Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1107/2020 26.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin və əlavə xərclərə cəlb edilməsi üçün 150 manat əlavə xərclərə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2018-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə adət-ənənəyə uyğun olaraq, el adəti ilə toy edərək ailə həyatı qurub evlənmişlər. Həmin nikahdan onların xx xxxx 2018-ci il tarixdə Nihat adlı bir övladları olmuşdur. İlk illərdə cavabdehlə mehriban yaşasalar da, sonradan xasiyyətləri düz gəlmədiyini səbəb göstərərək Cavabdeh mənasız və əsassız olaraq evdə söz-söhbət salır və hər gün dava-dalaş yaradır. Hazırda o, valideynlərinin yanındadır. Lakin Cavabdeh o, valideynlərinin yanına gəldikdən sonra barışıq üçün cəhd və ya övladları üçün heç bir maddi və mənəvi dəstək göstərmir. Hal-hazırda uşağı saxlamaqda maddi cəhətdən çox çətinlik çəkir. Uşaq günü-gündən böyüdüyü üçün tələbatlarıda məlumdur ki, artır və geyim pal-paltar lazım olur. Lakin onun bunları almağa gücü çatmır. Cavabdehə indiyinə kimi, yəni heç bir dəfə də olsun maraqlanmamışdır kı, övladları nə yeyir, nə içir və nə geyinir. Bütün bunları nəzərə alaraq o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını cavabdehin iştirakı olmadan keçirməyi məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Udmurtiya Respublikası İjevsj şəhər Administrasiyasının VVAQ idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, İ-HИ seriyalı, 773870 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx xxxxxx 2018-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 120 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Vəliyev, arvada Muxtarzadə soyadı verilmişdir. İş materiallarında olan Udmurtiya Respublikası İjevsj şəhər Administrasiyasının VVAQ idarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, İİ-HИ seriyalı, 706540 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki,X3 xx.xx.2018-ci il tarixdə Rusiya, Udmurtiya Respublikası, İjevskşəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AA13379330 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cu ildə anadan olmuşdur. Beləliklə, məhkəmədə iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər 30yanvar 2018-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından 21iyun 2018-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur, tərəflər arasındakı nikah rəsmi qaydada pozulmamış, tərəflərin birgə nikahından anadan olmuş uşaqları ananın yanındadır. İddiaçı iddia ərizəsində xx xxxx 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin və 150 manat əlavə xərclərə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə 21iyun 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat alimentin tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Məhkəmə belə qənaətə gələrkən iddiaçının cavabdehin hər ay 200 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsaəsn hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikddir. Məhkəmə hesab edir ki, iddia tələbi uşağa görə əlavə xərc olaraq 3 il ərzində hər ay üçün 150 (bir yüz əlli) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qismən təmin edilməli, 21iyun 2018-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 50 (əlli) manat aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə belə qənaətə gələrkən, ananın azyaşlı uşağa qulluq ilə əlaqədar heç bir yerdə işləməsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə tərəfin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh28sentyabr 2020ciiltarixdənbaşlayaraq, 21iyun 2018-ci il təvəllüdlü X1 çatanaqədərsaxlanılması üçün hər ay sabit pul məbləğində - 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində və uşaq 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq, xx xxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində - 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində və uşaq 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1107/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1107/2020
26.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver