Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-105/2021 23.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs İsmayıllı rayon Notariat Kontoruna qarşı “qohumluq münasibəti faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx xxxxxx 2009-cu ildə İsmayıllı rayon Kürdeldarbəyli kəndində vəfat etmiş X4 onun doğma bibisi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizə onunla əsaslandırılmışdır ki, bibisi X1 rayon Kürdeldarbəyli kəndində ərdə olmuş, övladı olmamışdır. Bibisi Peykar xx xxxxxx 2009-cu ildə, bibisinin əri isə 1993-cü ildə vəfat etmişdir. Bibisindən JN-00xx xxx 40705038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə İsmayıllı rayon Kürdeldarbəyli kəndində 0,75 ha torpaq sahəsi miras qalmışdır. Mirası faktiki vəziyyətdə qəbul etmişdir. Belə ki, mirası qoruyur, əkilib-becərilməsini təmin edir. Lakin bibisinin və atasının doğum akt qeydləri tapılmadığından bibisi ilə onun arasındakı qohumluq münasibətini müəyyən etmək olmadığına görə bibisindən qalan mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Bu hüquqi faktın məhkəməyədək və məhkəmədən kənar təsdiqi mümkün deyildir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahatında göstərdi ki, onun atası X24, anası X7r. O, X17 bacısı oğludur. Ağayev Calalın iki qardaşı olub: X27, X28. Ağayev Calal və qardaşları rəhmətə gedibdir. Ağayev Calalın həyat yoldaşı Ağayeva (Mustafayeva) Peykar Mustafa qızıdır. O, Qəbələ rayonunun Bayramkoxa kəndindən olub, İsmayıllı rayonu Kürdeldarbəyli kəndinə ərə getmişdir. 2009-cu ilin fevral ayının 12-də həmin kənddə rəhmətə getmişdir. Ağayev Calal və Ağayeva Peykarın övladları olmamışdır. Calal qardaşı İkramın oğlu X11 övladlığa götürüb saxlamışdır. Lakin övladlığa götürməni rəsmiləşdirməmişdirlər. X33 baxıb böyütmüşdürlər, onlar qocalanda da Nurulla onlara baxıb, qayğı göstərib, müalicələrini o elədib, rəhmətə gedəndə yaslarını verib, qəbirlərinin üstünü götüzdürüb. Ağayev Nurulla hal-hazırda işi ilə əlaqədar Bakı şəhərində yaşayır. Ağayev Calalın iki bacısı var idi: X12 və X22, onlar hər ikisi rəhmətə getmişdirlər. Xalam Humayənin bir oğul, üç qız övladı doğulmuşdur. Peykarın qardaşları var idi, rəhmətə getmişdir. Peykarın onun tanıdığı bir qardaşı var idi, adı Camal idi. Qəbələ rayonu, Bayramkoxa kəndində yaşayırdı, rəhmətə getmişdir. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, o, İsmayıllı rayonunun Kürdeldarbəyli kənd sakinidir. Uzun illər həmin kənddə Bələdiyyə sədri işləmişdir, hal-hazırda həmin kənd Bələdiyyəsində sədr müavini vəzifəsində işləyir. Rəhmətlik Peykar xala onların kəndinin sakini olmuşdur. Onun övladı olmamışdır. O, qaynı X16 Nurullaya baxıb böyütmüşdür, lakin rəsmi olaraq, övladlığa götürməmişdir. Peykar xalanın qardaşı oğlu Ərizəçidur. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahatında göstərdi ki, o, İsmayıllı rayonunun Kürdeldarbəyli kənd sakinidir. Ağayev Nurullanın atası ilə onun atası xalaoğlu olmuşdurlar. X20 analığı olmuşdur. Peykar Ağayeva da Nurullanın əmisi arvadı olmuşdur. Peykarın əri Ağayev Calal olmuşdur. Calal özü böyük qardaş olmuşdur. Sonrakı qardaş Ağayev İkramdır. Nurulla İkramın oğludur. İkramın Nurulladan başqa da övladları var: X29, Ağayeva Rəsmiyyə, Ağayeva Hüsniyyə. Calalın üçüncü qardaşı da Ağayev Tofiq olmuşdur. O da rəhmətə getmişdir. Tofiqin beş övladı var. Peykar Ağayevanın da qohumu - qardaşı oğlu Ərizəçidur. Qüdrətin də övladları Nümayəndə, Mustafayev Hacıbaladır. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X23 izahatında göstərdi ki, o, Ağayev İkramın oğludur. Peykar İkramın qardaşının həyat yoldaşı olmuşdur. Mustafayev X18rdaşının oğludur. O, ikinci sinifdə oxuyanda Ağayev Calal və analığı Ağayeva Peykar onu götürüb baxmışdırlar. Ağayeva Peykardan 0,75 ha torpaq, həyətyanı torpaq və ev miras qalmışdır. Həyətyanı torpaq sahəsi və evi vəsiyyətnamə əsasında ona vəsiyyət etmişdir və öz adına keçirtmişdir. Kənd təsərrüfatı təyinatlı torpa sahəsi isə vəsiyyət etsə də, sonradan ona məlum olmuşdur ki, yalnız yaxın qohumuna vəsiyyət edə bilərmiş. O da sənədlə Ağayeva Peykarın qaynının oğlu olduğuna görə həmin torpaq sahəsi onun adına rəsmiləşdirilə bilməz, yalnız yaxın qohumunun adına rəsmiləşdirilə bilər. Maraqlı şəxs İsmayıllı rayon notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçi və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan xx.xx.2009-cu il tarixli, AZ-İ seriyalı, 346964 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 “insult” xəstəliyindən xx.xx.2009-cu il tarixdə İsmayıllı rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu ildə 10 № ilə qeyd edilmişdir. İşdə olan xx.xx.1993-cü il tarixli, İV-ЖГ seriyalı, 388154 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X30 xx.xx.1993-cü il tarixdə İsmayıllı rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1993-cü ildə 5 № ilə qeyd edilmişdir. İşdə olan Qutqaşen rayonu Zalam kənd soveti tərəfindən verilmiş xx.xx.1976-ci il tarixli, İ-ЖГ seriyalı, 355141 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X30 ilə X3 xx xxxx 1957-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 02 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, AZ-T seriyalı, 094493 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxx 1935-ci ildə Qəbələ rayonu Bayramkoxa kəndində doğulmuşdur. X2, anası X14r. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, 531 nömrəli arayışdan görünür ki, X3 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları və arxiv məlumatları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, 530 nömrəli arayışdan görünür ki, X5 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları və arxiv məlumatları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/Q-266/13 nömrəli məktubla ərizəçiyə “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X13”nun ölüm akt qeydi aşkar edilmədiyindən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan JN-0004 (Kod: 40705038) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, İsmayıllı rayon AİK-in xx xxxx 1998-ci il tarixli 41 nömrəli qərarına əsasən, X4 mülkiyyətinə İsmayıllı rayon Kürdeldarbəyli kəndində 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan X10 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X10 bütün əmlakını qaynı oğlu X15 vəsiyyət etmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Bayramkoxalı kənd İƏD tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 176 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Bayramkoxalı kəndində yaşayır. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1935-ci il tarixdə Qəbələ rayonu Bayramkoxa kəndində doğulmuş, Qəbələ rayonu, Bayramkoxa kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsaəsn şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməısinin faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi vəfat etmiş bibisindən qalmış miras əmlaka vərəsəliyin rəsmiləşdirilməsi üçün müvafiq notariat kontoruna müracət etmiş, lakin bibisinin və atasının doğum haqında şəhadətnamələrinin olmaması onun bu hüququnun həyata keçirilməsini mümkünsüz etmişdir. Bu səbəbdən də ərizəçinin vərəsəliklə bağlı hüquqlarını həyata keçirmək üçün qeyd olunan şəxslə qohumluq münasibətlərinin müəyyən edilməsi faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən X4 Ərizəçi bibisi olması faktı aşkardır və bu hal şahid ifadələri və işdəki sənədlərlə də təsdiq olunur. Lakin, ərizəçinin atası və bibisinin doğum akt qeydləri olmadığı üçün, onların qohum olması faktı yalnız məhkəmə qaydasında müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, mərhum X8 məxsus “nikah haqqında” şəhadətnamədə soyadının “Həmidova”, ata adının “Mustafa” olaraq göstərilməsi, eyni zamanda Ərizəçi “doğum haqqında” şəhadətnaməsində ata qrafasında atasının soyadının “Həmidov”, atasının ata adının “Mustafa” olaraq göstərilməsi ərizəçi ilə X4 qohumluq münasibətlərini göstərir. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X10 ilə qohumluq münasibətləri, yəni, X4 onun bibisi olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-105/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-105/2021
23.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver