məxsus olan JN- 294 saylı (KOD ********)saylı torpağın mülkiyyətə verilməsi haqqında dövlət aktı üzrə Qax rayonu Əlibəyli kəndində yerləşən 13188.00 ha torpağın ölçülərək ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar Şioşvili Maria Baqratovna, İddiaçı2, X2 məhkəməyə ərizə təqdim edərək iddianın baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 12 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsitəcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar Şioşvili Maria Baqratovna, İddiaçı2, X1 Cavabdeh Salamoviç və Suaraşvili Ketinoya qarşı “Özlərinə məxsus olan 13188.00 ha torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpaq sahəsinin ölçülərək özünün istifadəsinə verilməsi tələbinə” dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılar Şioşvili Maria Baqratovna, İddiaçı2, X1 cavabdehlər Cavabdeh Salamoviç və Suaraşvili Ketinoya qarşı “Özlərinə məxsus olan 13188.00 ha torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpaq sahəsinin ölçülərək özünün istifadəsinə verilməsi tələbi ”nə dair ərizənin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı X3 geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar