Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1101/2020 26.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun xx xxx 1951-cı ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Nohurqışlaq kəndində doğulması və doğum şəhadətnaməsi verilərkən doğum şəhadətnaməsinin ata qrafasında ata adının Ərizəçi və ana qrafasında X10 yazılması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək göstərdi ki, o, xx xxx 1951-ci il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonunun Nohurqışlaq kəndində anadan olmuşdur. Doğum tarixi müharibədən sonrakı illər olduğuna görə və ya başqa səbəbdən valideynləri ona doğum şəhadətnaməsi almamışlar. Onun məktəbə 1-ci sinifə getdiyi illərdə məktəbə gedərkən məktəbdə uşaqların doğum şəhadətnaməsi tələb edilmirdi. Sadəcə olaraq valideynləri demişlər ki, o, 1951ci ilin may ayının 15-də anadan olmuşdur. Beləliklə, valideynlərinin sözlərinə görə o, xx xxx 1951ci ildə anadan olmuşdur. 2005-ci ilə qədər onun şəxsiyyətini müəyyən edən heç bir sənədi olmamışdır. Yalnız 2005-ci ildə seçkilərlə əlaqədar ona şəxsiyyət vəsiqəsi yazılmış və həmin şəxsiyyət vəsiqəsində təvəllüdü xx xxx 1951-ci il yazılmışdır. X1, anası isə X10 olmuşdur. Qəbələ rayonunda aqrar islahatı aparılar zaman ona paylı mülkiyyət hüququ əsasında mülkiyyətinin üzərində hüquqlarının həyata keçirmək istəmişdir. Lakin, məlum olmuş ki, onun doğum şəhadətnaməsi yoxdur. Doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 05/Q-259/13 saylı məktubla ona cavab verilmişdir ki, onun barəsində doğum akt qeydi aşkar edilməmişdir və tövsiyyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə göndərdiyi məktubda xx xxxxxxx 2020-ci il tarixdə keçiriləcək məhkəmə iclasını nümayəndəsinin iştirak olmadan keçirilməsini xahiş etmişdir.Odur ki, məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Qəbələ rayon Vəndam İƏN tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli «nikah haqqında şəhadətnəmə»nin surətindən görünür ki, xx xxx 1951-ci il təvəllüdlü Ərizəçi ilə X6 xx xxx 1975-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 19 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məhərrəmov, arvada Məhərrəmova soyadı verilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində doğulmuş, Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 05/Q-259/13 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında Ərizəçi doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Eyni zamanda həmin məktubda qeyd olaraq Ərizəçi ata adı “X5”, ana adı “X10” kimi göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinin tələbinə görə isə, qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə ərizəçinin ifadəsindən müəyyən olundu ki, Ərizəçi xx xxx 1951-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Nohurqışlaq kəndində doğulmuşdur. X2, anası X7r. Lakin ərizəçi X3 ev şəraitində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxx 1951-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Nohurqışlaq kəndində doğulması, atasının X5, anasının X10 olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1101/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1101/2020
26.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver