Məhkəmə qərarları › İş №2(025)-1115/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1115/2023

05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1115/2023 05.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3nun 20 mart 1930-cu ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Muçux (indiki Yenikənd) kəndində doğulması, atasının X12, anasının X11 olması hüquqi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Yenikənd kəndində anadan olmuşdur. X3, anası X9r. Hər iki valideyini vəfat etmişdir. Valideynləri nikahlarını 1974-cü il tarixdə rəsmiləşdirsələr də, faktiki 1955-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından 4 övladları doğulmuşdur. 3 övladı hal-hazırda sağdır, 1 övladı rəhmətə getmişdir. Atası hələ uşaq olarkən öz atası “İsgəndər” vəfat etmişdir. Ona əmisi “Mürşüd” baxıb böyütmüşdür. Sonra ona baxıb böyütmüş Mürşüd əmisinin qızı Şahnobat ilə ailə qurmuşdur. Atası doğularkən ona məlum olmayan səbəblərdən ona Doğum haqqında Şəhadətnamə alınmamışdır. Yaşadığı dövrdə də həmin Şəhadətnamə ondan tələb olunmadığına görə olub-olmaması ilə maraqlanmamışdır. Lakin sonradan müəyyən sənədləşmə işləri ilə əlaqədar atasına məxsus Doğum haqqında Şəhadətnamə ondan tələb olunanda ona məlum olmuşdur ki, mərhum atasına məxsus Doğum haqqında Şəhadətnamə yoxdur. Həmçinin onu da məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, atasına məxsus Nikah akt qeydində və övladlarının Doğum haqqında Şəhadətnaməsində ata qrafasmda adı X6 qeyd olunmuşdur. Lakin atasına məxsus Şəxsiyyət vəsiqəsində və Ölüm haqqında Şəhadətnamədə isə adı düzgün olaraq X4 qeyd olunmuşdur. Atasınn ata adının iki formada yazılmasının səbəbi də hesab edir ki, ona atası vəfat etdikdən soma əmisi baxdığına görə əmisinin adı yazılmışdır. Mərhum atasına Doğum haqqında Şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsinin 13 iyun 2023-cü il tarixli, 3-16-5/8-15-R-128/2023 saylı məktubu ilə ona cavab verilmişdir ki, atası barədə doğum akt qeydi aşkar edilməmişdir və tövsiyyə olunmuşdur ki, məhkəməyə müraciət eləsin. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İş üzrə şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, mərhumun atası ilə onun atası əmi oğludur. Mərhumun nə vaxt anadan olmasını, o, bilməsə də, mərhum barəsində atasından, əmilərindən eşitmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, mərhum Əliyar Rəhimov onun əmisidir. Mərhumu özü görməsədə, barəsində böyüklərindən eşitmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi İş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8-15-R-128/2023 saylı 13 iyun 2023-cü il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X15”nun adına doğumu haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayonu, Yenikənd kənd İ.Ə.D-si tərəfindən xx.xx.2023-cü il tarixli 5-59-29/2-180-2023 nömrəli arayışdan görünür ki, X13 mərhum X3 xx.xx.1930-cu ildə Qəbələ (Qutqaşen) ryonu Muçux kəndində anadan olmuş Muçux kəndi Qutqaşen rayonun İnzibati ərazi vahidi olmaqla hal-hazırda Qəbələ rayon Yenikənd kənd inzibati ərazi vahidi ilə əvəzləşdirilmişdir. X15 xx.xx.2002-ci ildə vəfat etmişdir və Yenikənd kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ rayonu, Yenikənd kənd İ.Ə.D-si tərəfindən xx.xx.2023-cü il tarixli 5-59-29/2-179-2023 nömrəli arayışdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi halhazırda Qəbələ rayon Yenikənd kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Qəbələ rayon, Qeydiyyat şöbəsi tərəfindən 23 noyabr 2022-ci il tarixdə verilmiş AZ-İİ № 272999 saylı ölüm haqqında şəhadatnamədən görünür ki, X15 02 dekabr 2002-ci il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş ******* №-li hərbi biletin surətindən görünür ki, X15 1930-cu il tarixdə Qutqaşen rayonu Muçux kəndində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayon, Qeydiyyat şöbəsi tərəfindən 16 iyun 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində anadan olmuşdur. Bu barədə 66 səhifədə xx.xx.1968 kitabında qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olunmuş Qəbələ rayon, Qeydiyyat şöbəsi tərəfindən 16 iyun 2023-cü il tarixdə verilmiş çıxarışdan görünür ki, X16 ilə X14 arasında nikahları bağlanmışdır. Bu barədə Zalam kənd İ.Ə.N tərəfindən 14 iyun 1974-cu il tarixli N kitabın 03 səhifəsində qeyd edilmişdir. Nikah bağlandıqdan sonra kişiyə Rəhimov qadına Rəhimova soyadları verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X15 20 mart 1930-cu il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonu, Muçux (indiki Yenikənd) kəndində doğulmuşdur. Məhkəmə hesab edir ki, X8 20 mart 1930-cu il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonu, Muçux (indiki Yenikənd) kəndində doğulması, atasının X12, anasının X5 olması hüquqi faktı müəyyən edilməli və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X8 20 mart 1930-cu il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonu, Muçux (indiki Yenikənd) kəndində doğulması, atasının X12, anasının X5 olması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar