Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1077/2022 20.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi və ərizəçinin vəkili X1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx xxxx 1941-ci il tarixdə Qəbələ rayonun Savalan kəndində doğulmağı hüquq faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin validenylərə dair qeyd olunması, aparılmalı olan qrafasında atasının X13, anasının X8 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1941-ci il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonunun Savalan kəndində anadan olmuşdur. 1941-ci illərdə faşist Almaniyasına qarşı müharibə gedirdi və keçmiş SSRİ məkanında olan bütün ölkələrdə, o cümlədən Azərbaycanda da bütün dövlət ququmları ancaq müharibə qayğıları ilə hərəkət edirdilər. Bu səbəbdən və ya başqa səbəbdən valideynləri ona doğum şəhadətnaməsi almamışlar. 21 avqust 2005-ci il tarixdə seçki ilə əlaqədar adına tərtib edilmiş şəxsiyyət vəsiqəsində təvəllüdü 01. 07.1941, adı isə İlduzə kimi göstərilmişdir. O, həqiqətən 1941-ci ildə göstərilən tarixdə anadan olmuş və adı da Ulduzə olmuşdur. X4, anası isə X7 olmuşdur. O, 23 mart 1960-cı il tarixdə Zarağan kənd sakini X2 ərə getmiş və ərə gedən zaman ərinin soyadını-Çələbiyeva soyadını qəbul etmiş, bu səbəbdən sənədlərdə soyadı Çələbiyeva kimi göstərilmişdir. Nikaha qədərki soyadı Səlimova olmuşdur. Qeyd edir ki, ona şəxsiyyət vəsiqəsi verilənə qədər onun şəxsiyyətini müəyyən edən hər hansı bir sənədi olmamışdır. Seçkilərlə əlaqədar olaraq 2005-ci ildə ona tələm-tələsik şəxsiyyət vəsiqəsi tərtib edilmişdir. Həmin şəxsiyyət vəsiqəsinin ona hansı sənədlər əsasında tərtib edildiyini bilmir. Qəbələ rayonunda aqrar islahatı aparılan zaman paylı mülkiyyət hüququ əsasında mülkiyyətinə torpaq sahəsi verilmişdir. Torpaq sahəsindən onun payına düşən mülkiyyətinin üzərində hüquqlarının həyata keçirmək istədi. Lakin, məlum oldu ki, onun doğum şəhadətnaməsi yoxdur. Doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etdi. Qeydiyyat şöbəsinin 17 may 2022-ci il tarixli, 05/Q-141/13 saylı məktubu ilə ona cavab verildi ki, onun barəsində doğum akt qeydi aşkar edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili X3 ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəməyə 05/Q-1110/13 saylı məktub ünvanlayaraq Ərizəçi “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə şahid qismində dindirilmiş X11 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. Anası 1941-ci ildə anadan olmuşdur, onun ad gününü həmişə 01 iyul tarixində qeyd ediblər. Mərhum nənəsinin adı X8, mərhum babasının adı X13 olmuşdur. Anası Ərizəçi soyadı isə Səlimova olmuşdur. İş üzrə şahid qismində dindirilmiş X14 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. Onun təvəllüdü xx xxxx 1941-cü ildir. O, Savalan kəndində anadan olub. Mərhum nənəsinin adı X8, mərhum babasının adı X13 olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi İş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ rayon Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 05/Q-141/13 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, arxiv məlumatlarında X5 doğumu haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Qutqaşen rayon Böyük Pirəli kənd soveti tərəfindən 23 mart 1960-cı il tarixdə verilmiş İ-İE № 119972 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X9 arasında 23 mart 1960-cı ildə nikah bağlanmış, nikahdan sonra ərə Çələbiyev, arvada Çələbiyeva soyadı verilmişdir. Həmin şəhadətnamədə doğum qrafasında ərizəçinin doğum tarixi “1941-ci il” olaraq, doğulduğu yer qrafasında “Qəbələ rayonu, Savalan kəndi” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ xx.xx.2005-ci il tarixdə verilmiş AZE № 0******* saylı Azərbaycan Respublikası Vətandaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, burada ərizəçinin doğum tarixi “xx.xx.1941” olaraq, doğulduğu yer “Qəbələ rayonu, Savalan kəndi” olaraq qeyd olunmuşdur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Çələbiyeva (Səlimova) Ulduzə Mirhüseyn qızı xx xxxx 1941-ci il tarixdə Qəbələ rayon, Savalan kəndində doğulmuşdur. Məhkəmə həmçinin qeyd edit ki, ərizəçiyə məxsus AZE № 0******* saylı Azərbaycan Respublikası Vətandaşının Şəxsiyyət Vəsiqəsi doğum haqqında ilkin sənəd olmadan verilmiş və ərizəçinin adı “Ulduzə” əvəzinə “İlduzə” olaraq qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Çələbiyeva (Səlimova) Ulduzə Mirhüseyn qızının xx xxxx 1941-ci il tarixdə Qəbələ rayon, Savalan kəndində doğulması, atasının X13, anasının X8 olması hüquqi faktı müəyyən edilməli və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçinin, yəni Çələbiyeva (Səlimova) Ulduzə Mirhüseyn qızının xx xxxx 1941-ci il tarixdə Qəbələ rayon, Savalan kəndində doğulması, atasının X13, anasının X8 olması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1077/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1077/2022
20.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver