Məhkəmə qərarları › İş №2(025)-1028/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1028/2022

06.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1028/2022 06.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum X1nun xx.xx.1927-ci il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Tövlə kəndində doğulması, ata qrafasında ata adının X10, ana qrafasında ana adının Soltanova Aşa olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək göstərdi ki, o, xx xxxx 1971-ci il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonu, Tola kəndində anadan olmuşdur. X1 ilə anası X9 olmuş, atası 07 mart 2014-cü il tarixdə ürək çatmamazlığı xəstəliyindən, anası X9 isə 19 dekabr 2004-cü ildə şiş intoksikasıyası xəstəliyindən vəfat etmişlər. Hal-hazırda notariat ofisində atasından qalmış miras əmlakın qəbulu ilə əlaqədar notariat əməliyyatı aparılmasına görə atasının doğumunu təsdiq edəcək sənəd doğum haqqında şəhadətnamə tələb olunsa da, həmin sənəd aşkar olunmamışdır. Belə ki, atası 17 iyul 1927-ci il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Tövlə kəndində ev şəraitində doğulmuş və doğuş ixtisaslı həkim tərəfindən keçirilmədiyindən bu barədə həkim arayışı alınmamışdır. Hazırda, atasının doğumundan 95 il ötmüşdür. Həmçinin atasının atası, yəni babası X10 və atasının anası, yəni nənəai Soltanova Aşa olmuş, babası və nənəsi vəfat etmişlər. Mərhum atasının doğum haqqında şəhadətnaməsinin mövcud olması barədə Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə cavab olaraq Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-83/13 saylı arayışdan görünür ki, Maraqlı şəxs arxivində doğum haqqında akt qeydləri və avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yoxlanılmış, lakin X1nun doğum haqqında akt qeydi aşkar olunmamış, bu barədə məhkəməyə müraciət olunması bildirilmişdir. Ona görə X1nun doğum faktının məhkəmə qaydasında müəyyən olunması tələb olunur və atasının doğum faktı məhkəməyə təqdim olunmuş arxiv çıxarışında, evlənmək haqqında şəhadətnamədə və digər sənədlərdə öz əksini tapır. Həmçinin ərizədə qeyd olunan fakt məhkəmə iclasında dəvət ediləcək şahidlər vasitəsilə ilə də təsdiq oluna bilər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun çıxış edib, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin mərhum atası Şəmsəddin Dəmirov da onun qonşusu olmuş və anasının sinif yoldaşı olmuşdur. X12 2014-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərdi ki, ərizəçi onun qardaşıdır. X8 isə onun atasıdır və atası 2014-cü ildə vəfat etmişdir. Atası 17 iyul 1927-ci ildə doğulmuşdur və həmin tarixdə atalarının ad gününü qeyd etmişlər. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, işdə olan xx.xx.1971-ci il tarixli, AЗ seriyalı, 157551 №-li “evlənmək haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1927-ci il təvəllüdlü X8 ilə X3 09 avqust 1971-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 12 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Soltanov, arvada Soltanova soyadı verilmişdir. İşdə olan 09 avqust 1971-ci il tarixli, AЗБ seriyalı, 074377 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 7 iyun 1971-ci ildə Qutqaşen rayonu Tola kəndində doğulmuşdur. X1, anası X5r. İşdə olan Qəbələ rayon Tövlə kənd İƏN-yi tərəfindən verilmiş xx.xx.2014-cu il tarixli, AZ-İ seriyalı, 652335 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 “ürək çatmamazlığı” xəstəliyindən xx.xx.2014-cu il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cu ildə 02 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Çuxur Qəbələ İƏN-yi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, AZ-İ seriyalı, 101902 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 “şiş intoksikasiyası” xəstəliyindən xx.xx.2004-cü il tarixdə Qəbələ rayonu Tola kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü ildə 13 № ilə qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 30 mart 2022-ci il tarixli, 05/Q-83/13 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında Ərizəçi doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Eyni zamanda həmin məktubda qeyd olaraq Ərizəçi ata adı “X10”, ana adı “Soltanova Aşa” kimi göstərilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə ərizəçinin və şahidlərin ifadəsindən, iş materiallarında olan sənədlərlə müəyyən olundu ki, Ərizəçi mərhum X1 17 iyul 1927-ci ildə Qəbələ rayonu, Tola kəndində doğulmuşdur. X4, anası Soltanova Aşadır. Lakin ərizəçinin mərhum X1nun Qəbələ rayonu, Tola kəndində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum X1nun 17 iyul 1927-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Tola kəndində doğulması, atasının X10, anasının Soltanova Aşa olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar