Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1151/2020 12.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi,məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Feruz qızı, AR DƏDRX-nin mütəxəssisi Cavabdeh4 və AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Cavabdeh5 qarşı iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Feruz qızı, AR DƏDRX-nin mütəxəssisi Cavabdeh4 və AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci ilin iyulun 28-də №2 (025)-103/2017 saylı Qətnamə ilə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2017-ci il tarixli 2508 saylı (yalan) rəyinə əsasən natura qaydasında ayrılmış sahəsi 19,4 kvm olan yaşayış evi və sahəsi 12.9 kvm olan açıq eyvanın qəzalı vəziyyətə salınaraq onlara verilməsi və orada yaşasalar həyatı üçün təhlükənin olması, ekspertin yalan rəy verməsi araşdırılması, onlara ayrılmış həyatları üçün təhlükəli, qəzalı vəziyyətdə olan otaqlara həqiqi vəziyyəti əks etdirmək üçün Məhkəmənin və Fövqəladə tikinti-texniki ekspertin yenidən baxışı keçirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yol verilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, müəyyən edilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(025)- 103/2017 saylı qətnaməsi ilə RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən iddiaçılar Cavabdeh2 (ev 1/5, torpaq 6/25), Qafarova Könül Əmir qızı (ev 1/5. torpaq 6/25), Cavabdeh1 (ev 1/5, torpaq 6/25), Cavabdeh3 Feruz qızı (torpaq 5/25) və cavabdeh İddiaçı1 (ev 2/5 torpaq 2/25) ümumi paylı mülkiyyətində olub, Qəbələ şəhəri, İ.B. Qutqaşmlı küçəsi, 497 saylı ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçılar Cavabdeh2, Qafarova Könül Əmir qızı, Cavabdeh1 və Cavabdeh3 Feruz qızının birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0,07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissədə paylarının məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxx 2017-ci il tarixli. 2508 nömrəli, rəyində göstərilmiş qaydada naturada ayrılması qət edilmişdir. Bundan başqa, Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(025)-305/2020 saylı qətnaməsi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, X3, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Feruz qızına qarşı “qeydə alınmamış tikililər və zəbt torpaq sahəsi nəzərə alınmaqla istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Yuxarıda qeyd olunan Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(025)-103/2017 saylı qətnaməsi qanuni qüvvəsini almış, Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(025)-305/2020 saylı qətnaməsindən isə apellyasiya şikayəti verilmiş və mülki iş hal-hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Tərəflər arasında müxtəlif çoxsaylı tələblərə dair məhkəmənin qətnamələri olduğuna görə eyni tərəflər arasında eyni mübahisə ilə bağlı iddiaya yenidən baxılması istisna olunduğundan iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Feruz qızı, AR DƏDRX-nin mütəxəssisi Cavabdeh4 və AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Cavabdeh5 qarşı iddia ərizəsi qəbul edilməkdən imtina edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1151/2020
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1151/2020
12.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver