Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1030/2020 16.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun xx xxxx 1946-cı ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Şəfili kəndində doğulması və doğum şəhadətnaməsi verilərkən doğum şəhadətnaməsinin ata qrafasında ata adının X4 və ana qrafasında X3 yazılması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək göstərdi ki, o, xx xxxx 1946-cı il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonunun Şəfili kəndində anadan olmuşdur. 1946-cı illərdə müharibədən sonrakı dövrlər olduğuna görə və ya başqa səbəbdən valideynləri ona doğum şəhadətnaməsi almamışlar. 2005-ci ilə qədər onun şəxsiyyətini müəyyən edən heç bir sənədi olmamışdır. Yalnız 2005-ci ildə seçkilərlə əlaqədar ona şəxsiyyət vəsiqəsi yazılmış və həmin şəxsiyyət vəsiqəsində təvəllüdlü 1946 yazılmışdır, doğulduğu gün və ay haqqında heç nə qeyd edilməmişdir. X1, anası isə X3 olmuşdur. Qəbələ rayonunda aqrar islahatı aparılan zaman ona paylı mülkiyyət hüququ əsasında mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Torpaq sahəsindən onun payına düşən mülkiyyətinin üzərində hüquqlarını həyata keçirmək istəmişdir. Lakin, məlum olmuş ki, onun doğum şəhadətnaməsi yoxdur. Doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 05/9-237/13 məktubla ona cavab verilmiş ki, onun barəsində doğum akt qeydi aşkar edilməmişdir və tövsiyyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki, o, başqa yolla doğum şəhadətnaməsi əldə edə bilmir. Odur ki, Ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə göndərdiyi məktubda xx xxxxxxx 2020-ci il tarixdə keçiriləcək məhkəmə iclasını nümayəndəsinin iştirak olmadan keçirilməsini xahiş etmişdir.Odur ki, məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan ərizəçiyə aid AZE seriyalı, P4164474 nömrəli “Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu”nun surətindən görünür ki, ərizəçinin doğum tarixi xx.xx.1946-ci il kimi qeyd olunmuşdur. İşdə olan ərizəçiyə aid НЗ seriyalı, ******* nömrəli “Hərbi Bilet”in surətindən görünür ki, ərizəçinin doğum tarixi 1946-ci il kimi qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Şəfili kənd X5 tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 53 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Şəfili kəndində yaşayır və 01 №-li təsərrüfatbaşına kitabının 09-cu səhifəsində qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 05/Q-237/13 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında Ərizəçi doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Eyni zamanda həmin məktubda qeyd olaraq Ərizəçi ata adı “X4”, ana adı “X3” kimi göstərilmişdir. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1946-ci il tarixdə Qəbələ rayonu, Şəfili kəndində doğulmuş, Qəbələ rayonu Şəfili kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinin tələbinə görə isə, qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə ərizəçinin və şahidlərin ifadəsindən müəyyən olundu ki, Ərizəçi xx xxxx 1946-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonun Şəfili kəndində doğulmuşdur. X1, anası X2r. Lakin Ərizəçi ev şəraitində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 01iyul 1946-ci ildə Qutqaşen(indiki Qəbələ) rayonun Şəfili kəndində doğulması, atasının X4, anasının X3 olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1030/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1030/2020
16.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver