Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1055/2022 13.12.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Qəbələ Regional X2 nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı X3Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X3Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Qəbələ meşəbəylikləri üzrə Vəndam meşəbəyliyinin 05 saylı dolayının 80-ci kvartalının 5-ci bölməsində Meşə fondu torpaqlarına aid 0,40 ha meşə fondu torpağının boşaldılması, həmin torpaq sahəsində olan bütün tikinti və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi və ərazinin təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 Təsərrüfatı Mərkəzi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin əməkdaşları ilə birgə meşə fondu torpaqlarının istifadə vəziyyətini araşdırmaq məqsədi ilə meşə fondu torpaqlarına baxış keçirmişdir. Keçirilən baxış zamanı X3 X1 meşəbəylikləri üzrə Vəndam meşəbəyliyinin 05 saylı dolayının 80-ci kvartalının 5-ci bölməsində Meşə fondu torpaqlarına aid 0,40 ərazinin istirahət-rekreasiya fəaliyyəti göstərmək məqsədi ilə Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyi aşkar olunmuşdur. Zəbt olunmuş ərazi və həmin ərazidə aparılmış tikintilər barədə müvafiq akt tərtib olunmuşdur. Bundan başqa cavabdehin zəbt olunmuş ərazidə istirahət-rekreasiya fəaliyyəti göstərdiyi də məlum olmuşdur. X3 Təsərrüfatı Mərkəzinə zəbt olunmuş meşə fondu torpaqlarının boşaldılması və əvvəlki vəziyyətə qaytarılması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələrin İnkişafı Xidmətinin nömrəli məktubu göndərilmişdir. Öz növbəsində X3 Təsərrüfatı Mərkəzi cavabdehə rəsmi məktub göndərərək zəbt olunmuş ərazinin boşaldılmasını tələb etmişdir. Lakin cavabdeh həmin tələbə əməl etmir, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş və rəy alınadək iş üzrə icraat dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********11 saylı rəyi məhkəməyə daxil olmuş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək işin məhkəmə baxışı davam etdirilmişdir. Məhkəmə iclasında iddiaçı Qəbələ Regional X2 nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, mülki işin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X3Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın.. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1055/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1055/2022
13.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver