Məhkəmə qərarları › İş №2(025)-1058/2022

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1058/2022

20.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1058/2022 20.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Qəbələ Regional X1 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Qəbələ Regional X1 Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Qəbələ meşəbəylikləri üzrə Vəndam meşəbəyliyinin 06 saylı dolayının 92-ci kvartalının 11-ci bölməsində Meşə fondu torpaqlarına aid 0,40 ha meşə fondu torpağının boşaldılması, həmin torpaq sahəsində olan bütün tikinti və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi və ərazinin təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Qəbələ Regional X1 nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, eyni zamanda göstərdi ki, daha əvvəllərdə iddiaçı olduğu təşkilat tərəfindən hazırki cavabdehə qarşı iddia qaldırılmış, lakin onlarda həmin işə dair yekun məhkəmə aktı mövcud deyildir. Göstərilənlərin nəzərə alınmasını və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsini, mülki işin sənədlərini, o cümlədən məhkəmənin təşəbbüsü ilə iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(025)-212/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsini nəzərdən keçirib hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, həmin qətnamədən və iddiaçının hazırki tələbindən görünür ki, iddiaçı artıq bu tələblə cavabdehə qarşı iddia qaldırmış və məhkəmə tərəfindən iddia təmin edilərək, Qəbələ rayonu Vəndam meşəbəyliyinin 06 saylı dolayının 92-ci kvartalının 11-ci bölməsində meşə fondu torpaqlarına aid 0,20 ha torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılması, həmin torpaq sahəsində olan bütün tikinti və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi və ərazi X2 Təsərrüfatı Mərkəzinə təhvil verilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış, ancaq iddiaçı yenidən Cavabdeh qarşı eyni məsələ ilə bağlı eyni predmetli iddia qaldırmışdır. Belə ki, Qəbələ Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(025)-212/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hazırda mübahisələndirilən Cavabdeh tərəfindən Qəbələ meşəbəylikləri üzrə Vəndam meşəbəyliyinin 06 saylı dolayının 92-ci kvartalının 11-ci bölməsində Meşə fondu torpaqlarına aid 0,40 ha meşə fondu torpağının boşaldılması, həmin torpaq sahəsində olan bütün tikinti və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi və ərazinin təhvil verilməsi barədə məsələyə münasibət bildirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Qəbələ Regional X1 Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbi üzrə iddiaya artıq 2019-cu il tarixdə Qəbələ Rayon Məhkəməsi tərəfindən baxılmaqla qətnamə qəbul edildiyindən, həmin qətnamə qanuni qüvvəsini aldığından, hazırki tələbə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qəbələ Regional X1 Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar