Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1067/2020 22.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Qəbələ rayon Şöbəsinə qarşı “əmək stajının olması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Qəbələ rayon Şöbəsinə qarşı “əmək stajının olması faktının müəyyən edilməsinə” tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun xx.xx.1993 - xx.xx.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş “Şıxəli Qurbanov” adına kolxozda iş dövrü, həmin dövrdə faktiki işlədiyi iş günləri və müəyyən olunmuş minimum iş günü normalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, 1947-ci ildə Kəlbəcər rayonun Şurtan kəndində doğulmuş və 1993-cü ilədək orada yaşamışdır. 1993-cü ildən məcburi köçkün olaraq Qəbələ rayonunda məskunlaşmışdır. Kəlbəcər rayonu işğal olunan ərəfədə “Şıxəli Qurbanov” adına kolxozun bütün qoyunçuluq təsərüfatı rayondan çıxarılmış, Zərdab və Ağdaş rayonlarına köçürülmüşdür. xx.xx.1993-xx.xx.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş "Şıxəli Qurbanov” adına kolxozda kolxoz sədri işləmişdir. Məcburi köçkün olsalar da qoyunçuluq təsərrüfatı olduğuna görə işini davam etdirmişdir. Ona aid olan, 1993-1997-cı illərə aid əmək fəaliyyətinə dair sənədlərində (əmək kitabçamda) xx.xx.1993-cü ildə kolxoz üzvülüyünə qəbul olunmaraq kolxoz sədri seçilmişdir və xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kəlbəcər rayon Şurtan kənd İcra Nümayəndəsi vəzifəsində işləmişdir. Həmin tarixdən icra nümayəndəsi keçdiyinə görə və ərazi üzrə hələlik arxiv formalaşmadığından kolxoza aid sənədləri Kəlbəcər rayon icra Hakimiyyəti nəzdində olan X3 baş mühasibi Səftər İsmayılova təhvil vermişdir. Sonra pensiyaya çıxan vaxtı sonuncu vəfat etdiyindən bəzi arxiv sənədlərini, o cümlədən həmin illərə aid sənədləri tapa bilmədi. Bu səbəbdən Kəlbəcər rayonunda fəaliyyət göstərmiş “Şıxəli Qurbanov” adına kolxozda kolxoz sədri işlədiyi müddət 1993-1997-ci illərə aid iş stajının əmək günlərinə aid sənədləri müəyyən etmək mümkün olmadı. Bu gün də o, yuxarıda qeyd etdiyi dövrə aid iş stajı sənədlərini (işlədiyi müddətdə faktiki iş günü normalarına dair) bərpa edə bilmir. Qeyd olunan dövrə aid iş stajı sənədlərini DSMF Qəbələ filialına təqdim edə bilmədiyi üçün ona pensiya təyin olunmasından imtina olunmuşdur. Halbuki, həmin illərə dair iş stajı sənədləri olub və hazırda hansı səbəblərə görə məhv edilib bilmir. Qeyd olunan faktı təsdiq edə biləcək şahidləri də vardır. İşlədiyi müddətdə faktiki iş günü normalarının bərpası adi qaydada mümkün deyildir. Ona görə də Kəlbəcər rayonunda fəaliyyət göstərən “Şıxəli Qurbanov” adına kolxozun arxiv sənədləri olmadığından orada işlədiyi müddətdə faktiki iş günü normalarının bərpası məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə prosesində maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Qəbələ rayon şöbəsinin nümayəndəsi X2 ərizə ilə müraciət edərək bildirdi ki, Ərizəçi iddia etdiyi iş stajının təsdiq edən əmək kitabçası mövcuddur. Hazırkı iş üzrə əmək kitabçasının mövcud olması ərizəçi tərəfindən irəli sürülmüş iddianın Qəbələ Rayon Məhkəməsində baxılmasının mümkünsüz sayılması üçün əsas verir. Mübahisəyə İnzibati məhkəmədə baxılmalıdır. Odur ki, Ərizəçi ərizəsinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəsatətin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X4 Nazirili yanında Dövlət X6 Qəbələ rayon Şöbəsinə qarşı “əmək stajının olması faktının müəyyən edilməsinə” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki-prosessual və inzibati-prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarından görünür ki, qanunverici işlərin inzibati məhkəməyə aid edilməsinin əsas meyarları kimi həm mübahisənin yarandığı hüquq münasibətinin iştirakçılarının subyekt tərkibini, həm mübahisənin predmetini, həm də hüquq münasibətinin xarakterini əsas götürmüşdür. Hazırkı iddia tələbindən görünür ki, ərizəçi iddia ərizəsində xx.xx.1993 - xx.xx.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş “Şıxəli Qurbanov” adına kolxozda iş dövrü, həmin dövrdə faktiki işlədiyi iş günləri və müəyyən olunmuş minimum iş günü normalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəlləyə əsasən isə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Ona görə də hazırki mübahisəyə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarında məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda sadalananlar nəzərə alınaraq Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X4 Nazirili yanında Dövlət X6 Qəbələ rayon Şöbəsinə qarşı “əmək stajının olması faktının müəyyən edilməsinə” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Qəbələ rayon Şöbəsinə qarşı “əmək stajının olması faktının müəyyən edilməsinə” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Ərizəçiyə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1067/2020
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1067/2020
22.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver