Məhkəmə qərarları › İş №2(025)-1053/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1053/2022

20.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1053/2022 20.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Qəbələ Regional X5 cavabdeh X2 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması və təhvil verilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Qəbələ Regional X5 nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Qəbələ Regional X5 Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X13Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Qəbələ meşəbəylikləri üzrə Yenikənd meşəbəyliyinin 04 saylı dolayının 14-cü kvartalının 4-cü bölməsində Meşə fondu torpaqlarına aid 0,61 ha meşə fondu torpağının boşaldılması, həmin torpaq sahəsində olan bütün tikinti və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi və ərazinin təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, X13 Təsərrüfatı Mərkəzi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin əməkdaşları ilə birgə meşə fondu torpaqlarının istifadə vəziyyətini araşdırmaq məqsədi ilə meşə fondu torpaqlarına baxış keçirmişdir. Keçirilən baxış zamanı X13 X4 meşəbəylikləri üzrə Yenikənd meşəbəyliyinin 04 saylı dolayının 14-cü kvartalının 4-cü bölməsində Meşə fondu torpaqlarına aid 0,61 ərazinin istirahət-rekreasiya fəaliyyəti göstərmək məqsədi ilə Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyi aşkar olunmuşdur. Zəbt olunmuş ərazi və həmin ərazidə aparılmış tikintilər barədə müvafiq akt tərtib olunmuşdur. Bundan başqa cavabdehin zəbt olunmuş ərazidə istirahət-rekreasiya fəaliyyəti göstərdiyi də məlum olmuşdur. X13 Təsərrüfatı Mərkəzinə zəbt olunmuş meşə fondu torpaqlarının boşaldılması və əvvəlki vəziyyətə qaytarılması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələrin İnkişafı Xidmətinin nömrəli məktubu göndərilmişdir. Öz növbəsində X13 Təsərrüfatı Mərkəzi cavabdehə rəsmi məktub göndərərək zəbt olunmuş ərazinin boşaldılmasını tələb etmişdir. Lakin cavabdeh həmin tələbə əməl etmir, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı Qəbələ Regional X5 nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək göstərdi ki, ailəsini dolandırmaqdan ötrü, maddi vəziyyəti ilə bağlı Qəbələ rayonu Bunud kəndi ərazisində X13 Təsərrüfatı Mərkəzinə məxsus ərazidə iaşə obyektini açmışdır. Qəbələ Regional X5 nümayəndələri tərəfindən həmin əraziyə baxış keçirilmişdir. Bundan sonra yaşadığı ünvana X13 Təsərrüfatı Mərkəzi tərəfindən rəsmi məktub göndərilərək torpaq sahəsinin boşaldılması ondan tələb edilmişdir. İstifadə etdiyi sahəni boşaltmağa razıdır. Odur ki, Cavabdeh məhkəmədən ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 23 fevral 2022-ci il tarixdə Meşələrin İnkişafı Xidmətinin X6 Mərkəzinin baş mütəxəssisi X7, mərkəzin baş mühəndisi X8, X13 təsərrüftı mərkəzinin meşə uçotu və kadastr üzrə baş mühəndisi Nümayəndə, Yenikənd meşəbəyliyinin meşəbəyisi X3 və Qəbələ rayonu Bunud kənd sakini Cavabdeh iştiraklar ilə tərtib olunmuş aktdan görünür ki, Meşələrin İnkişafı Xidmətinin 22 fevral 2022-ci il tarixli 044/em saylı əmrinə əsasən Qəbələ RMTM-nin xidməti ərazilərində icarəyə verilmiş meşə fondu torpaqlarının təyinatı üzrə istifadə olunması, habelə meşə qanunvericiliyin tələblərinə riayət edilməsini yerində araşdırmaq məqsədi ilə X13 X1 meşəbəyliyinin 04 saylı dolayının 16-cı kvartalının 4-cü bölməsinə baxış keçirilmişdir.Baxış zaman müəyyən olunmuşdur ki, ərazidə Qəbələ rayonu Bunud kənd sakini Cavabdeh məxsus iaşə obyekti kimi gələcəkdə nəzərdə tutularaq icarə müqaviləsi olmadan ərazidə 0,61 ha sahədən qanunsuz istifadə olunmaqla, 8x6x3 m ölçüdə dəmir dirəklər üzərində aralıqları bişmiş kərpiclə örtürülmüş 1 ədəd mətbəx üçün nəzərdə tutulmuş yarımçıq tikili, 2,2x2x2 m ölçüdə dəmirdən daşınan 4 ədəd besetka, 3x3x2 m ölçüdə dəmir dirəklər basıdırılmış, lakin üstü örtülməmiş bededka yeri mövcuddur. Araşdırma zamanı GPS əl aləti vasitəsi ilə ərazinin koordinatları götürülmüş, fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. İş materiallarında olan Qəbələ Regional X5 11may 2022-ci il tarixdə Cavabdeh ünvanladığı məktubda Yenikənd meşəbəyliyinin 04 saylı meşə dolayının kv 16, b 4-ə məxsus torpaq sahəsinin qanunsuz olaraq onun tərəfindən zəbt olunduğu nəzərinə çatdırılmaqla ərazidə olan tikililərin sökülməsi, əvvəlki vəziyyətinə qaytarılması və X13 Təsərrüfatı Mərkəzinə təhvil verilməsi ondan tələb edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Meşə Məcəlləsinin 1-ci maddəsinə əsasən meşə fondu sahələri - meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri hesab olunur. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 10-cu maddəsinə əsasən Meşə fondu sahələrindən istifadə hüququ verilən fiziki və hüquqi şəxslər meşə istifadəçiləridir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31-ci maddəsinə görə meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a) məqsədləri üçün istifadə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qəbələ meşəbəylikləri üzrə Yenikənd meşəbəyliyinin 04 saylı dolayının 14-cü kvartalının 4-cü bölməsində Meşə fondu torpaqlarına aid 0,61 ha meşə fondu torpağı cavabdeh tərəfindən mövsümü vaxtlarda istifadə olunmuş, o həmin torpaq sahəsini qanunsuz və əsassız olaraq istifadə etdiyini etiraf etmiş və torpaq sahəsində müəyyən yüngül konstruksiyalı tikinti və yenidənqurma işləri aparılmış, oranın əvvəlki vəziyyətə gətirilməsi və istənilən vaxt ərazini təhvil verməyə hazır olduğunu bildirmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı qeyd olunan meşə fondu torpaqlarının cavabdeh tərəfindən qanuni əsaslarla istifadə olunmasına dair hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adıçəkilən Məcəllənin 80-cı maddəsinəəsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinəəsasən məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, Qəbələ meşə bəylikləri üzrə Yenikənd meşəbəyliyinin 04 saylı dolayının 14-cü kvartalının 4-cü bölməsində meşə fondu torpaqlarına aid 0,61 ha meşə fondu torpağı Cavabdeh tərəfindən boşaldılmalı, həmin torpaq sahəsində olan bütün tikinti və qurğular cavabdehin vəsaiti hesabına sökülməli və iddiaçı X13 Təsərrüfatı Mərkəzinə təhvil verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qəbələ meşəbəylikləri üzrə Yenikənd meşəbəyliyinin 04 saylı dolayının 14-cü kvartalının 4-cü bölməsində meşə fondu torpaqlarına aid 0,61 ha meşə fondu torpağı Cavabdeh tərəfindən boşaldılsın, həmin torpaq sahəsində olan bütün tikinti və qurğular cavabdehin vəsaiti hesabına sökülsün və iddiaçı X13 Təsərrüfatı Mərkəzinə təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar