Məhkəmə qərarları › İş №2(025)-1078/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1078/2022

26.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1078/2022 26.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun, yəni Ərizəçi qının xx xxxxx 1934cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu Bum kəndində doğulması, atasının X3, anasının X6 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1934-cü il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonunun Bum kəndində anadan olmuşdur. Ona məlum olmayan səbəblərdən valideynləri ona doğum şəhadətnaməsi almamışlar. Onun məktəbə 1-ci sinifə getdiyi illərdə məktəbə gedərkən məktəbdə uşaqların doğum şəhadətnaməsi tələb edilmirmiş. Sadəcə olaraq valideynləri demişlər ki, o, 1934-cü ilin aprelin ayının 15-də anadan olmuşdur. Beləliklə, valideynlərinin sözlərinə görə o, xx xxxxx 1934-cü ildə anadan olmuşdur. Ona məxsus şəxsiyyət vəsiqəsində və nikah haqqında şəhadətnaməsində də doğum tarixi xx xxxxx 1934cü il kimi göstərilmişdir. X1, anası isə X6 olmuşdur. Bu yaxınlarda məlum olmuş ki, onun doğum şəhadətnaməsi yoxdur. Belə ki, doğum şəhadətnaməsi olmadan vərəsəliklə bağlı bəzi məsələləri edə bilmir. Belə olub Doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsinin 14 iyul 2022-ci il tarixli, 05/Q-199/15 saylı məktubu ilə ona cavab verilmişdir ki, onun barəsində doğum akt qeydi aşkar edilməmişdir və tövsiyyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən verilmiş 13 iyul 2022-ci il tarixli, 05/250 nömrəli arayışdan görünür ki, X7 ilə X2 27 mart 1959-cu ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 05 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1934-cü il tarixdə Qəbələ rayonu Bum kəndində doğulmuş, Qəbələ rayonu Tüntül kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Tüntül kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli, 206 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Tüntül kəndində yaşayır və qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli, 05/Q-199/15 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında Ərizəçi doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Eyni zamanda həmin məktubda qeyd olaraq Ərizəçi ata adı “X3”, ana adı “X6” kimi göstərilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə ərizəçinin ifadəsindən müəyyən olundu ki, Ərizəçi xx xxxxx 1934-cü ildə Qəbələ rayonu Bum kəndində doğulmuşdur. X1, anası X5r. Lakin Ərizəçi ev şəraitində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxx 1934-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu Bum kəndində doğulması, atasının X3, anasının X6 olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar