Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1117/2021 17.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, iddiaçının etibarnamə üzrə nümayəndələri (atası) Nümayəndə2, (anası) Nümayəndə1, Cavabdeh və cavabdehin vəkili X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və istifadə hüququnun verilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və istifadə hüququnun verilməsi» tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 28 may 2012-ci ildə anadan olmuş X16 ilə birlikdə Cavabdeh yaşadığı Qəbələ rayonu, Yemişanlı kəndində 0,46 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evinə köçürülməsi və evdən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 01 iyul 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 28 may 2012-ci ildə X16 anadan olmuşdur. Cavabdehlə rəsmi ailə qurduqdan sonra onun valideynlərinin yaşadığı, Qəbələ rayonu Yemişanlı kəndində yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışlar. Gəlin köçərkən bütün cehiz əşyalarını da həmin mənzilə aparmışdır. Bir müddət sonra 2015-ci il tarixdə həmin kənddə 0,46 ha torpaq sahəsində ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evi, tövlə və mağaza inşa etdirmişlər. O, azyaşlı uşağı ilə birlikdə 2015-ci ildən 2020-ci ilə kimi həmin fərdi yaşayış evində yaşamışdır. Cavabdehlə ayrıldıqdan sonra azyaşlı Cəsurla birlikdə valideynlərinə məxsus Bərdə rayonu Şirvanlı kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Valideynlərinə məxsus ev darısqal olduğundan və bütün cehiz əşyaları cavabdehin yaşadığı evdə qalmışdır. Hazırda azyaşlı Cərusla birlikdə köçüb Qəbələ rayonu Yemişanlı kəndində yaşamaq istəyir. Cavabdeh isə onu yaşadığı mənzildən istifadə etməyinə, orada yaşamağına imkan verir. Halbu ki, Qəbələ rayonu, Yemişanlı kəndində 0,46 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evi birgə nikah dövründə inşa etdirmişlər. Hazırda azyaşlı uşaqla birlikdə yaşamaqlara yerləri yoxdur. 02.08.2021-ci il tarixli məhkəmə baxış iclasında X22 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 qeyd olunanlara uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, cavabdehin valideynləri onun adına olan torpaq sahəsində böyük övladları üçün ev tikib, onları ora köçürdüblər. Hazırki mübahisə gedən torpaq sahəsini isə valideyinlərinin məsləhəti ilə Cavabdeh veriblər. Torpağın mülkiyyətçisi Əziz isə hazırda Ağdaş rayonunda yaşayır və orada da qeydiyyatdadır. Həmin sözügedən evin tikintisi isə onun maddi köməkliyi ilə tikilibdir. Həmin torpaq sahəsində qızının əziyyəti çoxdur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə1 qeyd olunanlara uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərdi ki, iddiaçının evə köçürülməsinə qəti etiraz edir. Belə ki, İddiaçı ilə 01 iyul 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Bir övladları iddiaçının laqeydliyindən tok vurma nəticəsində vəfat etmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)-787/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə aralarında rəsmiləşdirilmiş nikah pozulmuşdur. 2014-cü ildə ailədaxili münaqişələrə görə qardaşına məxsus Qəbələ rayonu Yemişənli kəndində yerləşən evə köçmüşlər. Qardaşı həmin vaxt müvəqqəti olaraq qayınatasına məxsus Ağdaş rayonunda yerləşən evdə yaşayırmış. İddiaçı və onun ailə üzvləri ona dəfələrlə bildirmişlər ki, həmin torpaq sahəsini qardaşının əlindən alasıdırlar. Hazırda o, atasına məxsus evdə yaşayır. Həmin torpaq sahəsi onun qardaşı X17 məxsusdur. Sözügedən evdə qardaşı ailəsi ilə birgə yaşayır. Ailə qurduqları zaman gəlin ata evinə gəlibdir. Övladlarının biri ata evində, digəri isə sözügedən evdə dünyaya gəlmişdir. Cehiz əşyaları hazırda sözügedən evdədir. Odur ki, məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili X7 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəl sürməyən üçüncü şəxs X22 izahatında göstərmişdir ki, torpaq sahəsi ona məxsusdur, həmin torpaq sahəsində tikilən evi də özü tikmişdir. Evi 2009-cu ildə tikmişdir. Həmin ev 3 otaq, bir zal və bir mətbəxdən ibarətdir. Həmin torpaq sahəsi 0.45 hektardır. Qardaşının evi olmadığı üçün özünə ev tikənə qədər müvəqqəti yaşamaq üçün evi onlara vermişdir. Evin tikintisində Afərimin atasının heç bir köməkliyi olmamışdır. Məhkəmə iclasında X18 şahid qismində verdiyi izahatında göstərmişdir ki, Elimdarın anasıdır. Mübahisə olan ev oğlu Əzizə məxsusdur. Həmin evi Əziz tikdirmişdir. Oğlu Əziz pul vermiş, o isə başçılıq edərək evi tikdirmişdir. Elimdar və ailəsi onlarla birgə evdə yaşayırmışlar. Lakin onlarla yola gedə bilməkləri üçün, oğluna ev və torpaq alana kimi onları oğlu Əzizə məxusus olan evə köçmüşlər ki, müvəqqəti olaraq orada yaşasınlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 ifadəsində bildirmişdir ki, Əzizin evinə suvağı o vurmuşdur. Kvadratı 2 manata vurmuşdur və 400 manat pul almışdır. Suvağı Knyazla birgə vurmuşdur.İddiaçı tanımır və onu həmin evdə görməmişdir. Çayı, çörəyi həmin evə özü aparmışdır. Yəni iddiaçıona çay, çörək verməmişdir. Evdə işləyərkən pulu Əzizdən almışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində bildirmişdir ki, heç bir tərəfin qohumu deyildir. Əzizə məxsus evin üstünü o və qardaşı Möhlüd bağlamışdır. Təxmini həmin evdə 2014-2015-ci ildə işləmişlər və qiyməti 800 manata danışmışlar. Evin üstünü 6 günə bağlamışla. Pulu anasından almışdır. Çay çörəyi Əzizin ata evində yemişlər. Afərimi qayınatasına məxsus evdə görmüşdür. Əzizə məxsus evdə ev tikilən vaxtı Afərimi görməmişdir. Afərimi 2-3 il sonra həmin həyətdə zabor-divar çəkəndə görmüşdür. Divarı çəkərkən həmin evdə təzəlikcə yaşayış var imiş və barının pulunu da anasından almışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, qardaşı Xaləddin Abdullayevlə birgə Əzizin evinin üstünü bağlamışdır. Çay-çörəyi cavabdehin ata evlərində yemişdir. Pulu cavabdehin qardaşı X22 ona vermişdir. Əziz Daşdıyevə pulu kim verdiyindən məlumatı yoxdur. Məhkəmə iş üzrə iddiaçının, cavabdehin və şahidlərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli 2(021)- 787/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh Cavabdeh qızı arasında 01 iyul 2011-ci ildə Qəbələ rayon Yemişanlı kənd İnzibati Ərazi dairəsində bağlanmış və 03 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan 28 may 2012-ci ildə anadan olmuş X16 İddiaçı himayəsində qalması, 28 may 2012-ci ildə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanıılması üçün Cavabdeh 02 iyun 2021-ci ildən başlayaraq ayda 130 (bir yüz otuz) manat miqdarında aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 iyun 2021-ci il tarixli, 688 nömrəli arayışdan görünür ki, İddiaçı oğlu X16 ərazinin Şirvanlı kəndində atası Nümayəndə2 məxsus fərdi yaşayış evində yaşayırlar. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti başçısının Yemişanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli, 202 nömrəli arayışdan görünür ki, İddiaçı və oğlu X1 Elmdar Cəmil oğlu ilə birgə nikah dövründə Qəbələ rayon Yemişanlı kəndində X20s məxsus 0,46 ha pay torpağında 2015-ci ildə tikilmiş ümumi sahəsi kv.m olan yaşayış evində yaşamışdır. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti başçısının Yemişanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli, 201 nömrəli arayışdan görünür ki, İddiaçı və oğlu X3 rayon Yemişanlı kəndində qeydiyyatdadır, 23 sentyabr 2020-ci il tarixdən Bərdə rayon Şirvanlı kəndində ata evində yaşayır. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti başçısının Yemişanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 avqust 2021-ci il tarixli, 273/13 nömrəli arayışda göstərilmişdir ki, Qəbələ rayon Yemişənli kəndində olan 0,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş yaşayış evi 2014cü ildə heç bir icazə sənədi olmadan qanunsuz tikilmişdir. 2015-ci ildən yaşayış olmuşdur. İşdə olan JN-309 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X6 və X13 birgə mülkiyyətinə JN-309 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Yemişanlı Bələdiyyəsinin 11 iyun 2021-ci il tarixli, 20 nömrəli arayışdan görünür ki, Qəbələ rayonu Yemişanlı kəndində X17 məxsus 0,46 ha pay torpağında 2015-ci ildə tikilmiş ümumi sahəsi 120 kv.m olan yaşayış evi var. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.04.2013-cü il tarixli, AZ- İİİ seriyalı, 052697 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 28.05.2012-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 16.04.2013-cü ildə 232 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddianın və tərəflərin iddiaya olan əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddia ərizəsi üzrə mübahisənin məğzini İddiaçı qızının övladı ilə birlikdə mübahisəli mənzilə köçürülməsi üçün əsasların mövcud olub-olmaması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən olunmuşdur ki, tərəflər arasında nikah Qəbələ rayon Yemişanlı kənd İnzibati Ərazi Dairəsi tərəfindən01iyul 2011-ci il tarixdə 03 nömrə ilə qeydə alınmışdır. Onların birgə nikahlarından 28 may 2012-ci il təvəllüdlü X16 doğulmuşdur. Tərəflər arasındakı münasibətlər sonradan pozulmuş və nəticədə İddiaçı 2020-ci ildə gəlin köçdüyü evdən çıxaraq valideynlərinin yanına getmiş və onların yaşadıqları evdə yaşamağa başlamışdır. Bundan sonra İddiaçı cavabdeh X11 qarşı «nikahın pozulması» tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli 2(021)-787/2021 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlə birgə nikahlarından doğulmuş uşaqları ilə birlikdə köçməsini tələb etdiyi fərdi yaşayış evi Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X6 və X13 birgə mülkiyyətinə JN-309 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmişdir. İddiaçının cavabdehlə 2015-ci ildən 2020-ci ilə kimi həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşamasını cavabdeh tərəfdə qəbul etməkdədir. Lakin Cavabdeh həmin evin ona yox, qardaşı X17 məxsus olduğunu bildirmişdir. Eyni zamanda məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəl sürməyən üçüncü şəxs X22 evin onun tərəfindən tikildiyini və qardaşının müvəqqəti olaraq orada yaşamasına icazə verdiyini bildirmişdir. Bu halı məhkəmə iclasında ifadə verən şahidlər də təsdiq etmişlər. İddiaçı cavabdehlə evlənərkən, hal-hazırda köçməsini tələb etdiyi fərdi yaşayış evinə deyil, cavabdehin valideynlərinin yaşadığı evə gəlin köçmüşdür və 2015-ci ilə kimi həmin evdə yaşamışdır. O, cavabdehin evinə gəlin köçərkən cavabdehin ailə üzvləri tərəfindən yeni ailə üzvü kimi qəbul olunmuş, iddiaçı bu evdə digər ailə üzvləri ilə birgə yaşamış və ümumi təsərrüfatın aparılmasında (idarə olunmasında) iştirak etmişdir. Həmin evdə yaşadığı müddətdə iddiaçının uşaqları dünyaya gəlmişdir. Lakin sonradan, yəni 2015-ci ildən cavabdehin ailə üzvləri ilə yola getmədiyindən cavabdehin qardaşı X17 məxsus evdə yaşamağa başlamışlar. Ailə münasibətləri pozulan iddiaçı azyaşlı uşağı ilə birlikdə mübahisəli evi tərk edib atası evinə getmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi cavabdehin qardaşı X17 məxsus olmuşdur. İddiaçı həmin evə gəlin köçməmiş, birinci olaraq cavabdehin valideynləri ilə birgə yaşamışdır. Lakin sonradan cavabdehin ailə üzvləri ilə mübahisələr yarandığından, cavabdehin qardaşı Əziz Daşdıyev iddiaçı və cavabdehin müvəqqəti olaraq həmin fərdi yaşayış evində yaşamasına icazə vermişdir. İddiaçı Əziz Daşdıyevə məxsus evdə yaşamağa başlayanda sonuncunun həmin evə gözlənilən mülkiyət hüquqları vardı. Məhkəmə hesab edir ki, hazırkı tələbə mülkiyyətin müdafiəsinə dair maddi hüquq normaları tətbiq edilməklə mübahisə predmeti barəsində müstəqil tələb irəl sürməyən üçüncü şəxs X14 mülkiyyət hüquqları qorunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. İddiaçı mübahisəli yaşayış sahəsinin hazırkı sahibi olan mübahisə predmeti barəsində müstəqil tələb irəl sürməyən üçüncü şəxs X14 qeyd olunan ailə üzvləri sırasına daxildeyil və onların istifadə hüququnun tanınması üçün “mülkiyyətçi” ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Hazırkı işdə isə müəyyən edildi ki, belə razılaşma mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı mübahisəli evə dair istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, onun mübahisəli evə köçürülməsi tələbləri əsassızdır. Belə ki, onun nikahdan əvvəl cavabdehlə mübahisəli yaşayış evində yaşaması, eləcədə qeyd oluna evdə qeydiyyatda olması hazırkı mübahisəyə təsir edən amillərdən deyil. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Sonuncuya dair məhkəmə qeyd edir ki, əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və s. məsələlər Mülki Məcəllə ilə tənzimlənir və həmin Məcəllənin tələblərinə görə iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda şərh olunan müddəalarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və istifadə hüququnun verilməsi» tələbinə dair iddiası əsassızdır və buna görə də təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non negantiincumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Övladı ilə birlikdə məcburi köçürülməyini iddia edən İddiaçı atası (etibarnamə üzrə nümayəndəsi) Nümayəndə2 iddia ərizəsində mübahisələndirilən fərdi yaşayış evinin təmirində iştirak etdiyini qeyd etsə də, iddiaçının nümayəndəsinin fikirlərinə tənqidi yanaşan məhkəmə qeyd edir ki, o, tələbinin əsaslandığı hallara dair heç bir sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı hazırda övladı ilə birlikdə köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin cavabdehlə birgə nikah dövründə tikilərək həmin fərdi yaşayış evinin cavabdehin mülkiyyəti olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, köçürülməsini tələb etdiyi evin cavabdeh tərəfindən tikilərək cavabdehin mülkiyyətində olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı üçüncü şəxs X14 və şahidlərin ifadələrindən müəyyən olunmuşdur ki, iddiaçının uşağı ilə birlikdə köçürülməsini tələb etdiyi ev cavabdeh tərəfindən deyil, cavabdehin qardaşı Əziz Daşdıyev tərəfindən tikilmiş və müvəqqəti istifadə üçün iddiaçı və cavabdehə verilmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və istifadə hüququnun verilməsi» tələbinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və istifadə hüququnun verilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1117/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1117/2021
17.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver