Məhkəmə qərarları › İş №2(025)-1114/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1114/2022

27.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1114/2022 27.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qızı X2 12 iyul 1960-cı il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonunun Nic qəsəbəsində doğulması, atasının X7, anasının Ərizəçi olması hüquqi faktının müəyyən edilməsi və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun mərhum qızı X3 xx.xx.1960-cı ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Nic qəsəbəsində anadan olmuşdur. Həmin vaxt ona doğum şəhadətnaməsi almamışlar. Doğum Şəhadətnaməsinin alınmamasını savadsızlıqla, kasıbçılıqla izah edə bilər. Lakin mərhum qızının şəxsiyyətini təsdiq edən sənədləri olmuşdur. Mərhum qızı 01 iyun 2003-cü ildə “Kəskin ürək çatmamazlığı” diaqnozundan vəfat etmişdir. Mərhum qızı Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, orda yaşamış, həmin kənddə ölmüş və kənd qəbirstanlıqda dəfn edilmişdir. Hazırda adına olan torpaq sahəsinin sənədləşdirilməsi adına Çıxarış alınması üçün Reyetsr idarəsinə müraciət etdi. Bütün sənədləri topladıqdan sonra ona bildirdilər ki, onun qızı X2 doğum şəhadətnaməsi yoxdur. Doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etdi. Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-193/15 nömrəli arayışı ilə ona cavab verildi ki, X4 barəsində doğum akt qeydi aşkar edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunun bu tələbini rəhbər tutaraq, məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəldi. Çünki o, başqa yolla mərhuma doğum şəhadətnaməsi əldə edə bilmir. Mərhum qızı X2 təvəllüdünün xx.xx.1960-cı il olmasını, atasının X7, anasının Ərizəçi olmasını məhkəməyə dəvət ediləcək şahidlər də təsdiq edə bilərlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəməyə 05/Q-1143/13 saylı məktub ünvanlayaraq Ərizəçi “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. X1 1960-cı ildə anadan olmuşdur, onun ad gününü həmişə 12 iyul tarixində qeyd ediblər. Abdurahmanova Şamama 01 iyun 2003-cü ildə ürək çatışmazlığından vəfat etdi. Anasının adı Ərizəçi, atasının adı X6r. İş üzrə şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, mərhum Abdurahmanova Şamama onun bacısı olmuşdur. Onun təvəllüdü 12 iyul 1960-cı ildir. O, Nic qəsəbəsində anadan olub. Anasının adı Ərizəçi, atasının adı X6r. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi İş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-193/15 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, arxiv məlumatlarında X2 doğumu haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Nic kənd İ.Ə.N tərəfindən 23 iyul 2003-cu il tarixdə verilmiş AZ-İ № 040982 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 01 iyun 2003-cü ildə kəskin ürək çatışmazlığından vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Aİ № 467048 Orta təhsil haqqında Attestatın surətindən görünür ki, burada ərizəçinin mərhum qızı X2 doğum tarixi “1960” olaraq, doğulduğu yer “Qəbələ rayonu, Nic qəsəbəsi” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Nic kənd İ.Ə.N tərəfindən 20 iyul 2022-ci il tarixdə verilmiş 876 saylı Arayışdan görünür ki, ərizəçinin mərhum qızı X3 xx.xx.1960-cı ildə Qəbələ rayon, Nic qəsəbəsində doğulmuş, 01 iyun 2003-cü ildə Qəbələ rayon, Nic qəsəbəsində vəfat etmiş və Nic qəsəbə qəbrstanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X3 xx.xx.1960-cı il tarixdə Qəbələ rayon, Nic qəsəbəsində doğulmuşdur. Məhkəmə həmçinin qeyd edit ki, ərizəçiyə məxsus AZ-İ № 040982 saylı Ölüm haqqında şəhadətnamə doğum haqqında ilkin sənəd olmadan verilmiş və ərizəçinin soyadı “Abdurahmanova” əvəzinə “Abduraxmanova” olaraq qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin mərhum qızının, yəni X2 12 iyul 1960-cı il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində doğulması, atasının X7, anasının Ərizəçi olması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçinin mərhum qızının, yəni X2 12 iyul 1960-cı il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində doğulması, atasının X7, anasının Ərizəçi olması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar